Zulfiyya Xanbabyeva - Zulfiyya Xanbabyeva Qimdir


Zülfiyyə Xanbabayeva 16 oktyabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsili Az İncəsənət İnstitutunda "Teatr rejissorluğu" üzrə alıb. 1988, 1989,1990, 1991-ci illərdə bir çox müsabiqələrdə laureat olub. 1994-cü ildə Respublika sarayında Zülfiyyənin tərkibində olduğu "Aypara" qrupunun konserti olub. 1999-cu ilə qədər sənətə ara versədə, həmin il ilk klipi "Demirəm"i çəkdirərək sənətə qayıdıb. 2000-ci ildə ilk diski"GECƏ", klipləri "Gecikməyin sevməyə", "Aləm oyansın" və ilin sonunda Respublika sarayında solo konserti verib. 2001-ci ildə kimsəsiz uşaqlar naminə xeyriyyə konserti, narkotiklərə qarşı solo konsert, "Sən Gedən Gündən" diski, klipi və bu mahnıya görə humay mükafatına layiq görülüb. 2002-ci ildə "Son Gecə" diski, klipi, Respublika sarayında solo konserti, kimsəsiz uşaqlara narkotiklərə qarşı konsertlər vermiş, Azərbaycanın əməkdar artisti adına, ilin ən yaxşı konsertinə görə Humay mükafatına layiq görülüb. 2003-cü ildə "Qəlbinə yol" diski və klipini çıxarıb, şikəst uşaqların himəyadarı olub və "Sənsiz" klipini çəkdirib. 2004-cü il 27 mayda Zülfiyyə xanım Respublika gününə həsr olunmuş T.Bəhramov adına stadionda Tarkanla bərabər konsert verdi. "Səninlə" , "Azərbaycan" , "Ayrılığa dözərəm" kliplərini çəkdirdi. 2005-ci ildə ilin ən möhtəşəm proyekti olan turnenidə Zülfiyyə xanım etdi. O, Qubadan başlayan Gəncə, Şəki, Lənkəran, Naxçıvan və sonda gözəl Bakımızda bağlanış konsetləriylə yadda qaldı. Bundn sonra "Sənsiz" albomunu çıxardı, həmin il Azəri Star müsabiqəsində münsif olaraq verlişə qatıldı. Zülfiyyə Xanbabayeva yeniliklərlə gözəl mahnılarıyla biz sevənlərin hər zaman sevindirib. 2006-cı ildə Brilliant Dadaşovanın hazırladığı AKADEMİYA realiti şousuna müəllim olaraq qatıldı və tələbəsi Şakir Mərdanov 2007-ci ildə Qran Priyə layiq görüldü. Zülfiyyə xanımın "Mənsiz" klipi də çəkildi. İki ildən artıqdı ki, Zülfiyyə xanım ailəlidir. Bu il 40 yaşını qeyd edən Zülfiyyə xanım 26 oktyabrda ilk dəfə qız övladını dünyaya gətirdi.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 575
favori
like
share