Azərbaycan Silahlı Qüvvələri - Azərbaycan ordusu

Azərbaycanın ordusu regionda ən böyük ordudur. Azərbaycan Respublikasında hər il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon dollar) idi. Hal-hazırda isə Azərbaycanın hərbi büdcəsi 1 milyard 200 milyon manatdır (2 milyard dollar). Məlumata görə 2010-cu ildə isə hərbi büdcə 2 milyard manat (2.5 milyard dollar) ola bilər.

Tarixi

* Daha ətraflı - Azərbaycan Demokratik Respublikasının milli ordusu

İlk dəfə olaraq 1918-ci il iyunun 26-da Gəncə şəhərində yerləşən parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaradıması haqqında qərar çıxarılıb. Bu qərarı çıxardanlar keçmiş rus ordusunun azərbaycanlılardan ibarət olan "Dikaya diviziya" adlanan 600 nəfərlik alayı olub. Həmin alayın komandiri general Əliağa Şıxlinski idi. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilmiş və həmin funksiya Xalq Hərbi Komissarlığına verilmişdir. Azərbaycan ordusunun 21 generalından 15-dən çoxu bolşeviklər tərəfindən güllələnib. Azərbaycan ikinci dəfə müstəqil olandan sonra, 1991-ci ilin sentyabrında Ali Sovet Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul e

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 701
favori
like
share