Türkiyə Respublikası

Bayrağı
Şüar: "Yurdda Sülh, Cahanda Sülh"
Milli himn: İstiqlal Marşı
Paytaxt Ankara
Böyük şəhərlər İstanbul, Ankara, İzmir
Rəsmi dil Türk dili
Hökumət Parlament Dövləti
- Prezident Abdulla Gül
- Baş nazir Rəcəp Tayyip Ərdoğan
Osmanlı İmperiyasının varisi Müstəqillik savaşı
- Parlament quruculuğu 30 avqust, 1922
- Formation of Parliament 23 aprel, 1920
- Declaration of Republic 29 oktyabr, 1923
Ərazi
- Ümumi 783,562,38 toplam alanı 814.578 km² (37th.)
302,535 sq mi
- Su (%) 1.3 (769,604)
Əhali
- 2008 est. 71.517.100 (17th.)
- 2007 sayımına göre 70.586.256
- Sıxlıq 92/km² (102nd.)
240/sq mi

GSMH 2008 tahmini

(Satın alma gücü paritesi)
- Toplam $1.026 billion (16th.)
- kişi başına $9,333 (75th.)
İnkişaf indeksi (2006) 0.757 (92nd.) – medium
Pul vahidi Türk Lirəsi (TL)
Saat qurşağı EET (UTC+2) - Yaz EEST (UTC+3)
İnternet kodu (Domen) .tr
Telefon kodu +90

Türkiyə (Türk dili: Türkiye), rəsmi adı Türkiyə Respublikası (Türk dili: Türkiye Cumhuriyeti). Ərazisinin cəmi 3 %-i Avropada yerləşən cənub-şərqi Avropa dövlətidir.

Coğrafiya

Asiyanın cənub-qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Ərazisi (daxili su hövzələri ilə birlikdə) 780,580 km² təşkil edir.

Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir.

Ən uca dağı Ağrı dağ, ən böyük gölü Van gölüdür.

Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır.

Ölkənin cənubuna Aralıq dənizi iqlimi hakimdir.

Tarix

Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Burada Osmanlı dövlətinin qurulmasından əvvəl Bizans İmperiyası mövcud olmuşdur. 1299-cu ildən başlanmış quruculuq işləri nəticəsində 1326-cı ildə mərkəzi Bursa olan Osmanlı dövləti quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Ümumiyyətlə, dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının 3 qitədə torpaqları olmuşdur) biri hesab olunur.

XIX əsrin sonlarında imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəiləməkdə olan İmperiya Birinci Dünya Müharibəsini salamat başa vura bilmədi.

Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlının bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə Mustafa Kamal Atatürkün başçılğı ilə Azadlıq müharibəsi başladı.

Siyasət

Türkiyə Respublikası 29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən quruldu.

İqtisadiyyat

Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə pis vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhsullar belə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyətini oxuya və yaza bilməyən yoxsul insanlar təşkil edirdi. Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaq haqda düşünmürdülər.
İstanbul

Dil

Türkiyə Respublikası rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi Azərbaycan türkcəsinə cox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır.

Din

Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır.

Türkiyənin vilayətləri

Adana • Adıyaman • Afyonqarahisar • Ağrı • Aqsaray • Amasya • Anqara • Antalya • Ardaxan • Artvin • Aydın • Balıkesir • Bartın • Batman • Bayburt • Biləcik • Bingöl • Bitlis • Bolu • Burdur • Bursa • Çanaqqala • Çanqırı Çorum • Denizli • Diyarbəkr • Düzcə • Əlazığ • Ərzincan • Eskişəhr • Ədirnə • Ərzurum • Girəsun • Gümüşxanə • Hakkari • Hatay • İğdır • İsparta • İstanbul • İzmir • Qəhrəmənmaraş • Qarabük • Qaraman • Kastamonu • Kayseri • Qırıqqala • Qırqlareli • Qırşəhr • Kilis • Kocaeli • Konya • Kütahya • Malatya • Manisa • Mardin • Mərsin • Muğla • Muş • Novşəhr • Niğde • Ordu • Osmaniyə • Qars • Qaziantəb • Rizə • Sakarya • Samsun • Siirt • Sinop • Sivas • Şırnak • Tekirdağ • Tokat • Trabzon • Tunceli • Şanlıurfa • Uşak • Van • Yalova • Yozgat • Zonquldak

Mühacirət
# Ölkə Türk Əhali Tarix
1 Almaniya 2.637.000 [1] 2003
2 Bolqarıstan 746.664[2] 2001
3 Fransa 370.000[1] 2003
4 Niderland 270.000[1] 2003
5 Şimali Kipr Türk Respublikası 250.000 təxmini
5 Avstriya 200.000[1] 2003
6 ABŞ 117.575[3] 2000
7 Belçika 110.000[1] 2003
8 Braziliya 100.000- 200.000 təxmini
9 Yunanıstan 150.000 təxmini
10 Rusiya 92.415[4] 2002
11 İsveçrə 90.000[1] 2003
12 Makedoniya 77.959[5] 2002
13 Böyük Britaniya 70.000[1] 2003
14 Avstraliya 54.595[6] 2001
15 Danimarka 53.000[1] 2003
16 Kosovo 50.000[1] 1999
17 İsveç 37.000[1] 2003
18 Rumıniya 32.596[7] 2002
19 Kanada 24.910[8] 2001
20 İran 15.000 təxmini
21 Norveç 14.084[9] 2006
22 İraq 450.000 - 500,000 təxmini
23 İtaliya 11.077[10] 2004
24 Suriya 10.000 2007
25 Kipr 2,000 təxmini
26 Yaponiya 1.194[11] 2006
Yekun (maks.) 5.675.069
Yekun (min.) 5.567.069

Təhsil

Quruluş illərində yığılan 12 milyonluq əhalinin coxu oxuma yazma bilmirdi. Günümzdə bu səviyyə 90% -dir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə dayanır. Daha sonrakı 4 illik orta təhsil sistemi var. Universitetə keçid Tələbə Seçmə Sınağı ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıqtəhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.

Türkiyədə 8 illik təhsil məcburidir. Bundan sonra 4 illik orta təhsil dövrü var.

Universitetler

1930-cu illərə qədər cəmi 2 universitetin - İstanbul Texniki Universiteti və İstanbul Universitetinin mövcud olduğu Türkiyədə bu gün onların sayı 110-dur.

Türkiyənin ən köhnə universiteti olan İstanbul Universititetinin quruluşu 1456 ilinə ən köhnə texniki universiteti olan İstanbul Texniki Universiteti isə 1773 ilinə dayanır

1961 Anayasanın 120-ci maddəsində universitetlər özəy quruluşlar olaraq yer alarkən, 27 Sentyabr 1960 tarixli 115 saylı qanunla 1946 tarixli 4936 saylı qanunun bəzi maddələrini dəyişdirib yeni maddələr əlavə edilmişdir. Bu qanunla Mili Təhsil Nazirliyinin Universitet üstündəki səlahiyyətləri azalmışdır. Fakültə qanunlarına daha geniş əlavə edilmiş və kadr çoxluğunu

Bayramlar və xüsusi günlər

Rəsmi bayramlar

* 1 yanvar - Yeni il
* 23 aprel - Milli Müstəqillik günü və Uşaq Bayramı
* 19 may - Atatürkü anma, Gənclik və İdman Bayramı
* 30 avqust - Zəfər Bayramı
* 29 oktyabr - Respublika Bayramı
* Ramazan Bayramı (3 gün)
* Qurban Bayramı (4 gün)

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2015
favori
like
share