GƏNCLƏRLƏ BAĞLI KEÇİRİLƏN TƏDBİRLƏR

Son güncelleme: 20.05.2009 00:03
  • Gənclər, İdman və Turizm Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görmüşdür

    Hal-hazırda Azərbaycanda uşaq və gənclərlə işləyən və onları öz ətrafında birləşdirən qeyri-hökumət təşkilatlarının (QHT) sayı 120-dən artıqdır. Onların yarıdan çoxu konfederativ qurum olan Gənclər Təşkilatının Milli Şurasında birləşmişdir. Milli Şura 2000-ci ildə Avropa qitəsində ən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvarından isə BMT-nin Sosial-İqtisadi Şurasına müşahidəçi statusu ilə üzv qəbul olunmuşdur.
    "Uşaq və gənclər birliklərinin proqramlarının (layihələrinin) qismən maliyyələşdirilməsi haqqında" Gənclər, İdman və Turizm Nazirliyi Kollegiyasının qərarına və "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2000-2004-cü illərdə gənclər təşkilatları tərəfindən təqdim olunmuş 97 layihə dövlət büdcəsindən qismən maliyyələşdirilmişdir.

    Yuxarıda qeyd olunanlardan göründüyü kimi, son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılmış, bu sahədə hüquqi baza təkmilləşdirilmişdir.

    Görülmüş işlərin nəticəsi olaraq, 1999-cu ildən bəri gənclərin onlarla qeyri-hökumət təşkilatı yaranmış və onların əksəriyyəti dövlət qeydiyyatından keçmişlər.
#20.05.2009 00:03 0 0 0