Azərbaycanlılar və ya Azərbaycan Türkləri
əsasən Cənubi Qafqazda və İranda yaşayan və ana dilləri Azərbaycan dili olan türk xalqıdır.1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin nəticəsində iki fərqli dövlətlərdə yaşamalarına baxmayaraq, bugünkü Azərbaycan Türkləri vahid etnik qrup təşkil edir[34].

Azərbaycanlıların sayı barədə statistika YUNESKO-nun hesabatı, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin apardığı araşdırmalar, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin verdiyi məlumatlar və Dünya Azərbaycanlılarının I Qurultayının Hesabat məruzəsi əsasında hazırlanıb. Bəzi beynəlxalq təşkilatların və xarici ölkələrdə fəaliyyət göstərən qeryi-hökumət təşkilatlarının hesabatlarında İrandan köçmüş miqrantların bir hissəsinin digər millətləri təmsi etmələrinə baxmayaraq azərbaycanlı kimi qeydə alınması azərbaycanlıların dəqiq sayını müəyyənləşdirməkdə çətinlik yaradır.

Buna baxmayaraq, Dövlət Komitəsi hazırda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə dünyada yaşayan azərbaycanlıların sayının dəqiqləşdirilməsi istiqamətində iş aparır. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təqdim etdiyi statistik məlumatlar isə fərqlidir. DAK 67 ölkənin təsnifatını aparıb və onun məlumatına görə, dünya azərbaycanlılarının sayı 50 milyonu keçib.

Türk kökləri
Qədim yazılar
Bölgənin və Azərbaycanın miladdan qabaqkı dövrlərinin tarixin əsasən daha çox mixi yazılar, onlarda əks etdirilən etnonim, toponim və antroponimlər vasitəsiylə öyrənmək məcburiyətindəyik.

əlbəttə elə həmin yazılardan çox maraqlı məlumat əldə edirik. Həmin yazılara əsasən “Azərbaycan torpaqlarındakı türk hakimiyyəti miladdan qabaq 4 min il əvvəllərə gedib çıxır. Bu mənbələrdə xüsusilə arattalılar, qutlar (quttilər), lulubilər və hurrilər haqda məlumatlar vardır”.[36]Mənbələrə əsasən Azərbaycanda yaranmış ilk türk dövləti, Aratta(Arat+ta) dövləti olmuşdur. Aratta qədim Azərbaycanın dağlıq ərazisinə verilən ad idi. Mənası, sadəcə olaraq dağ deməkdir. şumer-Akkad məktəb luğətində(miladdan qabaq 8-ci əsr) həmin sözdən “ Arattu və Aratu” nümunələri dağ mənasında əks olunmuşdur”.[37]Dağ sözü tağ, ta, ti, tu formalarında da işlənmişdir. indi də Azərbaycanda Qaflanta (qaflan+ta), Qaflantı (qaflan+ti) və sair belə dağ adları mövcuddur.
Azərbaycanda əhalinin artımı
Bu gün Azərbaycan əhalisinin artımı əhalinin təbii artımı hesabına baş verir. Son 5 il ərzində ölkədə hər il orta hesabla 125 min körpə və ya hər gün təxminən 340 onun yeni kiçik vətəndaşı dünyaya gəlir. 2002-ci ildə ölkədə doğum əhalinin hər 1000 nəfərinə hesabı ilə 15 nəfər təşkil etmişdir.

Azərbaycanda ölümün səviyyəsi uzun illər ərzində nisbətən aşağı və sabit olması ilə səciyyələnir. Lakin çoxsaylı insan tələfatına səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-94-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdır. Sonrakı illərdə, Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi tətbiq edildikdən sonra ölümün səviyyəsi azalmışdır.

Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Bu göstərici 72 yaş, o cümlədən kişilər üçün - 69 yaş, qadınlar üçün isə - 75 yaş təşkil edir.

Ceklilər
Dünya sivilizasiyasının ən qədim ocaqlarından biri sayılan öz müxtəlifliyi ilə maraqlı Qafqaz regionunda yerləşən polietnik dövlət olan Azərbaycan Respublikası etnik tərkibinin zənginliyinə görə dünyanın digər dövlətlərinin böyük əksəriyyətindən əhəmiyyətli dərəcədə fərqlənir. Respublikamızda irili-xırdalı onlarca xalqların, etnik qrupların nümayəndələri yaşayırlar. Onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün “Şahdağ qrupu” kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir.

İndiyə kimi nə Sovet İttifaqı dövründə, nə də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ceklilərin hər hansı bir ictimai birliyi və yaxud təşkilatı olmamışdır. Yalnız 31 Mart 2006-cı il tarixində bir qrup cekli tərəfindən Sumqayıt şəhərində “Azərbaycan Cekli İcması” İctimai Birliyi (ACİİB) təsis edilmişdir. Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu təşkilatın əsas məqsədi ceklilərin sayını dəqiqləşdirmək, bu unikal etnosun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək qorunub saxlanmasını təmin etməkdir. ACİİB-in əsas şüarı belədir: “Biz CAN deyirik! Yəni, Ceklilər Azərbaycan Naminə!”. Təşkilat hələ ki, rəsmi qeydiyyatdan keçməsə də, öz daxili imkanları hesabına fəaliyyətini davam etdirir.

Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanda aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41° 11' 49 şimal enində və 48° 14' 30 şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir. “Cek” toponiminin etimologiyasını hələlik tam açıqlamaq mümkün olmasa da, uzun zamandır apardığım araşdırmalar nəticəsində belə qənaətə gəlmişəm ki, çox güman ki, “Cek” sözü cek dilindəki “ciqa” sözündən götürülüb və azərbaycan dilində “ərazi”, “məkan”, “torpaq”, “yer” deməkdir.

Kənd əhalisinin etnik tərkibini ceklilər təşkil edir. Bir sıra mənbələrdə “ceklər”, “ceqlər”, “ceglər”, “cegillər” kimi göstərilən ceklilər hal-hazırda Cek kəndindən başqa, Qubanın digər kəndlərində, Respublikamızın Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Xaçmaz, Qusar rayonlarında, ölkədən kənarda isə Rusiya Federasiyasında, Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində və digər məkanlarda məskunlaşmışlar. XIX əsrin 80-ci illərinə aid olan bir mənbədə ceklilərin sayı 1277 nəfər qeyd olunmuşdur. Ən son məlumata görə isə hazırda Cek kəndinin əhalisinin sayı 312 nəfərdir. Qeyd etməlidir ki, ölkədən xaricdə məskunlaşmış ceklilər Azərbaycan diasporunun və türk lobbisinin tərkib hissəsini təşkil edirlər.

Ceklilər müsəlmandırlar. Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən Atəşpərəstliyin izlərini özündə əks etdirən “Atəşgah” və 1000 ildən də artıq yaşı olan “Əbu Müslüm məscidi” yerləşir. Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən “Əbu Müslüm məscidi”nin inşa olunma dövrü çox guman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslümün hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Qeyd edim ki, sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən bu məscid müstəqilliyimizin bərpasının ilk illərində kənd ağsaqqallarından biri Şixəli Muradovun təşəbbüsü və kənd camaatın köməkliyi ilə qismən bərpa edilmişdir. Lakin maddi çətinliklər üzündən “Əbu Müslüm məscidi”nin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq çox vacibdir.

Ceklilər 2 dildə - dialektlərə bölünməyən və yalnız ceklilərə məxsus olan vahid cek dilində və azərbaycan dilində danışırlar. Bu xüsusiyyətlərinə görə ceklilər dünyanın ən nadir etnik qruplarından biridir. Qafqaz dillərinin Dağıstan qrupuna aid edilən cek dili daha çox qrız, əlik, haput, buduq dillərinə və qismən də ləzgi dilinə yaxındır. Qeyd edim ki, azərbaycan dilində olan bəzi sözlər cek dilində də eyni məna kəsb edir.

Cek dili yazısızdır və şifahi dildir. Müasir dövrdə tədricən silinməkdə olan dillər sırasına daxil edilən bu dilin gediş-gəlişi çətin olan ucqar Cek kəndində indiyə kimi mövcudluğunu qoruyub saxlamasının əsas səbəbi cek dilinin başqa dillərin təsirinə çox az məruz qalması olmuşdur. Lakin son zamanlar bu dildə gedən güclü dəyişikliklərə əsaslanaraq gələcəkdə onun canlı dillər sırasından çıxacağını ehtimal etmək olar. Məhz buna görə də bu dilin quruluşunu qeydə almağa, hərtərəfli öyrənməyə çox böyük ehtiyac var. Heç bir əlifbaya malik olmasa da ceklilər bu dildə yazıdan da istifadə ediblər və indinin özündə də istifadə edirlər. Lakin onlar bu zaman əvvəllər ərəb əlifbasından istifadə edirdilərsə, hal-hazırda yaşlı nəsil daha çox kiril, gənc nəsil isə latın əlifbasından istifadə edir. Ancaq qeyd etmək lazımdır ki, cek dilində olan fonemləri olduğu kimi yazıya köçürmək üçün həm ərəb, həm kiril, həm də latın əlifbasının imkanları olduqca məhduddur. Yeri gəlmişkən cek dilinin əlifbasının tərtib olunması ilə əlaqədar olaraq şəxsən özüm bu problemin həlli məqsədi ilə müəyyən təşəbbüslər göstərmişəm ki, bunlardan da gerçəkləşməsi daha real görünən, hələlik şərti olaraq “Xana əlifbası” adlandırdığım cek dilinin əlifba layihəsidir. Çox guman ki, bu əlifba layihəsi üzərində işi yaxın zamanlarda tam olaraq yekunlaşdıracağam. Lakin, hələ ki, cek dilinin vahid əlifbasının olmamasına baxmayaraq dillərini mükəmməl bilən ceklilər bu dildə müxtəlif əlifbalarla - əsasən, kiril və latın əlifbalarında yazılmış yazıları tam olaraq başa düşür və anlayırlar.

Müasir ceklilər özlərini “azərbaycanlı” kimi qeyd etdirirlər və azərbaycanlıların tərkib hissəsi hesab edirlər. Onlar digər xalqlarla, xüsusi ilə də Azərbaycanda yaşayan milli etnik qruplarla, daha çox isə “Şahdağ qrupu” xalqları olan buduqlar, əliklər, haputlar, xınalıqlar, qrızlar, yergüclər, həmçinin qalayxudatlılar ilə qaynayıb-qarışmışlar və çox geniş qohumluq əlaqələrinə malikdirlər. Onlar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində, mümkün olduğu qədər yaxından iştirak edirlər. Hazırda ceklilər arasında çoxlu sayda ali təhsilli mütəxəssislər vardır. Ceklilərin əksəriyyəti isə, xüsusi ilə Quba-Xaçmaz bölgəsində yaşayanlar kənd təsərrüfatı ilə məşğul olurlar.

Ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Tarixən köçmə həyat tərzi keçirən ceklilərin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar - xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olurdular. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan “Cek” xalçalarının mərkəzləşmiş məntəqəsi hesab olunur. Qeyd edim ki, “Cek” xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Lakin ötən əsrdə ceklilərin kütləvi halda kəndi tərk edərək aran ərazilərə axışması onların məşğuliyyətinin də xeyli dəyişməsinə səbəb olmuşdur. Cek kəndində məskunlaşmış ceklilərin müasir nümayəndələrinin çox böyük əksəriyyəti hazırda yalnız heyvandarlıqla məşğul olur. Lakin vaxtilə əkin yerləri olmuş dağ yamaclarından ibarət olan bu ərazilər uzun illər mal-heyvan və qoyun-quzuların bir sahədə otarılması nəticəsində orta və şiddətli dərəcədə sel və külək eroziyasına məruz qalmışdır. Uzun illər əkilmədiyi üçün hazırda buralarda heyvandarlığı inkişaf etdirmək çox çətinləşmişdir. Yaylaqların otvermə qabiliyyəti ilbəil azalmışdır.

Kəndin əlverişli coğrafi mövqeyi, xüsusi ilə də son illər Azərbaycanın iqtisadi inkişafının sürətlə artması bu regionda turizmin inkişafına doğru ilk addımların atılmasına da səbəb olmuşdur. Bu amil ceklilərdə də turizm sektoruna çox böyük maraq yaratmışdır. Ancaq regionlarda turizmi inkişaf etdirməkdən ötrü ilk növbədə yollar müasir tələblər səviyyəsinə çatdırılmalıdır. Yaxşı yol turizmin qapısı, turist cəlb etməyin açarıdır. Əsl səyahət, istirahət, turizm məskəni olan Cek kəndinin əhalisinin əvvəllər rayon mərkəzi ilə, aşağı kəndlərlə əlaqəsi payız-qış vaxtı tamamilə kəsilir, yaz-yay aylarında isə çox çətinliklə mümkün olurdu. Əhalinin, xüsusən dağ yerlərində yaşayan insanların daha firavan yaşaması üçün rahat yolların çox böyük əhəmiyyəti vardır.

Hələ ötən XX əsrin səksəninci illərinin ikinci yarısında Quba-Qəçrəş-Qrızdəhnə-Xınalıq avtomobil yolunun çəkilməsinə başlanılsa da, yol inşaatçıları ötən müddətdə hər iki istiqamətdə hərəkət edərək gəlib Qrızdəhnə kəndi ilə Cek kəndləri arasında dayanmışdılar. Bu aradakı qayalar partladıldıqdan sonra iş davam etdiriləcəkdi. Amma maliyyələşdirmə və texnika ilə təminat olmadığından eləcə də qaldı. Lakin hazırda Quba-İspik-Xınalıq adlanan bu avtomobil yolunun tikintisi cənab Prezident İlham Əliyevin göstərişi ilə başa çatmışdır. Dövlətimizin başçısı bu il oktyabrın 7-də özü şəxsən Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Yolun ümumi uzunluğu 57 kilometr, eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir. 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüşdür. 45 min ton asfalt döşənmiş, 9 ədəd yeni körpü tikilmiş, 39 ədəd suötürücü boru quraşdırılmış, təhlükəsizlik bəndləri tikilmişdir. Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır.

Həmçinin, bu ilin əvvəllərində YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına əsasən Cek kəndində hələ 1928-ci ildə yaradılmış məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası yenidən inşa edilərək, istifadəyə verilmişdir ki, bu da ceklilərin elmi potensiallarının daha da artmasında, təhsil səviyyələrinin daha da yüksəldilməsində çox əhəmiyyətli rola malik olacaqdır.

Ləzgilər
Ləzgilər Azərbaycanda əsasən Qusar[3], Quba[4], Xaçmaz[5] rayonları ərazisində kompakt halda, eləcə də Bakı[6] , Gəncə[7] , Sumqayıt[8] və Mingəçevir[9] şəhərlərində, Qəbələ[10], İsmayıllı[11], Ağsu[12], Göyçay[13], Ağdaş[14] rayonlarında yaşayırlar. 1993-cü ildən başlayaraq ləzgi dilində dərsliklər çap edilir. Hal-hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15.000-ə yaxın şagird təhsil alır.

Ləzgilər Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ön yerlərdən birini tuturlar.Demek olar 99% İslam dinine etiqad edir.

Ləzgilər-Azərbaycan əhalisinin 2,2 faizini təşkil edir. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan Ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.

Talışlar
Talışlar Azərbaycanın Xəzəryanı cənub şərqində, əsasən Astara[7], Lənkəran[8], Lerik[9] və qismən Masallı[10] rayonlarında, eləcə də İranın şimalında Gilan Vilayətinin Həştpər Şəhristanında (bölgəsində) kompakt halda və Gilan Vilayətinin Rizvanşəhr Şəhristanında (bölgəsində)[11] , Ərdəbil Vilayətinin Xalxal bölgəsində, Şərqi Azərbaycan Vilayətinin Kəleybər Şəhristanında (bölgəsində) bir neçə kənddə yaşayan xalq.

Azərbaycan Respublikasında talışların sayı 76.800 nəfərdir (1999). Ruslar və ləzgilərdən sonra üçüncü azsaylı xalqdır. Hazırda 248 məktəb fəaliyyət göstərir. 1716 sinifdən ibarət 248 ibtidai sinif vardır. Burada 29.120 şagird təhsil alır.

Talışlar əsasən Lənkəran-Astara iqtisadi coğrafi rayonuna daxil olan bölgələrdə yaşayırlar və bu rayonların iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. Kənd təsərrüfatını inkişaf etdirmək üçün burada çox əlverişli təbii-iqtisadi şərait var. Rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və kifayət qədər əmək ehtiyatları kənd təsərrüfatının intensiv inkişafı üçün böyük imkanlar yaradır. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq,üzümçülük, taxılçılıq üstünlük təşkil edir. Respublikada istehsal olunan çayın 99%-ə qədəri, tərəvəz-bostan məhsullarının yarıdan çoxu Lənkəran-Astara rayonunun payına düşür.

Talış dili, Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir.

Talışların çoxu müsəlman və şiədir. İranda yaşayan talışlardan bir qismi sünnüdür.


Vikipediya, açıq ensiklopediya

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 3063
favori
like
share