Nesireddin Tusi - Nesireddin Tusi qimdir
Nesireddin Tusi


[URL=http://imageshack.us]


Mehemmed Nesireddin Tusi Hesen oğlu (17.2.1201, Hemedan, bezi menbelere göre Tus şeheri, 25.6.1274, Bağdad) - Azerbaycan ensiklopediyaçı alimi, dövlet xadimi. "Tusi" leqebi tehsil aldığı Tus şeherinin adındandır. İlk müellimi atası, sonrakı müellimleri ise Behmenyar ve İbn Sina mektebine mensub alimler olmuşdur. Nesireddin Tusinin tesis etdiyi Marağa Astronomiya Resedxanası qısa müddetde astronomiya cihazlarına ve zengin kitabxanaya malik böyük elmi merkeze çevrilmiş, bir çox meşhur riyaziyyatçı ve astronomlar buraya celb edilmişdir. Onun rehberliyi ile elmin müxtelif sahelerine aid bir sıra qiymetli eserler yaradılmışdır. "Zici Elxani" eserinde planetlerin geosentrik orbitinin esas elementleri verilmiş, onların sutkalıq orta hereketi öz dövrüne ve hetta 17-ci esr astronomiya müşahidelerine nisbeten daha deqiq teyin edilmişdir.
Tusinin rehberliyi ile yerin fırlanma oxunun illik presessiyasının qiymeti 51"4 tapılmışdır (müasir qiymeti 51"2). "Zici Elxani" eserinde çoxlu riyazi, astronomik ve coğrafi cedveller de verilir. En mühümleri sinus ve tangensin altmışlıq say sisteminde 3 reqemli triqonometriya cedvelleri, 13-cü esrde meşhur olan 256 şeherint coğrafi koordinatları cedvelidir. Kolumbun müellimi Toskanelli bu cedvelden istifade etmişdir. Cedvel Londonda (1652) ve Oksfordda (1652) ereb ve latın dillerinde çap edilmişdir.
Tusinin "Tehriri-Öqlidis" (Evklidin şerhi) eseri hendesenin inkişafına tekan vermiş, Romada ereb (1594) ve latın (17-ci esr) dillerinde neşr olunmuş, A. Lecandarın, ingilis riyaziyyatçısı C. Vallisin ve italyan alimi C. Sakkerinin işlerine böyuk tesir göstermişdir. Nesireddin tusi bu eserde ve "Hendesenin esasları"nda Evklidin 5-ci postulatı haqqında öz nezeriyyesini vermiş 56 üçbucağın daxili bucaqlarının cemi arasında elaqeni tapmışdır.
Arximedin "Küre ve silindr" ve "Dairenin kvadratlanması" eserlerindeki nisbetler nezeriyyesini Tusi inkişaf etdirmişdir.
Tusinin eded anlayışı müasir tesevvüre uyğun gelir ve o, bu sahede Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdır. Onun "Şeklül-qita" (Tam dörd terefli traktat) eseri müstevi ve sferik triqonometriyadan behs edir. O, eserde Menelay teoremini, müasir triqonometriyanın esas teorem ve düstürlarını vermiş, sferik üçbucağın üç bucağına göre tereflerini teyin etmişdir.
Eser 1891-ci ilde İstanbulda ereb ve fransız dillerinde neşr olunmuşdur. "Celeul-hesab" ("Taxta ve qum vasitesile hesablama") eserinde müsbet ededden istenilen derecede kökalma qaydası, binominal hedlerin on iki dereceli heddedek emsalları verilir. "Tehrir ül- Mecesti" eseri "Almagest"in işlenmiş variantı, "Tezkireyi-Nesiriyye" ise Tusinin oricinal eseridir. Her iki eser Ptolomeyin geosentrik sistemi daxilinde planetlerin hereket nezeriyyesine ve onun teshihine aiddir.
Nesreddin Tusi hesaba aid eserinde tam ededden ixtiyari dereceden kökalma emelini 4V2441 40626 kökünün nümunesi kimi izah etmiş (riyaziyyat tarixinde ilk defe), eded üçbucağını emele getiren binomial emsalları ve onlar arasında qanunauyğunluqları göstermiş, Nyuton binomunu sözle ifade etmişdir.
Nesireddin Tusi fizikaya dair eserlerinde tebietde maddenin saxlanması ve çevrilmesi haqqında ilk fikir söylemişdir.
Nesireddin Tusi 13-cü esrin 30-cu illerinde Kuhistana gelmiş ve yerli ismaililerin başçısı Nasirin teklifi ile 1236-cı ilde terbiye, exlaq ve pedaqogikaya aid "Exlaqi-Nasiri"(Nasirin exlaqa aid kitabı) eserini yazmışdır.
Kuhistanda Tusi hebs olunubElemut qalasında salınmış, monqol serkerdesi Hülaku xan bu qalanı aldıqdan sonra Tusini azad edib özüne meslehetçi teyin etmiş ve bu zaman Nesireddin Tusi minlerle günahsız alim ve bacarıqlı şexsleri monqol qılıncından xilas ede bilmişdir.Hülaki xanın vefatından sonra (1265) ise Tusi onun oğlu Abaqa xanın veziri olmuşdur.
Nesireddin Tusinin felsefi görüşleri Behmenyarın tesiri ile formalaşmışdır. "İbn Sinanın felsefesi ve mentiqine şerhler", "Sehifelerinde er-Razinin qeydleri" ("Şerh ul-İşaret"), "Teologiya ve metafizikaya dair risale"("Tecrid el-kenan"), "Exlaqi-Nasiri", "Alicenab insanların xarakterleri ve keyfiyyetleri" ("Övsafül-eşref") ve b. eserlerinde İbn Sinanın felsefi görüşlerini şerh etmişdir.
Tusi Ayın ve güneşin tutulmasını, işığın sınmasını, göy qurşağının yaranmasını izah etmişdir.
Yazılanlar Nesireddin Tusinin Azerbaycan siyasi fikri tarixinde ilk dövlet nezeriyyeçisi olduğunu söylemeye esas verir.
Çoxcehetli alim olan Tusi mineralogiya, tibb ve b. sahelerde de eserlerin müellifidir.
O hem de şair olmuşdur.
Tusi Bağdada seferi zamanı vefat etmiş, Came Mescidin e defn olunmuşdur. Qebrinin üstünde "Elmin kömekçisi, elm ölkesinin şahıbi, Dövr anası bele oğul hele doğmamışdır " yazılmışdır.
Nesireddin Tusinin eserlerine Rusiya, İran,Türkiye, Hindistan, Erebistan, Misir ve b. ölkelerin kitabxanalarında rast gelinir.
Tusi irsi esaslı tedqiq edilir. Bu tedqiqatlarda Tehranda keçirilen (1956) Nesireddin Tusi konqresinin de böyük tesiri olmuşdur. 1981-ci ilde Nesireddin Tusinin Bakıda, Naxçıvanda, Gencede ve Şamaxıda 780 illik yubleyi keçirilmişdir.
Şamaxı Astrofizika Resedxanası ve Azerbaycan Dövlet Pedaqoci Universiteti Nesireddin Tusinin şerefine adlandırılmışdır.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2979
favori
like
share