SİYASİ PARTİYALAR

Son güncelleme: 20.05.2009 00:08
  • Maddə 58. Birləşmək hüququ

    I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

    II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcüd birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

    III. Heç kim hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

    IV. Azərbaycan Respublikasının bütün ərazəsində və ya hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

    Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanı qazanır. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 42 siyasi partiya fəaliyyət göstərir.

    Sıra
    №-si PARTİYANIN ADI Sıra
    №-si PARTİYANIN ADI Sıra
    №-si PARTİYANIN ADI
    1 Azərbaycan Milli İstiqlal Partiyası 15 Azərbaycan Vətənpərvərlər Partiyası 29 Vahid Azərbaycan Milli Birlik Partiyası
    2 Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 16 Azərbaycan Demokratik Sahibkarlar Partiyası 30 Vahid Azərbaycan Partiyası
    3 Azərbaycan Xalq Demokratik Partiyası 17 Azərbaycan Naminə Alyans Partiyası 31 Demokratik Azərbaycan Dünyası Partiyası
    4 "ANA VƏTƏN" Partiyası 18 Azərbaycan Demokratik Maarifçilik Partiyası 32 Müstəqil Azərbaycan Partiyası
    5 Milli Demokrat İdrak Partiyası 19 Vəhdət Partiyası 33 Milli Qurtuluş Partiyası
    6 Azərbaycan Kəndli Partiyası 20 Azərbaycan Respublikaçılar Partiyası 34 Azərbaycan Yurddaş Partiyası
    7 Vətəndaş Həmrəyliyi Partiyası 21 Azərbaycan Xalq Partiyası 35 Azərbaycan Sosial Rifah Partiyası
    8 Müsavat Partiyası 22 Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 36 Azərbaycan liberal Partiyası
    9 "BİRLİK" Partiyası 23 Azərbaycan Demokrat Partiyası 37 Azərbaycan Sosial Demokrat Partiyası
    10 Azərbaycan Ümid Partiyası 24 Azərbaycan Mübarizlər Partiyası 38 Azərbaycan Xalq Cəbhəsi Partiyası
    11 "QORQUD" Partiyası 25 "Ədalət" Partiyası 39 Azərbaycan Vahid Kommunist Partiyası
    12 Azərbaycan Milli Hərəkat Partiyası 26 "Milli Vəhdət" Partiyası 40 Sosial Ədalət Partiyası
    13 Azərbaycan Kommunist Partiyası 27 Müasir Müsavat Partiyası 41 Milli Konqres Partiyası
    14 Azərbaycan Milli Dövlətçilik Partiyası 28 Yeni Azərbaycan Partiyası 42 Azərbaycan Azad Respublikaçılar Partiyası
#20.05.2009 00:08 0 0 0