Azəri Gözel Sözler - Azəri Sözler



Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.


Həyatda heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç unudulmaz.


Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.


Bu gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun üçün!


Niyyətin səni qaçırtmaqsa artıq qaçırtmışam, gözlətməksə artıq gözləyirəm, sevməksə artıq sevirəm.


Sən məni deyil mənim səni sevməmi sevirsən.


Könlümdə taxt qurdun, könlümün sultanı oldun, gecə göy üzündə parlayan ulduzam, sabah isə ruhuma doğan günəşim oldun.


Səni sevirəm çünki əlini qəlbimin üzərində hiss etdiyim zaman, üzüntülərimi alıb onların yerinə o bənzərsiz sıcaqlığı verməyi bacarırsan.


Sevən unutmaz, unudan sevməmişdir, əgər sevib unutmuşsa sevgisini bilməmişdir. Çiçəklər sola bilir, yarpaqlar tökülə bilir, səni hər kəs unuda bilir amma mən əsla.


Haraya gedərsənsə get sevdadan qaçılmaz, könül elə bir şey ki, hər kəsə açılmaz.



Mən gedirəm mənim canım gül bağçam. Mən ağlayıram sən ağlama. Bir ömür boyu o gül üzün həmişə gülsün. Çünki güllər ağlamaz.


Dünyan elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim olsun.

Gördüyüm ən gözəl yuxu sənin olduğun, duyduğum ən dərin sevgi sənin əsərin, gördüyüm ən gözəl dünya sənin gözlərin və qurduğum ən gözəl xəyal sənsən.


Sən ürəyimin dərinliyində hər kəsdən uzaq hər kəsdən fərqli olaraq yaşayacaqsan. Sən mənim son eşqim, dəli sevdam, yaşamış olduğum ən özəl insan olaraq qalacaqsan.

Sənə söz verirəm sən getsən də, məni tərk edib, unutsan da, səni mən əsla unutmayıb hər an üçün sevəcəyəm.

Sevgilərin ən gözəli səni sevmək, gözləntilərin ən gözəli səni gözləmək və həyatın dadı sabaha qalxdığımda sənin var olduğunu bilməkdir.

Ovcunun arasına bir ürək buraxdım. İstəyərsənsə bir kənara atarsan, istəyərsənsə ürəyinin üstünə qoyub hər zaman səninlə olacağını xatırlayarsan.

Mən bu həyatda bir çox səhvlər edib acısını çəkdim. Tək bir doğru iş gördüm oda sənə qəlbimlə güvənməkdir. Canımın içi düşünürəm sən buna layiqsən.



Buraxacağın bir əli tutma, tutacağın bir əli buraxma. Saxta sevgilərə gül olmaqdansa gerçək sevgilərə tikan olmağa dəyər bunu əsla unutma.


Heç bir qız oğlana boyun əyməz, heç bir oğlan da bir damla göz yaşına dəyməz.


Səni sevirəm deyən sözlərə deyil, sənin üçün ağlayan gözlərə inan.


Yaxınlıq nə məkanla nədə zamanladır. Yalnız əllər göyə açıldığında ağlına gələnlər yaxın olduqlarındır.


Onun gözəlliyini hər kəs görürsə o məncə bir az gözəldir. Onun gözəlliyini hər kəs bilirsə o məncə heç gözəl deyildir. Onun gözəlliyini yalnız mən görürəmsə bu sevgidir. Onun gözəlliyini yalnız mən bilirəmsə bu eşqdir. Heç kim bilmirsə bu yalnızlıqdır.


Həyat bir damla sudursa eşq bir damla göz yaşıdır.


Bu dünyada 2 qüsursuz insan vardır. Biri doğmamışdır digəri isə ölmüşdür.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 73037
favori
like
share
MAIN-BOARD Tarih: 24.07.2016 15:06
Tebrikler!
Paylaşımınız haftanın en popüler içerikleri arasında.
Ödüllü Paylaşımlar
Nurka Is-oVa Tarih: 02.11.2012 09:43
COX XOWUMA GELDI ELADI
fatiw Tarih: 08.05.2012 18:30
eladiiiii))))
Turik Tarih: 27.12.2011 10:15
Kim üzə bilər məni, məndən başqa?!
Kim doldura bilər içimdəki boşluğu, mən istəməsəm?!
Kim xoşbəxt edə bilər məni, mən hazır deyiləmsə?!
Kim yıxar məni, mən izn verməsəm?!
Kim sevər məni, mən özüm sevməsəm ?!
Kim hörmət edər mənə, mən özüm hörmət etməsəm?!
Hər şey məndən başlar, məndə qurtarar!
AYIŞIĞI Tarih: 13.04.2011 11:51
Dünyan elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim olsun.

Nehir Tarih: 02.11.2010 11:45
Marağınıza görə sağ olun Eybi yox ..:3:
vuqar102 Tarih: 02.11.2010 08:45
Cox gozel. Cox sag olun. Emeyi kecen her kese tesekkurler....
Teymur4ik Tarih: 26.04.2010 22:27
Çox xoşuma geldi Super Sağol
pomidor Tarih: 26.03.2010 05:08
halaldi usaqlar size ugurlar