YAVAŞ-YAVAŞ DüŞüR

Yavaş-yavaş hər şey gözümdən düşür:
Şəhər adamlarla döyüşür,
Ağaclar kəsilir, yollar sürüşür,
Onlar da mənim gəncliyim kimi,
Plana düşür...
Qiymətlər hər gün şişir,
Qadınlar xəyanətlərlə görüşür,
Inanmaq istədiklərim,
Inamımdan bir pillə də düşür...
20 faiz torpaqlarımıza qarşılıq,
20 faiz kreditlə evlər bölüşür;
Vasitəçi həmsədrlərin təklifləri,
Biqeyrət hisslərimizə baxıb gülüşür;
Heç yaddaşıma yazmadığım şeylər
Yadıma düşür...
Hər gün bir yol qəzasi xəbəri
qulağımızı deşir;
Kriminal izlər, bölməyə çatmamiş
Yerini dəyişir;
Polis hər gün bir cinayətin
Izinə düşür...
Burada arzusuna tez çatır oğru:
Bir az vicdan əzabı,
Bir az mənəvi ağrı,
Qarşılığında isə böyük sərvətə qovuşur.
Amma hər il minlərlə tələbə
Böyük ümidlərlə
ümidsiz həyata yola düşür...
Bax beləcə, göz yaşından başqa,
Yavaş-yavaş hər şey gözümdən düşür...

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 805
favori
like
share
sevgi Tarih: 18.05.2009 23:22
[COLOR="YellowGreen"]Həyat yaşanandan sonra...
Həyat yaşanandan sonra,
Qızlar sevilməmişdən öncə,gözəl olur.
Xoşbəxtlik olmamışdan öncə,
Bədbəxtlik olandan sonra gözəl olur.
Yalançılar yalanları qədər,
Yalanlar üzə çıxana qədər gözəl olur.
Düşüncələr azad olduqları qədər,
Insanlar düşünə bildikləri qədər gözəl olur.
Yaradan yarada bildiyi qədər,
Yaradılan anlaya bildiyi qədər, gözəl olur.
Cahillər bir yerdə olanda,
Dahilər tənha olanda gözəl olur.
Ağil imkanla birləşəndə,
Səviyyə mühitlə birləşəndə, gözəl olur.
Qanunsuzluq heç kimə tətbiq olunmayanda,
Qanunlar hər kəsə tətbiq olunanda, gözəl olur.
Mədəniyyət hər şey olanda,
Nifrət heç nə olmayanda gözəl olur.
Məhəbbət ilk baxişda,
ölüm son baxişda gözəl olur.
Eybəcərliklər adiləndən sonra,
Gözəlliklər eybəcər olana qədər, gözəl olur