Almas İldırım

Son güncelleme: 18.05.2009 00:13
  • Almas İldırım (İldırım Almaszadə), (25 mart 1907, Bakı - 14 yanvar 1952, Elazığ, Türkiyə), Azərbaycannın mühacir şairi.
    Almas İldırım Həyatı
    Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu Sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.

    1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə İldırım Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar Səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə İldırım Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Təzyiqlərə dözməyib 1933-cü ildə İrana qaçmaq qərarına gəlir. Məşhəddə İran hərbçiləri tərəfindən saxlanılaraq 25 gün məhbəs həyatı keçirir. Azadlığa çıxdıqdan sonra Türkiyəyə köçür və burada jurnalist kimi çalışırır. 1952-ci ildə Şərqi Anadolunun Elazığ şəhərində dünyasını dəyişir.

    1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.

    Əsərləri

    Azərbaycanca

    * 1.Seçilmiş əsərləri. Bakı: Öndər, 2004, 159 s.
    * 2.Qara dastan (şeir və poemalar). Bakı: Azərnəşr, 1994, 143 s.
    * 3.Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şerləriylə. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev. Bakı: 1990, 30 s.

    rusca

    * 1.Азербайджан; До свидания, Баку! (cтихи;) (Авторский перевод А.Фересетели;). "Молодёжь Азербайджана", 1993, 14-24 апреля.
    * 2.Прощай Баку!; Азербайджан (стихи;) (Перевод В.Кафарова;). "Баку", 1993, 20 июля.
    * 3.Что было?; Не вернулся (стихи;) (Авторизованный пер.А.Манафова;). "Молодёжь Азербайджана", 1994, 31 декабря.

    Haqqında olan ədəbiyyat

    Azərbaycanca

    * 1. E.Bəşirova. Milli azadlıq mübarizi Almas İldırım. Bakı: Qartal, 1999, 71 s.
    * 2. N.Ələkbərli. Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım. Bakı: Gənclik, 1999, 191 s.
    * 3. B.Nəbiyev. Didərgin şair. Bakı: Sabah, 134 s.
    * 4. N.Xəzri. Allahım, mən neçin şair doğuldum. "Ədəbəbiyyat və incəsənət", 1990, 30 noyabr.
    * 5. M.Məsimoğlu. Nerdə məni gül qoynunda doğuran... "Yeni Azərbaycan", 2001, 24 avqust.
    * 6. M.Teymur. Mühacirlərimiz. "Azadlıq", 2006, 18 mart.
    * 7. A.Ülvi. Almas İldırım-90. "Xalq qəzeti", 1997, 18 oktyabr.
    * 8. K.Vəliyev. Əlvida, ey gözəl Bakı... "Açıq söz", 1990, N1, s.18-19.
    * 9. V.Yusifli.Qara dastan. "Yeni Azərbaycan", 2003, 27 iyul.
    * 10.V.Yusifli. «Yol ver, yol ver öz yurduma gedim. "Аzərbаycаn", 2004, s.3.

    rusca

    * 1.Кафаров В. Бакинец возврашается в Баку (О поезии А.Ильдырыма;). "Баку", 1993, 20 мая.
    * 2.Манафов А. Соловей печальных песен (О поеме Алмас Ильдырыма;). "Молодёжь Азербайджана", 1993, 22-29 мая.
#18.05.2009 00:13 0 0 0