Bayrağım göylere ucala Allah

Son güncelleme: 26.05.2009 22:19
  • Ana Vətənimin ana dərdinə

    Bir oğul tapıla yana dərdinə

    Düşünə,anlaya,qana dərdi nə,

    Qırılan könlünü tez ala ,Allah.

    Çevirə silaha Vətən eşqini,

    Şaxtalı çöllərdə itən eşqini,

    Şəhid məzarında bitən eşqini,

    Qoyma ki saralıb tez sola ,Allah.


    Ey igidim ,oğul ,qoçağım oğul

    Vətəndir müqəddəs ocağın,oğul,

    Ulu türk qanındır dayağın,oğul,

    Ya yaşa, ya yaşat,ya da ki boğul,

    Ürəyi Vətənlə vuranlardan ol,

    Köksündən bu kəlmə qopsun hər sabah,

    Bayrağım göylərə ucala ,Allah.
#26.05.2009 22:19 0 0 0