Talıbov yusıf Oğlu Hakkında - Talıbov yusıf Oğlu Resimleri TALIBOV VASIF YUSIF OĞLU - ( на русском   :(d. 14.1.1960, Şərur rayonunun Aşağı Aralıq k.) - dövlət xadimi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri. Naxçıvan Dövlət Pedaqoji Institutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini (1981-ci il) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini (1998-ci il) bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), Xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır.



Işlədiyi və təhsil aldığı illərdə doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı kimi daim fəal həyat mövqeyində dayanmışdır. Azərbaycanda müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, Yeni Azərbaycanın qurulması məqsədilə həyata keçirilən islahatlar, bölgənin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali məqsədlərə çatmaq üçün xalqın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən islahatlarda fəal iştirak etmişdir. Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında fəal iştirak etmişdir. YAP-ın Naxçıvan Muxtar Respublika təşkilatının 1995-ci il aprelin 8-də keçirilən konfransında onun sədri seçilən Vasif Talıbov, həm də partiya xadimidir. O, Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi olan YAP-ın rəhbər orqanında fəaliyyət göstərir. 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də və 2005-ci il noyabrın 6-da 1-ci, 2-ci və 3-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin, 1-ci, 2-ci və 3-cü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq olaraq 1995-ci il dekabrın 16-da, 2000-ci il dekabrın 7-də və 2005-ci il noyabrın 28-də keçirilən ilk sessiyalarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn Vasif Talıbov Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasına, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və mədəniyyətinin daha da tərəqqisinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət göstərir. O, ilk növbədə muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən bu ərazinin bütövlüyünün qorunub möhkəmləndirilməsi problemlərini bacarıqla həll etmişdir.
Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adı ilə sıx bağlıdır.
Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Onun apardığı məqsədyönlü iş sayəsində qonşu xarici dövlətlərlə - Türkiyə Cümhuriyyəti və Iran islam Respublikası ilə normal münasibətlər yaradılmış, çoxsaylı müqavilələr imzalanmışdır. Belə münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir.
1995-2005-ci illərdə muxtar respublikanın şəhər və kəndlərində 100-ə qədər müasir tipli ümumtəhsil məktəbləri tikilmiş, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər Institutunun, Naxçıvan Özəl Universitetinin yeni tədris korpusları, AMEA Naxçıvan bölməsinin Rəyasət Heyəti və 6 elmi-tədqiqat institutu üçün binalar istifadəyə verilmişdir. Eyni zamanda muxtar respublikanın şəhər və kəndlərində, xüsusilə Naxçıvan şəhərində mədəni-maarif ocaqları, idman kompleksləri, inzibati binalar inşa edilmişdir.
Naxçıvanın tarixi-memarlıq abidələrindən - Möminə Xatun məqbərəsi; Qarabağlar türbə kompleksi; Yusif Küseyr oğlu türbəsi; Xan evi; Buzxana; Imamzadə kompleksi; Əlincəçay Xanəgah kompleksi; «Ismayılxan hamamı» və başqaları yüksək səviyyədə əsaslı təmir və bərpa edilmişdir. C.Naxçıvanskinin, H.Cavidin, M.S.Ordubadinin, C.Məmmədqulazadənin, Y.Məmmədəliyevin ev-muzeyləri yenidən qurulmuşdur. Bəhruz Kəngərlinin adı əbədiləşdirilmiş və ev-muzeyi təşkil edilmişdir. Görkəmli pedaqoq, maarifçi və şair M.T.Sidqinin 150 illik yubileyi keçirilmiş, əsərləri nəşr edilmiş və xatirəsi əbədiləşdirilmişdir. H.Cavidin xatirəsinə monumental türbə ucaldılmışdır.
Vasif Talıbovun rəhbərliyi ilə keçirilən «Uluslararası qaynaqlarda Naxçıvan» (10-13.07.1996-cı il) beynəlxalq simpoziumu Naxçıvan diyarının tarixinin xalqın milli mənafeyi baxımından, obyektiv şəkildə araşdırılmasında mühüm rol oynamışdır. Erməni millətçilərinin Naxçıvana əsassız ərazi iddialarına cavab olaraq Vasif Talıbovun təşəbbüsü və fəal iştirakı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix Institutu, Akademiyanın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti ilə birlikdə beynəlxalq elmi simpozium keçirmişdir (9-16.06.2006-cı il). Simpoziumda 50-dən çox məruzə dinlənilmiş, Türkiyə və Iran alimləri iştirak etmişlər. «Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları» mövzusunda da beynəlxalq simpozium keçirilmişdir (14-16.09.2000-ci il).
Qədim Naxçıvan torpağının Azərbaycan xalqına məxsus olmasının daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksinin öyrənilməsi məqsədilə Vasif Talıbov xüsusi sərəncam imzalamışdır (26.04.2001-ci il). Srəncamdan sonra hər il Gəmiqayaya arxeoloji-etnoqrafik ekspedisiyalar təşkil edilir. Vasif Talıbovun Sərəncamı ilə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi bərpa edilmiş (28.06.2006-cı il), "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" mövzusunda beynəlxalq simpozium keçirilmişdir (24-25 aprel 2009-cu il).
Vasif Talıbov dünya azərbaycanlılarının 1-ci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyası (2008-ci il) işıq üzü görmüşdür.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 504
favori
like
share