Aqşin Əlizadə Kimdir - Aqşin Əlizadə Resimleri - Aqşin Əlizadə Hakkında - Aqşin Əlizadə Eserleri

Həyatı

Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını – Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Tələbə vaxtı yazdığı sonata “Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsi”ndə I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan “Ekspressiya”- aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. “Bayatılar” əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstuktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyi - Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləridir. Əsas əsərləri: “Babək” baleti, “Natəvan” baleti, 5 simfoniya, xor üçün “Bayatı”, “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd Suitasi”, “Dastan”, “Qədim oyunlar”, “Portret”, xoreoqrafiq simfoniya və s. 40-dan çox filmə və tamaşaya musiqi yazıb. Xalq artisti (1987), dövlət mükafatı laureatı (1978), professordur.



* Bəstəkar Əli Əlizadənin atasıdır.
Filmoqrafiya

1. SSRİ Xalqlarının Spartakiadası (1966)
2. Bu, Səttar Bəhlulzadədir (1969)
3. Axtarış Həvəsi (1970)
4. Fitnə (1970)
5. Dəmir Ağac (1971)
6. Torpaq Patriarxları (1971)
7. Tülkü Həccə Gedir (1971)
8. Çaqqal Oğlu Çaqqal (1972)
9. Qızılqaz (1972)
10. Odla Təmasda (1972)
11. Bulud Niyə Ağlayır? (1973)
12. Göyçək Fatma (1973)
13. Ceyrançöl (1974)
14. Rəqiblər (1974)
15. Tütək Səsi (1975)
16. Nə Yaxşı ki, Dünyada Səməd Vurğun Var (1976)
17. Üzü Küləyə (1977)
18. Akt və Fakt (1978)
19. Qəribə Adamlar (1978)
20. Toral və Zəri (1979)
21. Gözlə Məni (1980)
22. Təkcə Adanı Özünlə Apara Bilməzsən... (1980)
23. Çarə (1981)
24. Üzeyir Ömrü (1981)
25. Ötən İlin Son Gecəsi (1983)
26. Alayarımçıq (1984)
27. Avqust Gələndə (1984)
28. Xəbərdarlıq (1984)
29. Sizi Dünyalar Qədər Sevirdim (1985)
30. Kölgədə 40 Dərəcə İsti (1987)
31. Pirverdinin Xoruzu (1987)
32. Kross (1989)
33. Abşeron Lövhələri (1990)
34. Matəm (1990)
35. Ləqəbi "İKA"dır (1997)
36. Deportasiya (2001)
37. Əkrəm Əylisli. İşıq Həsrəti (2003)
38. Unudulmuş Qəhrəman (2005)
39. Bağ Yerində (2007)
40. Məhkumlar (2007)
41. Ömür Urası (2007)
42. Təxəllüsü "Mixaylo" (2008)

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 992
favori
like
share