Formula-1 2010 Mövsüm İli Son Siyahısı - Formula - 1



Beynəlxalq avtomobil federasiyası (FIA) Formula-1 çempionatının 2010-cu mövsüm ili iştirakçılarının son siyahısını dərc edib. Bu sənəddə öz iştiraklarını dünya çempionatında təsdiqləyən 13 komanda göstərilib.
Siyahıda Ferrari, Renault və Red Bull da daxil olmaqla bütün mövcud komandalar yer alıb. Bundan başqa sənəddə yeni üç komanda göstərilib- Campos Meta Team, Manor Grand Prix və Team US F1.
Bu sənəd Formula-1 komandalar Assosiasıyası (FOTA) FIA-nın avtomobil idmanı üzrə Beynəlxalq şurasının iclasında növbəti mövsümlə bağlı federasiya ilə gəldikləri razılıqdan sonra tərtib edilib.
Formula-1 komandalarının 2010-cu mövsüm ili üçün siyahısı

Komanda - Konstruktor
Scuderia Ferrari - Marlboro Ferrari
Vodafone McLaren Mercedes - McLaren Mercedes
BMW Sauber F1 Team - BMW Sauber
Renault F1 Team - Renault
Panasonic Toyota Racing - Toyota
Scuderia Toro Rosso - STR (mühərrik tədarükçüsü bir qədər sonra elan ediləcək)
Red Bull Racing - RBR (mühərrik tədarükçüsü bir qədər sonra elan ediləcək)
AT&T Williams - Williams Toyota
Force India F1 Team - Force India Mercedes
Brawn GP Formula One Team - Brawn (mühərrik tədarükçüsü bir qədər sonra elan ediləcək)
Campos Meta Team - Campos Cosworth
Manor Grand Prix - Manor Cosworth
Team US F1 - Team US F1 Cosworth

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 533
favori
like
share