Azərbaycan Dövlət Neft Akademiyası - Azərbaycan Dövlət Neft Akademiyası Tarixi
10 Noyabr 1887 -ci ildə Bakı şəhər duması tərəfindən Bakı da texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896 -cı ildə texniki məktəb «Bakı aşağı səviyyəli texniki məktəbə» çevrilmişdir. 1896 - 1905 -ci illər ərzində bu məktəbin mexanika şör17;bəsi üzrə 50 nəfər, inşaat şör17;bəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910 -cu ildə mexanika şör17;bəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916 -cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər azərbaycanlı idi. 1918 -ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaatr11;mer17;marlıq şör17;bələri fəaliyyət köstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur. 16 Noyabr 1920 -ci ildə Azərbaycan İnqilab Komitəsi nin «Bakıda politexnik institutunun yaradılması haqqda» dekreti e'lan edildi.
Dekretdə aşağıdakılar qeyd olunmuşdur:
- «Neft-mər17;dən», «elektromexanika», «mühəndis-inşaat», «kənd təsərrüfatı» və «iqtisadiyyat» fakultələri əsasında Bakı politexnikumu bazasında M.Əzizbəyov adına Bakı politexnik institutu yaradılsın.
- Bakı politexnikumunun binaları, avadanlıqları, həmçinin Rus texniki cəmiyyətinin kimya laboratoriyası Bakı politexnik institutunun sərəncamına verilsin.
- Politexnik institutunun tələbə kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun: kafi dərəcədə ümumi təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması, belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənnlərinin keçilməsi və ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması.
- Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial tər17;minat hüquqları Bakı Politexnik institutunun tələbələrinə də şamil edilsin.
- Universitetlərdən və digər müəssisələrdən Politexnik institutuna tədris prossesinə cəlb olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq, Politexnik institutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı verilsin.
- Professor-müəllim heyr1;ətinin əmək haqqı Dövlət Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi ödənilsin. 12 Dekabr 1920 -ci ildə Xalq Maarif Komijsarlığı tərəfindən institutun açılması barədə dekreti verilir. Dek-retdə Bakı Politexnik institunun yaradılması ilə bağlı Bakı politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 1 Yanvar 1921 -ci ildə başlanması köstərilirdi. Dekretə əsasən mühəndis A.İ.Kozlovun sədrliyi ilə in-stitutda qəbul komissiyasının yaradılması və aşağıdakı normaları rəhbər tutaraq, qəbulun 1 yanvar 1921 -ci ilədək başa çatdırılması nəzərdə tutulurdu. Namizədlərdən ilk növbədə - Bakı politexnikumunun tələbələrinin, xüsüsi ali məktəblərin tələbələrinin, ikinci - türk dili bilənlərin, üçüncü r11; fəhlələrin, dördüncü r11; AKBP MK və BK-dən göndərilən beşinci r11; qızıl ordu nümayəndələrinin, altıncı r11; şura qulluqçularının, yeddinci r11; qalan vətəndaşların instituta qəbulu nəzərdə tutulmuşdur. Dekretə uyğun professorlar N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, Petroqrad Universitetinin dosenti A.S.Şepotev və mühəndis D.D.Qadaskin institutun professorları; aqronom N.A.Lebedev, mühəndislər S.Vəkilov, A.İ.Kozlov, A.N.Şuşerov və M.V.Abramoviç isə ixtisaslarına uyğun ka-fedra ştatlarına müəllim kimi daxil edilmişlər. Professor N.A.Dubrovskiy 1 sentyabr 1921 -ci ilədək ilk rektor tər17;yin olunmuşdur. Dekretdə Elmi Şuranın tərkibinin, adları yuxarıda çə-kilənlərdən təşkil olunması da qeyd olunmuşdur. İnstitutun Elmi Şurasının birinci iclası 15 Dekabr 1920 -ci ildə ilk rektor professor N.A.Dubrovskinin sədrliyi altında aparılmışdır. İclasda S.Vəkilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dəfə olaraq fakultələrə: «Neft-mər17;dən» - dağ mühəndisi B.Dombrovskiy, «Elektromexanika» - mühəndis-elektrik A.Sizov, «Mühəndis-inşaat» - mülki inşaaat mühəndisi A. Şuşerov, «İqtisadiyyat» - professor N.A.Dubrovskiy və «Kənd təsərrüfatı» - aqronom N.Lebedov dekan seçilmişlər. Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 Yanvar 1921 -ci ildə saat 9.30-da vurulmuş və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxumuşdur. 1920 / 1921 -ci tədris ilində institutun Elmi Şurasının 66 nəfərdən ibarət olan tərkibinə aşağıdakı professorlar və müəllimlər daxil olmuşlar:N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusskiy, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevskiy, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatıy, V.İ.Tixomirov, B.P.Albiskiy, N.L.Vannikov və başqaları. 1920 / 1921 -ci tədris ilində institutda 1135 tələbə oxuyurdu. 1922 -ci ildə r0; Kənd təsərrüfatır1;, r0; İqtisadiyyatr1;, r0; Texnoloji ( elektrotexnika, dağ-neft və nefttexnoloji şör17;bələri)r1;, və r0;Mühəndis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzrər1; fakultələrin fəaliyyəti üzrə institutun strukturu səhmanlaşdı. Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçiril-məsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi. 1922-ci ildə institutun maddi-texniki bazasının və professorr11;müəllim heyr17;ətinin gücləndirilməsinə «Azneft»(tər17;mir və lazımı avadanlığın tər17;mini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maa-rif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi. Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatıy, S.M.Romanov, B.P.Albiskiy, M.M.Əliyev və İ.Q.Yesman ( 1922 - 1928 -ci illərdə rektor vəzifəsini icra etmişdir) dər17;vət olunmuşlar. 1923 -cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik institutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə İnstitutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində «Azneft»in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur. 1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 1924 / 1925 -ci tədris ilində -13, 1925 / 1926 -ci ildə r11; 46, 1926 / 1927 -ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur. 1923 -cü ildən institut M.Əzizbəyov adına Azərbaycan politexnik institutu adlandırılmışdır. 1929 -cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra etmişdir. 1929 - 1932 -ci illərdə institututda, onun fakültələrində yenidənqurma işlərini aparan və həmin illərdə rektor vəzifəsini icra edən, institutun mər17;zunu A.A.Nikişin ol-muşdur. 12 May 1929 -cu ildə institutdan «Kənd Təsərrüfatı» fakültəsi ayrılmış və sərbəst fəaliyyət göstərən «Kənd Təsərrüfatı İnstitutu» yaranmışdır. 29 May 1930 -cu ildə «Azərbaycan Politexnik İnstitutu»nun adı dəyişdirilmiş və «Azərbaycan Neft İnstitutu» (ANİ) adlandırılmışdır. 1931 -ci ildə institutun şö'bəsi «Azərbaycan Qiyabi Sənaye İnstitutu» yaradılmışdır. Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şör17;bələri olan «Azərbaycan Qiyabi Neft İnstitutu» yaradıldı. İnstitutun adının «Azərbaycan Neft İnstitutu» adlan-dırılması ilə bağlı yenidənqurma işləri və mühəndis kadrların hazırlanması aşağıdakı fakültələrdə aparılmışdır: «Mexanika» (elektromexanika, avtonəqliyyat, istilik energetikası sahələri üzrə; «Neft-mər17;dən»(qazıma, istismar, qazın hasilatı və utilizə olunması və mər17;dən mexanikası sahələri üzrə; «Geoloji-kəşfiyyat», «Neftkimya» (neft zavodları, laboratoriya-tədqiqat, mineral maddələrin texnologiyası üzrə; «İnşaat» (sənaye-zavod inşaatı, mülki mer17;marlıq tikintiləri üzrə, «Nəqliyyat» (sür17;ni tikililər, dəmir yolları, dəmir yol istismarı və relssiz nəqliyyat üzrə, «Sənaye iqtisadiyyatı» və «hidroenergetika». 19 İyun 1930 -cu ildə «İnşaat» fakültəsi bazasında Azərbaycan İnşaat İnstitutu yaradılmışdır ( 1 Sentyabr 1934 -cü ildə yenidən «mer17;marlıq-inşaat fakültəsi» adı ilə Azərbaycan Neft İnstitutuna verilmişdir). Politexnik institutun 10 illiyinə təsadüf edən otu-zuncu illərdə 3267 tələbəsi, qiyabi təhsil üzrə fəhlə fakültəsində 3000-dən çox dinləyicisi olan Azərbaycan Neft İnstitutu keçmiş ittifaqda, görkəmli ali təhsil müəssisələrindən birinə çevrilərək miqyas və əhəmiyyətinə görə Zaqafqa-ziyada birinci ali texniki məktəb kimi qalmışdı. Əgər 1921 - 1929 -cu illər ərzində 422 nəfər mühəndis buraxılışı olmuşdursa, təkcə 1929 / 1930 -cu tədris ilində in-stitutu 559 mütəxəssis bitirmişdir. Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökümətinin «Qırmızı Əmək Bayrağı Ordeni» ilə mükafatlandırılmışdır. Ölkənin sənayeləşdirilməsi ilə bağlı sənayenin Azərbaycanda da sürr17;ətli inkişafı təkcə neft deyil, digər sahələr üçün də mü-həndis kadrlarının hazırlanmasını tələb edirdi. Beləliklə, respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qarşıda dururdu. 1934 -cü il 10 Oktyabr -da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə Azərbaycan Sənaye İnstitutuna (Az.Sİ) çevrildi. 1932 - 1933 -cü illərdə A.M.Çeqodayev, 1933 - 1934 -cü illərdə S.P.Kiselyev, 1934 - 1938 -ci illərdə İ.S.Axundzadə institutun rektoru olmuşlar. Fəaliyyətinin 15 ili ərzində 2614, sonrakı beş ilində isə 2696 nə-fər mühəndis kadrlarının hazırlanması, institutun sürr17;ətlə inkişaf etməsini sübut edir. Fəaliyyətinin 20 illiyi ərzində əldə etdiyi nailiyyətlərə görə 25 Dekabr 1940 -cı ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.






Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1550
favori
like
share