Xurşidbanu Natəvan

Son güncelleme: 21.03.2010 12:15
  • Xurşidbanu Natəvan - Azərbaycanın görkəmli şairə-qadını. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.
    Xurşidbanu Natəvan Həyatı
    Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin - Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyad-oğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır (məsələn, Məhəmmədəli Tərbiyyətin "Danişmədani - Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B., 1997 və s.). Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.

    Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xan-bikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.
    Xurşidbanu Natəvan

    Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın təkraredilməz yaradıcı abı-havası və mühiti də olmuşdur.

    Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.

    Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar arasında Xurşidbanuya "Dürrü yekta", yəni, tək inci-xanlıqın yeganə varisi deyərmişlər).

    Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə "Məclisi-fəramuşan" adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.

    Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür.

    "Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şeir, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı" (Natəvan haqqında xatirələr. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında xatirələrdə" (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.
    Xurşidbanu Natəvanın heykəli, Bakı şəhəri

    Bəylər Məmmədov "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır" (səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7). Bununla əlaqədar qeyd edək ki, hal-hazırda bu Muzeyin qeydiyyət kitablarına əsasən, göstərilən inventar nömrə Füzuli adına Respublika Əlyazmalar institutuna verilib. Təəssuf ki, biz həmin materialları bu Institutun fondunda hələlik aşkar edə bilmədik. Buna baxmayaraq, ciddi tədqiqatçı olan Bəydər Məmmədovun əsərində verilən bu fakt, sözsüz, diqqətə layiqdir. Lakin, yuxarıda göstərilən qeyri-muəyyən vəziyyəti nəzərə alaraq, gələcəkdə bu vacib mənbənin saxlanılan yeri mütləq müəyyən olmal ıdır.

    Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış (Nizami adına Azərbaycan ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.

    Natəvan poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Onu da deyək ki, son vaxtlarda bəstəkar "Xan qızı Natəvan" operasını artıq yazıb bitirmişdir.

    XX əsr azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirmişdir: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s.

    Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

    Xurşudbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim isə Ziya xanın nəvəsi Uğurlu bəyin qızıdır.

    Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda « Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

    Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu «Quran» ayələrini və dini ehkamları əzbərləməкlə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə кübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şerin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə biliк əldə etdiкdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir кitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.

    Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zaкir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şerə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.

    Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay bəy Usmubəylə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır кi, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təкlif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana öz döğma кəndinə, оradan da Tiflisə aparmışdır.

    Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir.

    1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Omkanın adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.


    Gənc şairə Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil etmişdir. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir.

    O, yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır.

    ("Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s.) Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.

    Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

    Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür.

    Məmməd Rahimin «Natəvan poeması», İ.Əfəndiyevin «Natəvan» pyesi şairəyə həsr olunmuşdur.

    Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

    Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

    * İbrahimxəlil xanın nəvəsidir.
    * Qarabağın hakimi Mehdiqulu xan Cavanşirin qızıdır.
    * Xasay xanın həyat yoldaşıdır.
    * Mehdiqulu xanın anasıdır.
    * Xanbikə xanımın anasıdır.

    Xurşidbanu Natəvan Əsərləri

    * Seçilmiş əsərləri. Təbriz: -1991.-112 s.
    * Əsərləri.-Bakı: Lider nəşriyyatı, 2004.-87 s.
    * Əsərləri.-Bakı: Yazıçı, 1984.-100 s.
    * 33 qəzəl.-Bakı:: Gənclik, 1981.-36 s.
    * Şerlər.-Bakı:: Azərnəşr, 1965.-80 s.

    Xurşidbanu Natəvan Haqqında olan ədəbiyyat

    * Cəfərzadə Ə. Natəvan haqqında hekayələr. Bakı: Azərnəşr, 1963, 60 səh.
    * Xurşud Banu Natəvan. Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı: 1979, səh. 44-48.
    * Məmmədov B. Xurşudbanu Natəvan. Bakı: Yazıçı, 1983, 158 səh.
    * Natəvanın şair qohumları. Bakı: Azərnəşr, 1989, 84 səh.
    * Əliyeva H. Natəvanın tikmələri. "Qobustan". 1970, N1, səh. 42-46.
    * Əfəndiyev İ. Xurşudbanu Natəvan. "Azərbaycan", 1985, N11, səh. 22-65.
    * Məmmədov B. Xurşudbanuya. "Ulduz", 1995, N1, səh. 36.
#18.05.2009 00:17 0 0 0
  • noimage


    Bədii yaradıcıllığa XIX əsrin 50-ci illərində başlayan Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairlərdən biridir.Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik, tə`sirli poetik vasitələrlə təsviri onun yaradıcıllığının başlıca keyfiyyətləridir.

    Xurşidbanu Natəvan 1832-ci il avqust ayının 15-də Şuşa şəhərində anadan olmuşdur.O, mənşə etibariə seçilmiş bir nəsildən idi.Atası Mehdiqulu xan Cavanşir Qarabağ xanı, anası Bədircahan bəyim isə Gəncə hakimi Cavad xanın nəslindən olan Uğurlu bəyin qızıdır.Belə məşhur nəsildən çıxdığı üçün Xurşidbanu Natəvan Qarabağda "Xan qızı" ləqəbi ilə tanınmışdır.Natəvan ailənin yeganə övladı idi.Onun uşaqlığı sarayda keçmiş, ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdur.Natəvan təhsilini də atasının sarayında xüsusi müəllimlərdən almış, hələ kiçik yaşlarında oxuyub-yazmağı, dini və dünyəvi bilikləri, habelə klassik poeziyanı öyrənmişdir.

    Atasının ölümündən sonmra Qarabağ xanlığının mülklərini idarə etmək hüququ Natəvana keçir.O, xanlığın ictimai mədəni inkişafı, Şuşa şəhərinin abadlaşdırılması üçün fədakarlıqla çalışır.Körpü və yolların salınmasına, məktəblərin açılmasına, məscid və minarələrin tikilməsinə, köhnə binaların təmirinə yaxından kömək edirdi.1872-ci ildə "Məclisi-üns"ün rəhbərliyi ilə bərabər, bütün xərclərini də öz üzərinə götürür.

    1883-cü ildə Natəvan Şuşadan yeddi kilometr aralı olan Sarı Bbadan şəhərə su kəməri çəkdirmiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam, buzxana düzəltdirmişdir.Şəhər əhalisinin istirahət və gəzintisi üçün bağ saldırmışdır.

    1885-ci ildə Natəvanın oğlu Mirabbas xəstələnib ölür.Bu hadisə şairəni sarsıdır, onda dərin bir kədər doğurur.Bundan sonra o, xəstələnir və get-gedə solmağa başlayır.Ömrünün sonlarında airə maddi cəhətdən də çətinlik çəkir.Ev əşyalarını, bağını, zinət şeylərini açıq satışa qoyur.Bütün bu iztirablar Natəvanın səhhətini getdikcə ağırlaşdırır və 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir.Dəfn mərasimində iştirak edən adamlar hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparırı, Xan qızı Ağdamda "İmarət" deyilən ailə qəbirsanlığında dəfn olunur.

    Natəvanın əsərləri əsasən, qəzəllərdən ibarətdir.Bu qəzəllərin mərkəzində insanpərvərlik, xeyirxahlıq, səmimi ülfət, dostluq ideyalarının tərənnümü dayanır."Ey dust", "Xudahafiz", rəqifli qəzəllərində o, bir-birini sevən insanlar narazılıq, ayrılıq salmağa cəhd edən xain, yaramaz adamların əməllərini pisləyir.Müasirlərinə riyakar, ikiüzlü, aravuran adamlardan uzaq gəzməyi təkidlə tövsiyə edən şairə, eyni zamanda, dostluq ülfəti tutan kəsləri ehtiyatlı olmağa, rəqib fitnəsindən qorunmağa çağırır.

    Natəvanın təbiət gözəlliklərinə, bənövşəyə, qərənfilə, bülbülə həsr etdiyi şerləri də vardır: "Gülün", "Bülbül", "Bənövşə", "Qərənfil" və s.Doğma təbiətin gözəlliklərindən ilham alan şairənin bu əsərlərindən həyat ətri, gülün, çiçəyin xoş rayihəsi gəlir.Şairə təbiət gözəlliklərini insanın mənəvi dünyaını, qayğılar ilə əlaqələndirir.Bu şerlərdə güclü bir insan əhval-ruhiyyəsi duyulur.

    Natəvanın yaradıcıllığı ilə XIX əsr Azərbaycan şerinin lirik qəhrəmanı bədii struktur baxımından daha da zənginləşir; bu tərkibə əvvəlki Aşiq və Məşuqə surətlərindən fərqlənən tamam yeni bir insan-dərdli, kədərli ana surəti daxil olur.

    Sinəsinə çalın-çarpaz oğul dağı çəkmiş bu ananı dünyadan cavan köçmüş övladının ayrılığı yandırır.Onun yarası gecə-gündüz göynəyib sızıldayaraq ana qəlbinin fəryadına çevrilir."Yanar canım oğul, daim sənin nari-fəğanında" misrası ilə başlanan qəzəli həmin fəryadların bədii əksi kimi yaranmışdır.Bu şerin hər misrasında müsibət içində olan ananın odlu qəlbi çırpınır:

    Yanar canım, oğul, daim sənin nari-fərağında,

    Necə pərvanələr hər dəm yanar şəmin ayağında.

    Güli-ruyin həvasilə çıxar əflakə əfqanım,

    Odur bülbül nəvası gül fəraqü iştiyaqında.

    O şirin ləblərin şövqü günü-gündən olur əfzun.

    Əgər Fərhad tək iki yüz il dolansam hicr dağında.

    Sənin hicrin odu, Abbas, dəxi çıxmaz ki, canımdan,

    Səməndər tək yanar daim anan nari-fərağında.



    Həyatdan doymuş anaya oğulsuz yaşadığı hər bir dəqiqə ildən artıq görünür. O, işrət yerlərindən kənar dolanaraq, günlərini oğlunun məzarı üstə gedib orada ağlamaqla keçirir.Ana səadətini ölməkdə, oğlunun ruhuna, torpağına qarışmaqda görür.Buna görə ömrünün tamamlanıb sona yetişməsini arzulayır, lakin ruhu onun xəstə canını tərk eləmir.Günlər keçdikcə ananın üzüntüləri artır və dözülməz olur.

    Şairənin "Sənsi", "Əfsus", "Getmə" rədifli qəzəlləri Mirabbasın ölümü münasibətilə yazılmışdır.Bu şerlərin birincisində ananın bahar fəslində, təbiətin canlandığı, gözəlləşdiyi bir vaxtdakı əhval-ruhiyyəsi təsvir olunmuş, təbiətin şadlığı ilə ana qəlbinin kədəri arasında qüvvətli bir bədii təzad yaradılmışdır.İkinci şerdə isə Natəvan oğlunun ölümünü gül mövsümünün keçməsi, baharın solub getməsi, bülbülün xəstə halda halda tək-tənha qalması ilə müqayisə edir.Ana oğlunu əzəmət və şərafət bağında açılmış, lakin "gülçini-ruzigar"-dövranının bağbanı tərəfindən çox tez qopardılmış gülə bənzədir.Oğlunu həzin, kədərli bir dillə yuğlayan ana torpağa yalvararaq bu "gülbədən" cavanı əziz saxlamağı xahiş edir:

    Keçibdi mövsimi-gül, getdi novbahar, əfsus!

    Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!

    Riyazi-izzü şərafətdə bir gül açmışdı,

    Qopardı o gülü gülçini-ruzigar, əfsus!

    O gülbədən ki, ipək köynək incidərdi onu,

    Olubdur indi o, torpaqla xakisar, əfsus!

    Sən allah, ey qara torpaq, onu əziz saxla,

    Odur mənim gözümün nuru, ey məzar, əfsus!



    Xurşidbanu Natəvanın böyük oğlu Mehdiliqulu xana həsr etdiyi "Ölürəm" rədifli şeri də övladı üçün darıxan, onu görməyə, bağrina basmağa can atan, lakin arzusu gözündə qalan ananın daxili iztirablarını əks etdirir.Yüsək bədiilikdə yazılmış bu şerin misralarında "fəraqdan gecələr sabaha kimi yatmayan, ayrılıqdan "bahar laləsi tək bağrı qan" əli qoynunda qalan, sinəsi dərdlə dolu ananın kövrək qəlbi, həsrət gözləri görünür:

    Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,

    Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

    Fəraqdan gecələr yatmaram səbahə kimi,

    Xəyali zülfünə bağlı gedibdir can, ölürəm.



    Natəvanın şerləri bədii sənətkarlıq baxımından kamil ş`er nümunələridir.İncə mətləbləri, dərin hissləri qüvvətli lirika, poetik coşğunluqla cana gətirmək, şerdə ifadə yığcamlığı, fikir əlvanlığı və məna dərinliyi yaratmaq onun sənətkarlığının başlıca səciyyəsini təyin edir.

    Şifahi xalq ədəbiyyatından və klassik irsdən ustalıqla bəhrələnən şairə yeri gəldikcə bədii sual, xitab və nidalar işlətməklə lirik qəhrəmanın daxili aləmini, onun hiss və duyğularını, heyeət, həyəcan, yalvarış və təəssüflərini canlı, təsirli əks etdirir.Şe`rlərindəki bədii ifadə vasitələri, xüsusilə təkrirlər, qoşa qafiyələr, rədiflər onun əsərlərinin bədii təsirini daha da qüvvətləndirir.
#19.03.2010 09:06 0 0 0
  • Konular birlestirildi..
#21.03.2010 12:15 0 0 0