Külək əsir,yolların tozu ilə oynayır,

Ağacların,güllərin nazı ilə oynayır,

Hardasa qərib aşıq sazı ilə oynayır,

Mən isə nə küləyi ,nə yolu izləyirəm,

Anamı gözləyirəm....

Gözləməyin sirrini öyrədib özü mənə,

Xeyir dualarını göndərib üzü mənə,

Fələk hər dəfə zərbə vursa da düzü mənə,

Ağrı acılarımı gözümdə gizləyirəm
Anamı gözləyirəm.....

Əllərinin ətrini qabarını gəzirəm,

Sinəsində uyuyan qubarını gəzirəm,

Yaman qəribsəmişəm,tumarını gəzirəm,

Gələnədək rəsmini öpüb əzizləyirəm,

Anamı gözləyirəm.

Ömrümə ömür qatan ürəyinə qurbanam,

Saf arzuna duyğuna diləyinə qurbanam,

Alın tərinlə gələn çörəyinə qurbanam,

Ürəyimlə yolları yuyub təmizləyirəm,

Anamı gözləyirəm...

Beğeniler: 1
Favoriler: 1
İzlenmeler: 709
favori
like
share