Arif Məlikov Kimdir - Arif Məlikov Heyati - Arif Məlikov Resimleri - Arif Məlikov HakkındaArif Cahangir oğlu Məlikov - Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1965), Azərbaycan Respublikasının xalq artisti (1978), professor (1979), SSRİ xalq artisti (1986), Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).
Həyatı1933-cü il sentyabrın 13-də Bakıda anadan olub.



1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirmişdir.Nəaliyyətləri1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb.

1971-ci ildə «Şərəf Nişanı» Ordeni ilə təltif olunub.

1978-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 1979-cu il – professor adına layiq görülmüşdür.

1982-ci ildən – Az. Dovlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir.

1986-cı ildən Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə İstiqlal Ordeni ilə təltif olunub.

2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdirƏsərləri
* Baletlər: Məhəbbət əfsanəsi (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqelgözəl Yusif" (1999)
* BSO üçün: Səkkiz simfoniya (1958-2000), "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaları; Kamera instrumental əsərlər (prelüdlər, süitalar); Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Xalq Çalğı alətləri Orkestri üçün əsərlər. 7 saylı Simfoniya (1995); Ç.İldırımın söz. səs və simfonik orkestr üçün «Azərbaycan» balladası (1995); 8 saylı Simfoniya (2001).
* Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001).
Filmoqrafiya
1. Sehrli Xalat (1964)
2. İyirmialtılar (1966)
3. Axırıncı Aşırım (1971)
4. Ulduzlar Sönmür (1971)
5. Qərib Cinlər Diyarında (1977)
6. Qız Qalası Əfsanəsi (1978)
7. İşarəni Dənizdən Gözləyin (1986)
8. Arif Məlikov. "Məhəbbət Əfsanəsi" (1987)
9. Doğma Sahillər (1989)
10. Gecə Qatarında Qətl (1990)
11. Kitabi Dədə Qorqud. Səkrəyin Dastanı (1990)
12. Göylər Sonsuz Bir Dənizdir. II Film. Züleyxa (1995)
13. Tənha Ruh (1998)
14. Heydər Əliyev. Dördüncü Film. Lider (1999)
15. Tanrıya Tapınan Kiş (2001)
16. Hacı Qara (2002)
17. Maestro (2002)
18. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003)
19. Müstəqillik Yollarında. Üçüncü Film (2004)
20. Nəfəs Alətləri (2004)
21. Oqtay Ağayev. Ötən Günlər (2004)
22. Mücadilə. Birinci Hissə. İstiqlalın Beşiyi (2006)
23. Rəssam Ömrünün Palitrası (2006)
24. Dağlı Çörəyi (2007)
25. Hədiyyələr, Həyəcanlar... (2007)
26. Maestro Niyazi (2007)

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1437
favori
like
share