Aygün Kazımova - Aygün Kazımova Kimdir - Aygün Kazımova Biyografisi

Aygün Kazımova (d. 26 Ocak 1971, Bakü), Azerbaycanlı meşhûr pop şarkıcı, bestekâr ve aktristir.



Aygün Ələsgər qızı Kazımova (d. 26 Yanvar 1971, Bakı) Azərbaycanın məşhur müğənnisi, bəstəkarı, pop musiqiçisi və aktrisasıdır. Boyu 167 sm - dir . Azərbaycan Respublikasının Xalq artistidir.

Aygün Kazımova 1971-ci il yavar ayının 26-da anadan olmuşdur. Azərbaycan pop musiqisi tarixində ən parlaq ulduzlardan biridir. Digər qadın müğənnilərlə müqayisə etdikdə onun albomları ölkədə ən böyük miqdarda satılır. İlk dəfə professional səhnəyə 1988-ci il "Bakı Payızı"yarışması ilə çıxmışdır. Və ilk qran prini də orada qazanmışdır. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq konkursda, 1992-ci ildə "Asiya dausı", 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olmuşdur. 2000-ci ildə üç nominasiya üzrə Qrand mükafatına layiq görülmüşdür: İlin müğənnisi İlin konserti – "Aygün bir gün" İlin hit mahnısı - "Gecələr" 2001-ci ildə Aygün yenidən üç nominasiya üzrə Qrand mükafatına layıq görülmüşdür: İlin müğənnisi İlin hit mahnısı –"Я и ты" İlin konserti – "Я девушка восточнaя" Aygün Kazımovanın indiyə kimi 10-a yaxın solo konserti olmuşdur. Bunlardan 1999 "Ayqun Bir Gun", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri adi şou", 2006-ci ildə Moskvada möhtəşəm yubiley konsertini söyləmək olar. İndiyə kimi 15 diski işıq üzü görmüşdür. 2001-ci ildə Aygün Kazımova Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülmüşdür.
Aygün Kazımova Azərbaycandan kənar konsertlər də verir. Onlardan ən məşhuru 2006-da Moskvada Dövlət Kreml sarayında təşkil olunan konsertdir. Bundan savayı, Kazımova Azərbaycanda yetim uşaqlar üçün xeyriyyə konsertləri də təşkil edir.
2005-də Aygün Kazımova rejissor Arif Qaziyevin "Xarı bülbüllər" musiqili filmin baş rolunda çəkilib.
Hal hazırda Aygün Kazımova "Best Model of Azerbaijan" müsabiqəsinin rəhbəridir.


Albümleri - Albomları

Sevgi gülləri (1997)
Ey mənim dünyam (1999)
Aygün (2000)
Sevdim (2001)
Son söz (2004)
Sevərsənmi? (2005)

Etiketler:
Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 1429
favori
like
share