Bakı Avropa ilə Asiyanın qovşağında - Xəzər dənizinin sahilində yerləşir. Xəzər dünyanın axarı olmayan ən böyük gölüdür.

Bakı Avropa ilə Asiyanın qovşağında - Xəzər dənizinin sahilində yerləşir. Xəzər dünyanın axarı olmayan ən böyük gölüdür. Böyüklüyünə və duzlu suyuna görə onu dəniz adlandırırlar. Xəzər Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın sahillərini yuyur. Hələ də onun hüquqi statusu (göl, yoxsa dəniz) müəyyənləşməyib. Bu səbəbdən də onun bölüşdürülməsi Xəzəryanı dövlətlər arasında mübahisə yaradır.


Xəzərin mənşəyi qədim Tetis dənizinin geoloji taleyi ilə bağlıdır. 50-60 milyon il əvvəl bu dəniz Atlantik və Sakit okeanı birləşdirir və indiki Aralıq, Qara, Azov və Xəzər dənizlərinin ərazisini tuturdu. Mürəkkəb tektonik cərəyanlar nəticəsində Tetis dənizi əvvəlcə Sakit, sonra isə Atlantik okeandan uzaqlaşdı. 5-7 milyon il əvvəl o, Qara dəniz və Xəzər dənizi də daxil olmaqla bir neçə dəfə birləşib-ayrılan kiçik su hövzələrinə parçalandı. Nəhayət, 1,8 mln. il əvvəl Xəzər dünya okeanından ayrı düşdü. Bu mərhələni uzun tarix ərzində - indiki xüsusiyyətlərini əldə edənədək - öz simasını və ölçüsünü bir neçə dəfə dəyişən Xəzər dənizinin formalaşması dövrü hesab etmək olar.


Hazırda Xəzər dənizi - dünyanın ən böyük daxili göldür, o yer kürəsinin göl sularının 44 faizini təşkil edir. Xəzər dənizinin səviyyəsi dünya okeanından xeyli aşağıdır və o, enib-qalxmalara meyllidir. 2001-ci ildə o, mənfi 27 metr göstəricidə olub. Dəniz səthinin ərazisi daimi deyil, o təxminən 370 min kvadrat kilometrdən çox ərazini tutur. Enib-qalxması diapazonu, dənizin səviyyəsindən asılı olaraq, 10-20 faizdir. Bu səbəbdən də, səthin ərazisi müxtəlif mənbələrlə müxtəlif cür göstərilir. Suyun duzluluğu 13 faizdir, bu, dünya okeanında olduğundan üç dəfə azdır.
Xəzərə əsasən şimaldan və qərbdən 130 iri və xırda çay tökülür. Onların içərisində Volqa xüsusi seçilir. Ümumi illik axının 90 faizi üç çayın - Volqanın (80 %), Kürün (6 %) və Uralın (5 %) payına düşür. Terek, Sulak və Samur çayları isə ümumilikdə Xəzər suyunun 5%, İranın kiçik çayları isə təxminən 4-5% təşkil edirlər.


Xəzərin uzunluğu təxminən 1200 km-dir, ən enli yeri 466, ən ensiz yeri 204 km-dir. Gölü şərti olaraq üç hissəyə bölürlər: şimal, orta və cənub. Xəzərin şimali hissəsi azsuludur, onun orta dərinliyi 5 m, maksimal dərinliyi 25 m-dir. Orta hissənin dərinliyi 180 m-dir, bəzi yerlərdə (Dərbənd çökəkliyi) bu göstərici 790 m-ə çatır. Dənizin cənub hissəsi dərindir, burada maksimal dərinlik (Lənkəran çökəkliyi) 1025 m-dir.


Xəzər dənizi bənzərsiz gözəlliyə, rəngarəng ekosistemə, zəngin təbii ehtiyatlara malikdir. Onun şimal sahilində şiddətli şaxtalar və qar çovğunları olduğu halda, cənubunda maqnoliyalar və ərik ağacları bitir. Dəniz çox qədim flora və faunasını, o cümlədən dünyada ən böyük nərə balığı sürülərini qoruyub saxlaması ilə bənzərsizdir. Dəfələrlə suyun duzlaşmanın və ya şirinləşməsinin təsiri altında dənizin bitki örtüyü köklü dəyişikliklərə məruz qalıb, nəticədə şirinsularda yaşayan bitki növləri artıb və dəniz florası isə kasadlaşıb. Volqa-Don kanalının istifadəyə verilməsindən sonra burada yosunların başqa - Azov və Qara dənizdə yaşayan növləri də meydana gəlib. Xəzər dənizində 500 növ bitki və 854 növ heyvan yaşayır, onlardan 79 növünü onurğalılar təşkil edir. Dəniz bütün dünyanın nərə balıq hasilatının 80%, kürü hasilatının 95% -ni verir. Burada rast gəlinən nərə balıqlarının 5 növündən ən böyüyü ağbalıqdır. Onun çəkisi 1 tona, uzunluğu 5 metrə çata bilər. Nərə balıqlarından başqa Xəzər qızılbalığı, çapaq balığı, xəşəm, şamayı, kütüm, Xəzər ilanbalığı ovlanılır.


Xəzər dənizində 121 məməli növündən yalnız biri yaşayır. Bu, Xəzər suitisidir, ona başqa heç bir dənizdə rast gəlinmir. O, dünyada ən kiçik suitidir, uzunluğu 160 sm, çəkisi 100 kq-dır. Azərbaycan sahillərində suitilər mart-aprel aylarında sürü ilə görünürlər, bu zaman onlar cənuba köçürlər və oktyabr-noyabrda qışlamaq üçün geri - şimala qayıdırlar.


Xəzər quşların Avropa, Asiya və Yaxın Şərq arasında mühüm miqrasiya yoludur. Hər il 12 milyonadək quş miqrasiya zamanı bölgədən keçir və daha 5 milyon qışlamaq üçün burada qalır.


Xəzər dənizinin əsas sərvəti onun dibindəki neft və qazdır. İlk dəfə məhz burada dənizdə neft hasilatı əldə edilib. Hazırda Azərbaycan Respublikasında hasil olunan neftin böyük hissəsini (70-95%) dəniz yataqlarından əldə olunur. Bölgədə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində dənizdə və ona bitişik ərazilərdə bir sıra iri neft və qaz yataqları aşkarlanıb. Karbohidrogen resursları potensialına Xəzəri İran körfəzindən sonra neft və qaz yataqlarına görə dünyada ikinci yeri tutur.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2343
favori
like
share