SIDQI (Səfərov Məhəmməd SIDQI (Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlunun təxəllüsü; 22.3.1854, Ordubad şəhəri – 9.12.1903, Kəngərli royonunun Qarabağlar kəndi; Naxçıvan şəhərində dəfn edilmişdir) – maarifçi, pedaqoq, şair, publisist. Mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir.



Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolunu oynayırdı. Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin (“Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s.) müəllifidir (əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar Institutunda saxlanır). Sidqi bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kəblə Nəsir” mənzum hekayəsindən, “Heykəli-insanə bir nəzər” ədəbi-fəlsəfi traktatından (1912 ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə (“Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və sair) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətlərini bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə “Tərbiyə” məktəbində A. S. Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, “Tərcüman” (Baxçasaray), “Əxtər” (Istanbul), “Həblülmətin” (Kəlkəttə), “Kaspi” (Bakı), “Nasiri” (Təbriz) və sair qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 573
favori
like
share