Şeyx Mehemmed Xiyabani - Şeyx Mehemmed Xiyabani qimdir
Şeyx Mehemmed Xiyabani
[URL=http://imageshack.us]


İranın inqilab tarixinde görkemli yer tutan böyük alim, mütefekkir ve siyasetçi Şeyx Mehemmed Xiyabani 1879-cu miladi tarixde Tebriz şeheri yaxınlığında yerleşen Xamne qesebesinde anadan olmuşdur. O, Xamnedeki mektebi bitirdikden sonra Mahaçqalada ticaretle meşğul olan atası Hacı Ebdülhemidin yanına getmiş, az müddetden sonra Tebrize qayıdaraq din elmlerini öyrenmeye başlamışdır. Xiyabani Tebrizin tanınmış ruhanisi Engecinin yanında oxumuş, onun en görkemli telebelerinden olaraq, müctehidlik derecesine yükselmişdir. Bundan elave, Xiyabani nücum, heyet ve hesab elmlerini meşhur müneccim Mirze Ebdülelinin yanında menimsemiş, kelam - islam felsefesi ve edebiyyat üzre meşhur alim olmuşdur.
Şeyx Mehemmed Xiyabani fesahetli ve gözel danışığı ile Tebriz ehalisinin hüsn - reğbetini qazanmış, Tebrizde meşhur ruhani ve inqilabçı Siqetülislamın tövsiyesi ile Xiyaban mehellesinde Hacı Kerim xan mescidinde imam ve vaiz olmuşdur.
Xiyabani öz çıxışlarında insan hüququndan ve azadlıqdan danışaraq, Tebriz ehalisinin dünyagörüşünü inkişaf etdirir ve hemişe deyirdi: "Haqqı vermezler, haqqı almaq lazımdır". Heqiqetde Xiyabani minberi azadlıq ve demokratiyanı yaymaq üçün tebliğat kürsüsüne çevirmişdir.
1907-1911-ci illerde Xiyabani İran totalitar ve şahlıq recimi eleyhine herekatda feal iştirak etmiş ve mücahidler sırasında mübarize aparmışdir. İctmaiyyun-amiyyun Sosial-demokrat partiyası onun elmi ve ictimai cehetden yüksek dereceye malik olmasını derk ederek, Azerbaycan eyalet encümenine üzv seçmişdir.
Xiyabani Azerbaycan tarixinde en ağır ve böhranlı zamanda inqilabi herekata qoşulmuş, hem daxili irticaçı qüvveler, hem de xarici dövletler: Rusiya, İngiltere, Almaniya ve Osmanlı dövletleri eleyhine feal mübarize aparmışdır. O, Güney Azerbaycan ve İran tarixinde ilk defe Demokrat Firqesini ve demokratik recimi yaratmışdır. Hetta, xarici tarixçilerin fikrince, onun başçılıq etdiyi demokrat recimi dövründe, qısa olsa da, Tebriz ehalisi bu kimi rifah ve emin-amanlıq görmemişdir.
İrandakı meşrute recimine bir neçe zerbeler endirilmişdir.
Birincisi, 1907-ci ilde meşrute qanunu imzalandıqdan sonra Müzeffereddin şahın yerinde oturan Mehemmedeli Mirze rus çar hökumetinin kömeyi ile meşruteni aradan aparmağa çalışdı.
İkincisi, çar hökumeti ile İngiltere arasında 1907-ci il müqavilesi bağlandı. Bu müqavile üzre İran iki nüfuz menteqesine bölündü: şimalda Rusiya ve cenubda İngiltere hökm sürdüler.
Üçüncüsü, rus kazakı Lyaxov İran Meclisini top ateşine tutdu.
Dördüncüsü, Mehemmedeli Mirze ve daxili irticanın tehriki ile rus kazakları Tebrizde ümumi qırğın ve facie töretdiler.
Beşincisi, çar hökumeti 1907-ci ilde bağladığı müqavileni İran hökumetine qebul etdirmek üçün ona ultimatum verdi.
Xiyabani Tehranın Sebze meyddanında böyük mitinq teşkil ederek, müqavile bağlayan dövletler ve onu qebul eden İran hökumet başçıları haqqında keskin çıxışlar etdi. Tehranın polis başçısı Yeprem onu tutmaq istedise de tapa bilmedi. Xiyabani Tehrandan Meşhede, oradan Aşqabad ve Bakı yolu ile Mahaçqalaya getmiş, az müddetden sonra Tebrize qayıtmışdı.
Xiyabani 2-ci Meclis dövründe vekil olduğu zaman Tehranda teşkil edilmiş iran Demokrat Partiyasının üzvü olmuşdur.
Xiyabani Tebrize qayıtdıqdan sonra Tebrizde Güney Azerbaycan Demokrat Partiyasını teşkil etmiş ve gizli fealiyyete başlamışdır. 1917-ci ilde Rusiyada inqilab olan zaman Güney Azerbaycan Demokrat Firqesi açıq fealiyyete başlamış, 1917-ci il aprelin 9-da "Teceddüd" qezetinin ilk sayı neşr edilmiş ve aprelin 30-da Xiyabaninin "Heqiqet nur saçacaqdır" başlığı ile ilk meqalesi çıxmışdır. Orada o deyirdi: "Artıq meşrute qanunlarını icra etmek vaxtı gelib çatmışdır. Heqiqeti açıq demek lazımdı". Xiyabaninin 2-ci meqalesinde deyilirdi: "Dünyada en mürtece ve totalitar dövlet olan çar rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış meşrute qanununu qoruyub icra etmelidir". Xiyabani meşrute qaqnununa uyğun seçkilerin heyata keçirilmesini teleb edirdi.
Uzunmüddetli böhrandan sonra üçüncü meclise İranın diger nöqtelerinden vekiller seçilmiş, lakin Azerbaycanda hakim olan Eynüd Dövle ve mürtece daireler seçkilerde texribat törederek, seçki vereqelerini cırmışdır. Buna göre de Meclisin bu dövründe Azerbaycan vekilleri iştirak etmemiş, Meclisin 3-cü dövrü ancaq 39 gün davam edib, uzun süren böhran dövrü başlanmışdır.
Xarici dövletlerin elaltısı olan Rzazade kimi provokatorlar meşrute ve Azerbaycan Demokrat Firqesi edeyhine teşebbüs yeritmeye başladılar.
1918-ci ilde Azerbaycan Demokrat Firqesi olduqca mürekkeb veziyyetde fealiyyetini davam etdirdi. O zaman rus qoşunları inqilab neticesinde İrandan çıxarıldılar. Ruslar boşaldan yerleri ingils qoşunları tutdular. Rzazade kimi ingilis casusları Tebrize gönderildi. Diger terefden, Almaniya ile müttefiq olan Osmanlı dövletinin qoşunları şimal-qerb terefden Azerbaycana soxuldular. Bundan elave, Ürmiyede aşur ve ermeni silahlı desteleri bütün şeheri ve bazarı yandırdılar.
1919-cu ilin avqust ayında Xiyabani ve sirdaşları: İsmayıl Növberi, Hacı Mehemmedeli Badamçı Osmanlı qoşunları terefinden hebse alındılar. Bu qoşunlar Tebrizi terk etdikde onları da özleri ile apardılar.
1919-cu ilde ingilislerle Vüsuqüd dövle arasında 1907-ci il müqavilesini evez eden bir müqavile bağlandı. Azerbaycan Demokrat Firqesi bu müqavile eleyhine keskin mübarizeye başlayıb, beyaniyye neşr etdi. Beyaniyyede deyilirdi: "İran dövlet başçıları meşrute qanunlarını leğv edirler, xalqın telebatını qebul etmirler". Beyaniyyede xeberdarlıq edilir ki, biz qiyam odunu bütün İranda alovlandıracağıq. Azerbaycan Demokrat Firqesi daha keskin taktika qebul ederek Tehran hökumetine qarşı daha ciddi mübarizeye başladı. Neticede Tehrandan Tebrize gönderilmiş Biorink ve yoldaşları geri qaytarıldı. Tebriz hakiminin müavini Eminülmülk ve maliyye reisi Tercümanüddövle Azerbaycandan gedib, Demokrat Firqesi terefinden inanılmış, pak şexsiyyet teyin edildi.
1920-ci ilin may ayında Tebrizde Demokrat Firqesinin rehberliyi ile böyük mitinq teşkil edildi. Mitinqde imperialistlerin ve İran irticaçı qüvvelerinin eleyhine mübarizeni daha güclendirmeye çağırdılar. Bu mitinqde iştirak edenler teklif etdiler: "Azerbaycan bütün İran tarixi boyu hemişe azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu münasibete göre de onun Azerbaycan eyaleti yerine "Azadisitan" (azadlıq seven) adlanması daha düzgündür". Bu teklif mitinq iştrakçıları terefinden qebul edilmişdir.
Bu mitinqden sonra qiyam herekatı Azerbaycanın diger şeherlerine: Zencan, Marağa, Miyana, Eher, Xoy ve daha sonra Erdebile de yayıldı.
1920-ci il 22 iyunda Azerbaycan Demokrat Firqesi ümumi sesle milli hökumetin quruluşu haqqında qerar qebul etdi ve Şeyx Mehemmed Xiyabani milli hökumetin sedri seçildi. 1920-ci il iyunun 22-de hökumet başçısı kimi Xiyabani Alaqapıya köçdü.
Bu, Güney Azerbaycan tarixinde yaranmış ilk demokratik milli hökumet idi. " Azerbaycan" sözü yerine bütün lövhelerde, dövlet vereqelerinde "Azadisitan eyaleti" yazıldı.
Xiyabaninin eleyhine olan bir sıra şexsler, o cümleden doktor Zenelabidin xan, Mirze Bağır Telie, Hüseynağa Fişengçi ("Tebriz" qezetinin redaktoru) , Sultanzade ve başqaları qiyam eleyhine fealiyyete başlayıb, gizlince Eynüddövlenin yanına gedirdiler. Diger bir deste ise alman "Kart Vispço" teşkilatının elaltısı, "Klidi-nicat" qezetinin redaktoru Q.Rzazadenin rehberliyi ile Sosial-demokrat Partiyası ünvanı altında Azerbaycan Demokrat Partiyası eleyhine fealiyyet göstermeye başladı.
Tebrizin veziyyetini öyrenmek üçün buraya gelmiş İngiltere siyasi idare reisi Xiyabani ile görüşerek onunla söhbetleşmiş ve Azerbaycanın teleblerinin ne olduğunu soruşmuşdur. Xiyabani demişdir: "Azerbaycan İranın ayrılmaz eyaletidir. Azerbaycan ehalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını ve emelde meşture recimini qoruyub, bütün ölkede islahat aparılmasını isteyir".
Qeyd etmek lazımdır ki, 1941-ci ilde "Azerbaycan Cemiyyeti"nin ve 1945-ci ilde Azerbaycan Demokrat Firqesinin de istediyi bundan ibaret idi.
Azerbaycan Demokrat Firqesi meşrute qanununda qeyd edilmiş eyalet, vilayet, şeher ve kend encümenlerini heyata keçirmek ve İran çerçivesinde muxtariyyet elde etmeyi qarşısına meqsed qoymuş, qiyam qelebe çaldıqdan sonra gelecekde İranın respublika ve Azerbaycanın İran daxilinde müxtar erazi olması fikrini ireli sürmüşdür.
Xiyabani 1919-cu ilin sentyabrında demişdir: "Biz isteyirik ki, ölkede heqiqi millet hökm sürsün, müessiseler ve idareler milli olsun". O demişdir: "Helelik bizde meşrute recimi vardır. Bu meşrute recimini heyata keçirmek ilk addımdır ki, biz atmalıyıq. Biz sözü işe çevirmeliyik, meşruteni dilimizde yox, bütün idarelerimizde yerleşdirmeliyik. Biz Tebriz şeherinden başlayaraq tedricen bütün İranda arzularımızı yerine yetireceyik".
Xiyabani Alaqapıda milli hökumet başçısı olduqda az müddetde Tebrizde bir çox islahatlar aparmağa başladı. O cümleden: candarm teşkilatını genişlendirerek, öz başçılığı ile Milli Qvardiya yaratdı. Meşhur azerbaycanlı maarifperver Ebülqasım Füyuzatı maarif reisi teyin etdi. "Mehemmediyye" ve "Hikmet" adlı iki qadın mektebi açdı. Mekteblerde tehsilin Azerbaycan dilinde keçilmesine gösteriş verdi. Bakıdan "İttihadiyyeyi-iraniyan" mektebinden bir neçe müellim çağırdı. Mekteblerde fars dilni Azerbaycan dilinde öyrenmeye gösteriş verdi.
Tehrandan gönderilmiş maliyye reiisi ve hakim müavini Tehrana qaytarılıb, yeni şexsler teyin edildi. Xiyabani eyaletde emin-amanlığın berpa edilmesine çox ehemiyyet verirdi. Tebrize gelen xariciler Xiyabani milli hökumetin başçısı olduğu zaman eyaletdeki yüksek derecede olan emin- amanlıq haqqında danışırdılar. Bütün idare işleri, neşriyyat, mitinqler ve çıxışlar türk dilinde aparılırdı.
Şeyx Mehemmed Xiyabani öz xalqına ve vetenine vurğun idi. O, xalqının azadlığı ve rifahla yaşaması uğrunda canını qurban verdi.
Şeyx Mehemmed Xiyabaninin ölümü haqqındda onun en yaxın dostu Hacı Şeyx Heseneli Miyanecinin nevesi bele nağıl edirdi: "Müxbirüsseltene qiyam ve qiyamçıları mehv etmek üçün Tebriz Milli Qvardiyasının reisi Bağır xan Salarimillinin oğlu Mirze Hüseyn xan Haşimini (sertib Haşimi) ve Tebriz kazak reisini razı etdikden sonra Alaqapıya hücum etmeyi emr etmiş ve Xiyabaninin ölüsünü, ya dirisini onun yanına getirmeyi istemişdir. Onlar bele bir vaxtdan istifade etmişler ki, candarm ve herbi qüvvelerin çoxu Qaradağda Emir Erşedle müharibeye gönderilmişdir ve Tebrizde herbi qüvveler yoxdur. Kazaklar Alaqapıya hücum etdikde Xiyabani gizlenmeye mecbur olmuş ve evine gelmişdir. Xiyabaninin yaxın dostlarından biri Sertibzade "men gelmeyince evden çıxma" demişdir. Lakin o gelmemişdir. Xiyabani dörd saat evde gözledikden sonra evden getmeyi qerara almışdır".
Şeyx Miyanecinin nevesi deyir: Xiyabani bizim eve geldikde nağıl etdi ki, Sertibzade meni dörd saat müntezir qoydu, yoxsa men dörd saatda şeherden çıxardım. Xiyabani dedi ki, men çareni bunda gördüm ki, evin damına çıxıb, dal küçeye düşem. Heyat yoldaşım tüfengimi ve bir qatar patronu damdan mene atdı ve size geldim.
Şeyx Miyanecinin nevesi deyir: "Menim babam onu hörmet ve mehribanlıqla qebul etdi. Sonra babam Xiyabaniye dedi: "İcaze verin, men Muxbirüsseltenenin yanına gedib, Size emniyyet teleb edim". Xiyabani dedi: "Yox, sen çox yüksek mertebeli şexsiyyetsen, o, çox kiiçikdir. Yaraşmaz ki, onun yaanına gedib, xahiş edesen". Babam bir neçe defe israr etdikde o, ayağa durub dedi: "Men sizi narahat ediremse gederem". Babam onu qucaqlayıb öpdü ve oturtdu. Xiyabani dedi: "Arxayın ol, men senin evinde gülle atmayacağam". Sonra Xiyabani Muxbirüsseltene haqqında danışaraq dedi: "Bu vicdansız hemmesleke, qonaqsatana men bir çox teklifler etdim, o qebul etmedi. Heç vaxt inana bilmezdim ki, menim meslekdaşım bele bir xeyanet etsin. Azerbaycan demokratları hemişe onu müdafie ederdi ve Tehran Dövleti qarşısında deyerdiler ki, qanuni hökumet isteyirsinizse onu Azerbaycana gönderin". (Muxbirüsseltene İran Demokrat Firqesinin üzvü idi). Sonra Xiyabani dedi: "İndi Eli eleyhisselamın sözünü başa düşürem. O deyerdi: "Yaxşılıq etdiyin adamın şerinden özünü qoru!". Xiyabani hirslenerek artırdı: "Men düşmen qarşısında diz çöküb teslim olmaram. Men meşrute övladıyam, men Babek neslindenem".
Şeyx Hesenelinin nevesi deyirdi: "O gece Xiyabani bizde qaldı, o, zirzemide yatdı. Sabahısı gün günortadan sonra kazaklar bizim eve hücum etdiler, zirzeminin penceresinden onu gördüler; o, yataq paltarında idi. O, silahla özünü müdafie ede bilerdi. İsmayıl kazak pencereden ona bir neçe gülle vurdu. Xiyabani qan içinde yıxıldı. İsmayıl kazak zirzemiye soxulub, Xiyabaninin qoluna qılıncla zerbe endirdi. Xiyabani düşüb şehid oldu.
Kazaklar Xiyabaninin cesedini bir nerdivan üste qoyub, şenlikle Muxbirüsseltenenin yanına apardılar. O: "aparın, bir yerde basdırın" - dedi. Azerbaycanın bu böyük şexsiyyetini bele bir hörmetsizlikle Tebrizin Seyid Hemze qebristanında defn etdiler.
Xiyabaniniin Azerbaycanda rehberlik etdiyi demokratik herekatın böyük ehemiyyeti vardır. O, az müddet davam etdise de ilk defe olaraq Tebrizde demokratik milli recim yaratdı. O, qehremanlıq ve qorxmazlıqda, xalq, veten uğrunda fedakar olmaqda gelecek nesillere örnek oldu. Xiyabani heqiqi demokratiya terefdarı idi, hakimiyyetin bir sinif elinde olmasının eleyhine idi, eyni zamanda kend zehmetkeşlerini istismar eden böyük mülkedarların ve başqalarının hesabına varlanan böyük tacirlerin de ziddine idi. Xiyabani deyirdi: "Esrimizde qebul edilmiş felsefe bundan ibaretdir ki, her xalq özü özünü idare etmelidir. Lakin Tehran bunu derk etmir, ya da derk etmek istemir". Xiyabani heyatı sevmek ve geleceye ümid etmek haqqında deyirdi: "İstersense heyat seni sevsin, sen heyatı sevmelisen. İnsan ele yaşamalıdır ki, sanki ölmeyecekdir".
Xiyabani İranda eyaletlerin bir merkez vasitesile idare lolunmasının eleyhine olaraq, ölkenin böhranlı, felaketli veziyyete düşmesini de bunda görürdü. O deyirdi: "Meşrute konstitusiyası 14 il bundan evvel bütün eyaletlere, vilayetlere, şeherlere ve kendlere özünüidare hüququ vermişdir. Lakin indiyedek bu qanun heyata keçirilmemişdir. Ölkeni bu veziyyetden qurtaran da olmamışdır".
Xiyabani rehberin xalq qarşısında açıq olması haqqında deyirdi: "Biz xalqla diplomatik dille yox, açıq danışmalı, heç şeyi ondan gizletmemeliyik. Biz dostla düşmeni tanımalıyıq, çünki yalançı dost düşmenden daha pisdir. Bir sıra dostlar özlerini azadlıq, demokratiya terefdarı göstermek isteyirlerse, onlar düşmendirler ve fürset tapdıqda arxadan xencer vurarlar".
Xiyabani deyirdi: "Yad qüvvelere arxayın olun, ancaq öz qüvvenize güvenin. Xarici dövletin elaltısı olmayın, çünki onlar ancaq öz menafeyi üçün çalışırlar". O döne-döne deyirdi: "Şerafetle, namusla ölmek şerafetsiz diri qalmaqdan yaxşıdır". Xiyabani şerafetli ölümü ile dediyine sadiq olduğunu gösterdi.
Şeyx Mehemmed Xiyabani öz mübarize dövründe bir çox böhranlarla üz-üze gelmiş, töhmetlere meruz olmuşdur. Tehranda neşr edilen "İran" qezeti Xiyabaninin 2-ci qiyamı haqqında yazırdı: "Ey azerbaycanlı, qorxuram öz Kebene çatmayasan, bu yol ki gedirsen, seni Türküstana çıxarar". Qezet bununla demek isteyir ki, Xiyabani Rusiya inqilabı tesiri altına düşerek, Azerbaycanda sovet respublikasına oxşar bir respublika yaratmaq isteyir. Xiyabani "İran" qezetine keskin cavab vererek demişqdir: "Bizim Kebemiz Türküstan yox, öz vetenimizdir".
Diger terefden, Xiyabani xarici agentlerin de cürbecür töhmetlerine meruz qalmışdır. O cümleden meşrute inqilabı, elece de 1941-46-cı il inqilabi herekatı dövrlerinde xarici dövletlerin agenti olan "Klidi-nicat" qezetinin redaktoru Q.Rzazade yazırdı: "Xiyabani ingilislerden altmış min tümen pul almışdır ki, İran Meclisinde 1919-cı il İran-İngiltere müqavilesine ses versin".
Muxbirüsseltene Tebrize geldikde Xiyabanini biabır etmek meqsedile o da qezet müxbirleri qarşısında hemin töhmeti tekrar etmişdir.
Burada qeyd etmek lazımdır ki, Xiyabaninin ictimai, siyasi, felsefi görüşleri layiqince öyrenilmemiş ve tehlil edilmemişdir. Güney Azerbaycanın fexri olan bu böyük şexsiyyet haqqında geniş kitablar yazmaq lazımdır.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1162
favori
like
share