Azəri Mutfagı - Plov - Plov Hazırlamaq
Şüyüd plov

Düyü - 150q, ərinmiş yağ - 50q, yumurta - 2əd., süd 30q, şüyüd - 60q, zəfəran - 0,1q, duz.
Düyüdən adi qaydada plov hazırlanır və dəmə qoyulduqda narın doğranmış şüyüdlə qarışdırılır. Yumurtanı südlə çalıb omlet bişirir, paxlava şəklində doğranır. Boşqaba plov çəkilib üstünə omlet tiələri qoyulur və yağ tökülür. Bəzən omlet əvəzinə bişirilmiş qoyun əti götürülür.


Meyvə plov


Düyü - 150q, ərinmiş yağ - 50q, kişmiş - 30q, ərik qurusu - 25q, qaysı - 20q, qara gavalı qurusu - 25q, un 10q, yumurta - 1,6 əd., duz.
Südlü plov kimi hazırlanır, lakin düyü suda bişirilir. Dəmə yağda bişirilmiş meyvə ilə birlikdə qoyulur. Süfrəyə verildikdə plovun üstünə yağda bişirilmiş meyvə və qazmaq qoyulur, yağ tökülür.

Toyuq plov


Toyuq əti - 207q, düyü - 100q, baş soğan - 20q, badam ləpəsi - 10q, ərinmiş yağ - 10q, kişmiş - 50q, zirə - 0,1q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq suda hazır olunca suda bişirilir. Badam və meyvə yağda qovrulur, ayrı yağda qızardılmış soğan və zirə əlavə edilir. Ayrıca bişirlmiş plov boşqaba çəkilir, üstünə meyvə, toyuq ətinin tikəsi, qazmaq qoyulur və yağ tökülür.

Çığırtma plov


Toyuq əti - 216q, düyü - 150q, ərinmiş yağ - 40q, baş soğan - 40q, yumurta - 1əd., lumu turşusu - 0,05q, zəfəran - 0,1q, duz.
Emal edilib yuyulmuş cücə 35-40 qramlıq tikələrə doğranır, duzlanır və tavada yağ içində qızardılır. Bəzən cücə suda yarımhazır olana qədər bişirilir. Ona yağda qızardılmış soğan, lumu turşusu, istiot, zəfəran vurulur üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir. Süfrəyə verilən zaman boşqaba təpəcik şəklində düyü çəkilir, yanına hazır çığırtma və bir dilim lumu qoyulur, üzərinə yağ tökülür.

Şaşəndaz plov


Düyü - 150q, ərinmiş yağ - 50q, yumurta - 2 əd., baş soğan - 100q, lumu turşusu - 0,5q, şəkər - 5q, zəfəran - 0,1q, darçın - 0,2q, istiot, duz.
Soğan yağda qızardılır, lumu duzu və şəkər qatılır. Üstünə çalınmış yumurta əlavə edilib bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə plovun üstünə qayğanaq qoyulur, yağ tokülür və darçın səpilir.

Qiymə plov


Qoyun əti - 221q, düyü - 100q, ərinmiş yağ - 50q, kişmiş - 30q, zoğal axtası - 20q, baş soğan - 40q, şabalıd - 30q, zəfəran - 0,1q, un - 6q, yumurta - 1/8 əd., darçın - 0,2q, istiot - 0,1q, duz.
Qoyun əti qiyməsi tavada qızardılır, şabalıd təmizlənib xırda doğranır, kişviş və zoğal axtası ilə birlikdə yağda qovrulur və onların hamısı ətə qatılıb hazır olana qıdır bişirilir. Süfrəyə verdikdə ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə qazmaq və qiymə qoyulur, yağ tökülür və darçın səpilir.

Xam- döşəmə plov


Qoyun əti - 217q, düyü - 150q, ərinmiş yağ - 40q, kişmiş - 15q, qaysı - 15q, albuxara - 15q, xurma - 10q, şabalıd - 30q, qabaq - 100q, istiot - 0,1q, duz.
Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür.


Səbzi-qovurma plov


Qoyun əti - 221q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 50q, göyərti (kəvər, keşniş, ispanaq, turşəng) -15q, lumu turşusu - 0,1q, və ya abqora - 5q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub qızardılır. Ətin üzərinə yağda qızardılmış soğan, abqora, iri doğranmış göyərti əlavə edib bişirilir. Ayrıca bişirilmiş plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çkilib yanına səbzi-qovurma qoyulur, üzərinə yağ tökülür.

Ov quşu ilə plov

Ov quşu (qırqovul, kəklik, və ya turac) - 330q, düyü - 120q, ərinmiş yağ - 40q, kişmiş - 30q, zoğal actası - 20q, qaysı - 25q, şabalıd - 50q, zəvərən 0 0,1q, duz.
Emal edilmiş ov quşu yarımhazır olana qədər bişirilir. Soğan yağda qızardılır, ona kişmiş, xırda doğranmış meyvə qurusu və şabalıd əlavə edilir. Sonra bunlar quşun içərisinə doldurulur. Düyüdən adi qaydada plov bişirilir, içi doldurulmuş duş təmiz tənzifə bükülür və qazanda düyünün altına yerləşdirilib dəmə qoyulur. Süfrəyə verilən zaman boşqaba düyü çəkilib üstünə qiymələnmiş duş əti qoyulur və yağ tökülür. Qiymələnmiş cücə plov da bu üsulla hazırlanır.


Ali müsəmbə plov


Qoyun əti - 221q, düyü - 150q, ərinmiş yağ - 50q, albuxara - 20q, qara gavalı qurusu - 40q, baş soğan - 50q, darçın - 0,2q, zəfəran - 0,1, mixək - 0,05q, istiot - 0,1q, duz.
Qoyun əti paylıq tikələrə doğranıb yağda qızardılır, az miqdarda bulyon, yağda qızardılmış soğan, qara gavalı, albuxara və ədviyyat qatılıb öz buğunda bişirilir. Ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə öz şirəsi ilə birlikdə hazır ət qoyulur, yağ tökülür və darçın səpilir.


Şirin plov


Düyü - 150q, ərinmiş yağ - 50q, kişmiş - 30q, ərik qurusu (qaysı) - 30q, şəkər - 30q, qara gavalı qurusu - 30q, buğda unu - 10q, yumurta - 1/6 əd., duz.
Meyvələr yağda şəkər etmək qovrulur. Düyüdən yarımhazır vəziyyətdə plov bişirilir, meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verdikdə təpəcik şəklində boşqaba çəkilir üstünə qazmaq və qara gavalı qurusu qoyulur.

Lobya-çilov plov


Qoyun əti - 221q, ərinmiş yağ - 50q, ağ lobya - 50q, düyü - 100q, kişmiş - 40q, baş soğan - 40q, zəfəran - 0,1q, darçın - 0,2q, istiot - 0,1q, duz.
Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayralıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.

Fisincan plov

Qoyun əti - 220q, və ya toyuq əti - 21q, düyü - 150q ərinmiş yağ - 50q, qo ləpəsi - 50q, nar - 50q, və ya narşərab - 15q, lumu turşusu - 2q, və yaxud abqora - 15q, baş soğan - 20q, darçın - 0,2q, zəfəran - 0,1q, istiot - 0,1q, duz.
Toyuq əti tikələrə doğranır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş lumu duzu və ya abqora qara çığın tavada qaynadılıb doyülmüş qozun üstünə tökülür. Hazırlanmış toyüğa yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub hazır olunca bişirilir.
Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən küftəcilər yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir. düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyub üstünə yağ tökülür.

Südlü plov

Hisə verilmiş kütüm - 182q, düyü - 100q, ərinmiş yağ - 40q, süd - 250q, buğda unu - 20q, kişmiş - 50q, ərik qurusu - 50q, xurma - 25q, şəkər - 20q, yumurta - 1/10əd., zəfəran -0,1q, duz.
Düyü süddə yarımhazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfkirlə asılır, dibinə un, yumurta və sudlan hazırlanmış nazik lavaş salınan qazanın içinə tökülüb 30-40 dəqiqə dəmə qoyulur. Kişmiş, ərik qurusu və xurma yağda bişirilir. Süfrəyə verdikdə boşqaba düyü çəkilir, yanına qazmaq vəilmiş meyvə qoyulur. Plovun yanında ayrıca buğda bişirilmiş kütüm balığı verilir.

Kükü plov


Hisə verilmiş kütüm - 180q, düyü - 100q, ərinmiş yağ - 50q, yumrta 1 əd., təə bulka - 40q, istiot - 0,1q, duz.
Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.


Qiymə-çığırtma plov


Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz.
Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.

Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 2814
favori
like
share