Azəri Mutfagı - Şirniyyatlar

Son güncelleme: 25.06.2009 20:10
  • Azəri Mutfagı - Şirniyyatların Hazırlanması
    Şəkərbura

    Əla buğda unu - 240q, ərinmiş yağ - 60q, üzlü süd - 80q, yumurta - 1 əd., maya - 8q, təmizlənmiş badam və yafındıq - 200q, şəkər tozu - 200q, hil - 0,2q, duz.
    Süd 30-350 S -yə qədər qəzdırılır, ona maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatılıb bərk xəmir yoğrulur. Xəmir 1-1,5 saam saxlanılır və 30 qramlıq kündələrə bölünür. Kündələr 2 mm qalınlığında kiçik dairələrə yayılır. Bu dairələrin arasına iç qoyulub örtülür və kənarlarf vintvari bükülür, üzərinə müxtəlif naxışlar vurulur. Şəkərburanı 160-1800 S-də 25-30 dəqiqə bişirilir.
    İç hazırlamaq üçün qabığı təmizlənmiş badam və ya qovrulmuş fındıq sürtgəcli maşından keçirilib narın üyüdülür, 1:1 nisbətində toz şəkərlə qarışdırılır, ətirli olması üçün döyülmüş hil qatılır.


    Bakı paxlavası
    Əla buğda unu - 240q, ərinmiş yağ - 60q, üzlü süd - 80q, yumurta - 1əd, maya - 8q, təmizlənmiş badam və ya qoz ləpəsi - 200q, şəkər - 200q, zəfəran - 0,4q, vanilin - 0,2q, bal - 20q.
    Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-04 mm qalınlığında iç tökülür. İçliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10x4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyulur. Paxlavanı 180-2000 S-də 35040 dəqiqə bişirirlər. Hazır olmağa 15 dəq. qalmış üstünə şərbət və yaxud bal tökülür.

    Şəkərçörəyi

    Əla növ buğda unu - 350q, ərinmiş yağ - 260q, şəkər kirşanı - 300q, yumurta - 1əd, vanilin - 3q.
    Ərinmiş yağ şəkər kirşanı ilə 25-30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir.Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60-70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175-1800 S istilikdə 25-30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.

    Şor qoğal

    Əla növ buğda unu - 726q, quyruq cızdağı - 300q, yumüurta - 1 əd., quyruq yağı - 60q, maya - 15q, zirə - 1q, zəfəran - 0,5q, razyana - 2q, qara istiot - 0,5q, xaşxaş - 3q, duz.
    Una su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra ondan 9-11 kündə hazırlanır. Kündələr nazik yayılır və hır laya yağ sürtülüb üst-üstə yığılır. Yayılıb üst-üstə yığılmış xəmir iri kvadratlarla doğranır, onlar rulet kimi bükülür, burulur və yastılanaraq kökə şəklinə salınır. Ortasına içlik qoyulur. Quyruq cızdağı ətçəkən maşından keçirilir, ona yumurtanın adı, ədviyyat və duz qatılıb yaxşı çalınır, və bir qədər un əlavə edilib iç hazırlanır. Səthinə zəfəran şirəsi ilə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 230-2400 S temperaturda 20-25 dəqiqə bişirilir.

    Şəki paxlavası

    Düyü unu - 280q, şəkər - 420q, fındıq ləpəsi - 140q, lumu turşusu - 1q, keşniş toxumu - 2q, hil - 0,5q, zəfəran - 0,2q.
    Düyü ununa 120 ml su əlavə etmələ duru xəmir hazırlanır. Həmin xəmiri 11 gözcüyü olan xüsusi qıfdan qızdırılmış tiyana tökməklə tor formalı riştə bişirlir. Fındıq ləpəsi üyüdülür, döyülmüş keşniş toxumu və hil ilə qarışdırılır. Miss məcməyi yağlanır,8 ədəd riştə üst-üstə qoyulub üzərinə iç tökülür. Üzərinə 5 ədəd riştə qoyulub dairəvi formaya salınır. Raxlavanın səthi zəfəranla kvadrat şəklində bəənir. 15-20 dəqiqə kömür od üzərində hər iki üzü bişirilir. Paxlavaya şəkər, lumu turşusu və 100 ml Sudan hazırlanmış qaynar şərbətlə isladılır. 8-10 saat saxlanılır ki, şərbət paxlavanın içinə hopsun.

    Qozlu Ordubad dürməyi

    Əla növ buğda unu - 400q, xama - 180q, kərə yağı - 120q, qoz ləpəsi - 220q, şəkər tozu - 180q, bal - 40q, darçın - 2q, yumurta - 1 əd.
    Xəmir hazırlamaq üçün kərə yağı xama ilə qarışdırılır, ələnmiş un töküb xəmir yoğrulur. İç hazırlamaq üçün qoz ləpəsi azacıq tavada qovrulur, ətçəkən maşından keçirilir, şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırılır. Xəmir 300 qramlıq paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə hama lay şəklində 200 qram içlik qoyulur və xəmir bükülərək rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür, 190-2000 S tempraturda 30-35 dəqiqə bişirilir. Bəzən xəmir maya ilə hazırlanır.


    Badamlı borucuq

    Əla növ buğda unu - 410q, xama - 185q, kərə yağı - 120q, badam - 220q, şəkər tozu - 180q, hil - 5q, şəkər kirşanı - 35q, maya - 10q, konyak - 3q, duz.
    Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür. Bundan sonra qolu borucuqda olduğu kimi hazırlanır.

    Qozlu borucuq

    Əla növ buğda unu - 432q, xama - 200q, kərə yağı - 125q, qoz ləpəsi - 200q, şəkər tozu - 160q, bal - 40q, darçın - 2q, yumurta - 1ədəd.
    Xəmirin və için hazırlanması Ordubad dürməyində olduğu kimidir. Xəmir 40 qramlıq paylara bölünür və bunlar bir ucu digərindən bir qədər enli olan lentlərə yayılır. Xəmirin enli tərəfinin üstünə 30 qram içlik qoyulub lentin ucları bükülərək borucuq formasına salınır. Üzərinə yumurta sarısı sürtülür. 180-2000 S-də 20-30dəq. bişirilir. Xəmiri çox vaxt maya ilə hazırlayırlar.

    Lənkəran külçəsi

    Xəmir üçün 1-ci növ buğda unu - 460q, maya - 10q, şəkər - 70q, yumurta - 1 əd., xama - 32q, xaşxaş - 6q, kərə yağı - 50q, duz.
    İç üçün: 1-ci növ buğda unu - 200q, şəkər kirşanı - 95q, kərə yağı - 100q, zəfəran - 0,2q.
    Un, şəkər və xama ilə mayalı xəmir yoğrulur. İç hazırlamaq üçün kərə yağı, şəkər kirşanı və zəfəran şirəsi çalınır və un əlavə edilir. İç dağıla bilən kütlədən ibarət olur. Xəmir gəldikdən sonra onu yayır, üzərinə kərə yağı sürtülür, bir neçə dəfə əl ilə yayıb qatlayır və yumşaldılır. Xəmir 80 q çəkidə doğranır, 0,8-10 sm qalınlaqda kvadrat formada yayılır, üzərinə 30-32 qram iç qoyulur və qıraqları mərkəzə tərəf birləşdirilir. Sonra iki əl arasında basılmaqla yayılır və ona dairəvi forma verilir. 45-50 dəq. istirahətə qoyub üzərinə yumurta sürtülür, xaşxaş səpilir və 180-2000 S tempraturda 20-25 dəq.bişirilir.

    Quba tıxması
    Əla növ buğda unu - 520q, kərəli marqarin - 190q, üzlü süd - 127q, yumurta - 2 əd., maya - 8q, zəfəran 0 0,3q, duz. İç üçün: əla növ buğda unu - 130q, kərə yağı - 64q, şəkər - 127q, hil - 0,3q, muskat qozu - 0,3q.
    Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90-100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35-40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90-100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20-25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180-2000 S-də 35040 dəqiqə bişirilir.


    Bakı qorabiyyəsi

    Əla növ buğda unu - 583q, kərə yağı - 350q, şəkər kirşanı - 152q, yumurta ağı - 40q, iç üçün ərik püresi - 30q, şəkər tozu - 30q.
    Kərə yağı şəkər kirşanı ilə yaxşı qarışdırıldıqdan sonra ona yumurta ağı əlavə edib çalınır, ələnmiş un vurulur və yaxıntılı konsistensiyalı xəmir yoğrulur. Xəmir çobanyastığı, sübüqcuqlar və digər formada 25-28 q çəkidə listlərə çökdürülür. Çobanyastığı formalı qorabiyyələrin ortasında oyuqlar açılır və oraya meyvə püresi və şəkər tozundan hazırlanmış iç qoyulur. İçin miqdarı hər peçenye üçün 2-2,5 qramdır. Qorabiyyə 250-2700 S-də 9-10 dəqiqə bişirlir.

    Azərbaycan nanı
    Əla növ buğda unu - 325q, kərə yağı - 160q, şəkər kirşanı - 95q, kişmiş - 80q, sukat - 50q, yumurta 115q, fındıq ləpəsi - 50q, zəfəran - 0,06q, ammonium - 12q, pomada üçün şəkər tozu - 245q, patka - 25q, quru karmin boyağı.
    Xəmir yoğurmaq üçün lazım olan fındıq xırdalanır, sukat xırda doğranır, kərə yağı şəkər kirşanı ilə bircinsli kütlə alınana qədər çalınır. Sonra buna yumurta, zəfəran şirəsi, fındıq, kişmiş, sukat və ammonium karbonat əlavə edilir, yaxşıca qarışdırılır. Ələnmiş un tökülüb tez xəmir yoğrulur. Xəmir yoğrulması ilə bərabər eyni zamanda şəkər tozu və patkadan pomada hazırlanır. Xəmir ),5 kq-lıq kündələrə bölünür və hər pay 30-35 mm diametr ölçüsündə baton şəklinə salınıb içinə perqament kağızı sərilmiş dəmir listlərə düzülür. Üzərinə yumurta sürtülür, 180-2000 S tempraturda 20-25 dəq. bişirilir. Soyuduqdan sonra üzərinə çəhrayı pomada çəkilir, pomada bərkidikdən sonra baton 40 mm enində qıyqacı dilim formasında tikələrə doğranır.


    Şəki oyması (fətir)
    Birinci növ buğda unu - 617q, şəkər - 195q, kərə yağı - 74q, süd və ya qatıq - 150q, yumurta 2ədəd, maya - 10q, ədviyyat qarışığı (hil, zəncəfil, keşniş toxumu, muskat qozu, c.vüz, darçın) - 5q, zəfəran - 0,1q, xaşxaş - 3q, duz.
    Opara üsulu ilə mayalı yağlı şirin xəmir yoğrulur. Xaşxaş, yumurta sarısı və zəfəran şirəsinin bir hissəsi ovmanın üzərinin bəzənməsi üçün saxlanılır. Xəmir gəldikdən sonra 700-800 qramlıq paylar kəsilir, 15-20 mm qalınlıqda 180-190 mm diametrdə yayılır, üzərinə naxış vurulur, 25-30 dəqiqə saxlanıldıqdan sonra üzərinə zəfəranlı yumurta sürtülür.Xaşxaş səpilir, 30-35 dəqiqə ərzində 190-200 0S temperaturda bişirilir.

    Bamiyə
    Əla növ buğda unu - 527q, şəkər tozu - 235q, yumurta - 1 əd., bitki yağı - 120q, çay sodası - 0,5q, duz - 5q.
    Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.

    Fəsəli

    Əla növ buğda unu - 780q, maya - 20q, şəkər tozu - 55q, quyruq yağı - 110q, (və ya quyruq cızdağı). Ədviyyat - keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən - 2-3q, duz - 5q.
    Una maya, su və duz qatılıb xəmir yoğrulur. Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.

    Şirin nazik


    Əla növ buğda unu - 700q, ərinmiş yağ - 200q, şəkər kirşanı - 115q, yumurta sarısı - 1əd., maya - 2q,zəfəran - 0,03q, duz - 1,5q.
    520 qram un, 90q yağ və duz əlavə edilməklə mayalı xəmir yoğrulur. İçlik hazırlamaq üçün 70 qram yağa zəfəran şirəsi və şəkər kirşanı qatılıb yaxşıca qarışdırılır, sonra üzərinə tədricən 140 q un tökülüb bircinsli kütlə alınana qədər qarışdırılır. Xəmir gəldikdən sonra 3-5 mm qalınlığında yayılır, üzərinə yağ sürtülüb bir neçə dəfə qatlanmaqla qat-qat xəmir əldə edilir. Xəmirin ortasına içlik qoyulur, kənarları qatlanaraq mərkəzə birləşdirilir və 10-12 mm qalınlıqda yayılır. Beləliklə qat-qat xəmirdən hazırlanmış içlikli kökə yağlı listə qoyulub, üzərinə yumurta sarısı sürtülür, çəngəllə bəzək vurulur. Şirin nazik 200-2200 S temperaturda 25-30 dəqiqə bişirilir.


    Riştə paxlava

    Gəncə paxlavası kimi hazırlanır, lakin axırıncı üst xəmir layı əvəzinə riştə qoyulur və romb şəklində doğranır. Riştəni ev şəraitində hazırlanan buğda nişastasından və ya düyü unundan «Şəki paxlavası»nda olduğu kimi bişirirlər.

    Gəncə paxlavası

    Xəmir üçün: əla növ buğda unu - 300q, yumurta 1/2 əd., duz - 3q; İçlik üçün: Badam- 180q, şəkər tozu - 180q, darçın - 3q.; Şərbət üçün: şəkər - 160q, bal - 40q.; Təbəqələrin arasına sürtmək üçün yağ - 40q, səthinə sürtmək üçün yumurta - ½ ədəd.
    Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Xəmir 1-3 mm qalınlığında yayılır və yağ sürtülmüş listin içinə sərilir. Xəmirin üzərinə əridilmiş yağ sürtülür, bunun da üstünə üstünə yağ sürtülmüş ikinci qat xəmir salınır. Hər üç qatdan sonra 4-5 mm qalınlığında içlik yayılır. Gəncə paxlavası 23 qatdan ibarət olur, o cümlədən 18 qat xəmir, 5 qat isə badam içliyi. Peçə qoymazdan əvvəl paxlava romb şəklində kəsilir, üstünə yumurta sürtülür. Paxlava istiliyi 180-2000 S olan peçdə 30-35 dəq. ərzində iki dəfəyə bişirilir. Peçə qoyulandan 10-12 dəq sonra list çıxarılıb paxlavanın üstünə şərbət tökülür. Şərbət şəkər və baldan hazırlanır. Üstünə şərbət tökülmüş paxlava peçdə hazır olana qədər bişirilir. Paxlava bişirildiyi listdə də soyudulur.

    Səməni halvası

    Buğda - 100q, 1-ci növ buğda unu - 500q, ərinmiş yağ - 100q, doşab - 200q, qoz ləpəsi - 100q, cirə - 2q, istiot - 1q, darçın - 2q, razyana - 1q.
    Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış miss tiyana qoyulur. zəif Alov üzərində arabir çevrilmək şərti ilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq yağ tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşıca qarışdırılır. Hazır halvadan iri bitoçki formasında paylar düzəldilir.


    Tər halva
    Əla növ buğda unu - 400q, ərinmiş yağ - 200q, doşab - 250q və ya şəkər tozu - 200q, darçın - 2q.
    Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.

    Şəkər pendir
    Şəkər tozu - 830q, patka - 250q, vanilin - 0,25q.
    Qazana şəkər tozu və su tökülüb 8-10 dəq ərzində 105-1100 S temperaturda qaynadılır. Sonra patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3-3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70-80 0S temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.


    Şəki külçəsi
    1-ci növ buğda unu - 750q, şəkər tozu - 65q, ərinmiş yağ - 150q, (və ya quyruq yağı), yumurta - 1 əd., maya - 15q, duz - 3q, ədviyyə qarışığı (keşniş toxumu - 2q, hil - 2q, zəncəfil - 2q, darçın - 2q, vanil - 1q, zəfəran - 1q) üstünə səpmək üçün xaşxaş.
    Un ələnir,ona yağın və yumurtanın yarısı, şəkər, isti suda açılmış maya qatılıb bərk xəmir yotrulur. Xəmir gəlmək üçün 32-350 S temperaturda 1-1,5 saat saxlanılır. Ədviyyələr üyüdülüb yağın qalan hissəsi ilə qarışdırılır. Külçə xəmiri yetişdikdən sonra ondan 300-600 qramlıq kündələr hazırlanır. 0,5-0,7mm qalınlığında yayılır. Xəmirin üzərinə yağlı-ədviyyəli qarışıq sürtülüb dürmək kimi bükülür və yenidən 1,5 sm qalınlığında girdə formaya salınır. 25 dəqiqə istirahətə qoyulduqdan sonra üzünə yumurta sürtülür, xüsusi külçə forması ilə naxışlanırö çəngəllə deşdəklənir və xaşxaş səpilib 190-2000 S temperaturda 25-30 dəqiqə ərzində bişirilir.


    Qırmabadam
    Düyü unu - 84q, şəkər tozu - 675q, fındıq ləpəsi - 285q, yumurta ağı - 35q, lumu turşusu - 1q, keşniş toxumu - 2q.
    Şəkər tozu su ilə qaynadılır, lumu turşusu əlavə edilib tərkibində 5-6 faiz su qalanadək bişirilir. Bişmiş karamel kütləsini çala-çala soyudur və istiliyi 50-600 S olduqda üzərinə yumurta ağı əlavə edilir və çalınma sürətləndirilir. Çalıntının hazır olması onun ağ rəngindən və soyuduqda simasından bilinir. Çalınmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu əlavə edilib qarışdırılır və 0,5-0,7 sm qalınlığında 15x8 sm ölçüdə formalanır. Üzərinə qovrulmuş düyü unu səpilir.


    Tel

    Əla növ buğda unu - 200q, şəkər tozu - 520q, ərinmiş yağ - 270q, lumu turşusu - 2q.
    Şəkər tozu su ilə qaynadılır, lumu turşusu əlavə edilib tərkibində 3-4 faiz su qalanadək bişirilir. Karamel kütləsi yağlanmış mərəmr stola tökülüb bir qədər soyudulur. İstiliyi 70-750 S olan kütlə çəkilib ağardılır. Eyni zamanda yağ tavada qızdırılır, üzərinə un əlavə edilir və qovrulur. Qovrulmuş kütlənin tavanın hər yerindən qaynamısı onun hazır olmasını göstərir. Bundan sonra qovrulmuş un təknə içərisində karamel kütləsi ilə qarışdırılıb çəkilir və məhsul çap şəkilində saçaqlanır. Haırlanmış tel tez bir zamanda soyudulur.


    Gülablı qovut
    Qovurulmuş buğda - 50q, qoz ləpəsi - 30q, zəfəran - 0,5q, darçın və keşniş toxumu - 0,05q, gülab - 10ml.
    Şəkərdən 1:1 nisbətində şərbət hazırlanır, soyudulur, zəfəran şirəsi və gülab əlavə edilir.. Qovrulmuş buğda əl dəyirmənı və ya qəhvə üyüdülən maşında üyüdülür, xırdalanmış qoz ləpəsi və ədviyyat qatılır, üstünə şərbət tökülüb yaxşıca qarışdırılır. Alınmış kütlə bitoçki formasına salınır, səthinə dama-dama naxış vurulur.


    Şamaxı mütəkkəsi
    Xəmir üçün əla növ buğda unu - 500q, yumurta - 2 ədəd, kərə yağı - 100q, süd - 1 stəkan, şəkər kirşanı - 50q, maya - 10q, duz. İçlik üçün: ərik povidlası - 150q, şəkər tozu - 100q, vanil - 1/3q, üstünə səpmək üçün şəkər kirşanı - 50q.
    Maya isti süd içərisində açılır, üzərinə yumurta, duz, şəkər kirşanı əlavə edilib yaxşıca qarışdırılır. Sonra un əlavə edilib 15 dəqiqə ərzində xəmir yoğrulur. Yetişmək üçün xəmir 1,5 saat isti yerdə saxlanılır. Eyni zamanda ərik povidlası şəkər tozu ilə qarışdırılıb qatı kütlə əmələ gəlincə bişirilir və soyudulur. Xəmir 4-5 mm qalınlığında yayılıb üzərinə ərinmiş kərə yağı sürtülür və üsbucaqlar formasında kəsilir. Kəsilmiş xəmirlərin hər birinə içlik qoyulub üçbucağın təpəsi məmulatın üstündə qalmaq şərtilə burulub borucuq şəklinə salınır. Məmulat 190-2000 S temperaturda 10-15 dəqiqə ərzində qızdırıcı şkafda bişirilir.
#25.06.2009 20:09 0 0 0
  • Bilmeyenlere yine söyleyelim

    Şirrinat Azeri dilinde Kurabiye,helva,tatlı demek :)
#25.06.2009 20:10 0 0 0