Aleksandr Rıbak Tərk Edildi, Məşhur Oldu

Son güncelleme: 25.06.2009 13:39
  • Aleksandr Rıbak - Aleksandr Rıbak Tərk Edildi
    noimage

    Aleksandr Rıbak: «Mənə qalsa, ən yaxşı mahnı Islandiyanın və Türkiyənin idi. Üstəlik Türkiyə təmsilçisi Hadisə qeyri-adi perfomans nümayiş etdirdi»
    Bu ilin mayında Moskvada keçrilən "Eurovision 2009″ beynəlxalq mahnı yarışmasının qalıbi, Norveç təmsilçisi Aleksandr Rıbak dünya mətbuatının gündəmindən düşmür. "Nağıl" adlı mahnı ilə birincilik qazanaraq tez bir zamanda bütün dünyada məşhurlaşan Rıbak 1986-cı ilin 13 mayında Belarusiyada dünyaya gəlib.
    Skripka ifaçısı, şair, bəstəkar və müğənnilik edən Aleksandr ilk dəfə skripkanı əlinə 5 yaşında götürüb. Pianoda da əla çalmağı bacaran Rıbakın anası Nataliya ünlü pianoçudur. Atası Iqor isə Norveçdə tanınan skripkaçıdır.
    Ata babasının adını daşıyan Aleksandr isə deyir ki, insanları əyləndirməyi özümə bir vəzifə bildim və bu yolu tutdum.
    "Evrovision"un tarixində ən yüksək səslə (387) birincilik qazanan Rıbak mediayaya verdiyi açıqlamada deyib ki, onun "Nağıl"ı yarışmaya qatılan mahnıların ən yaxşısı deyilmiş: "Mənə qalsa ən yaxşı mahnı Islandiyanın və Türkiyənin idi. Üstəlik Türkiyə təmsilçisi Hadisə qeyri-adi perfomans nümayiş etdirdi".
    "Nağıl"ın qəhrəmanı isə Aleksandrın keçmiş sevglisi, skripkaçı Inqriddir. 5 il birlikdə olan cütlüyün ayrılması isə qalmaqallıdır. Çünki Inqrid də, Aleksandr da günahı bir-birinin üstünə atır.
    Aleksandr isə deyir ki, "Nağıl"ı bir dağın zirvəsində oturarkən bəsləyib.
    Inqrid isə media nümayəndələrinə verdiyi açıqlaması ilə çox ağıllı qız olduğunu sübut edib: "Indi Bojarnar Hopland ilə nişanlıyam və bu mövzuda danışacağım hər hansı söz nişanlımı üzər. Odur ki, susmağa üstünlük verirəm".
    Qeyd edək ki, Alexsandr Rıbak 17 yaşına qədər mahnı oxumayıb. Məşhurlaşdıqdan sonra isə qərara gəlib ki, tamaşaçılar ona pomidor atmamış səhnədən gedəcək.
    Onun digər məşhurlardan bir üstünlüyü isə başqalarına bənzəməmək, özü olmaq istəyidir. O, heç vaxt Stinq, Andrea Boselli və ya Maykl Ceksonu təqlid etməyəcəyini deyir.
#25.06.2009 13:39 0 0 0