Şengül Şüngül Mengül - Nagıllar

Biri varmiş, biri yoxmuş,
Mezlumların derdi çoxmuş.
Saqqallı bir keçi varmış,
Gezdiyi yer qayalarmış.
Dağdan-dağa atlanaraq,
Her zehmete qatlanaraq
Yaşarmış öz emeyile,
Başkasının kömeyile,
Dolanmaqdan utanarmış,
Onun üç yavrusu varmış:
Biri Şengül, biri Şüngül,
Biri de balaca Mengül.



Şengülün gözleri qara,
Benzeyirdi ceyranlara.
Şeve tükü buruq-buruq,
İnce baldır, qısa quyruq.
Yeni çıxmış buynuzları,
Büxağında qotazları.
Bir yaşında maral çepiş,
Bacaqları bir dal çepiş.



Şüngülün gözleri nergiz,
Sanki dünyadan xebersiz.
Gece-gündüz oynaqlardı,
Anasını qucaqlardı.
Yuxa tükü beyaz, yumşaq,
Qulaqları sanki zanbaq.
Alnındaki qaşqa gözel,
Yoxdu bundan başqa gözel.


Hele birce Mengüle bax,
Ayağında sekile bax.
Yoxdu böyle gözel çepiş.
Nazlı çepiş, tepel çepiş.
Yumuşaq tükü ala-bula,
Tamamile başa bela!

Her sabah gün doğar-doğmaz,
Qaranlığı boğar-boğmaz,
Keçi yatağından durub,
Şengülün halını sorub,
Şüngüle nezer salardı,
Mengülden öpüş alardı.
Qapıları güle-güle
Bağlayıb çıxardı çöle.
Yamaclarda otlayaraq,
Qayalardan atlayaraq,
Derelerden su içerdi,
Yoxdu qemi, yoxdu derdi.
Otlamaqdan qayıdarken,
Çağırardı keçi birden:

- Şengülüm, Şüngülün, Mengülüm,
Açınız qapını men gelim.
Ağzımda su getirmişem,
Döşümde süd getirmişem,
Buynuzumda ot getirmişem.


Bu sözleri eşidince,
Meleşerdi ince-ince,
Yalnız qalan bu çepişler.
Her üçü seviner, güler,
Tez qapını açardılar.
Qanadlanıb uçardılar.
Anaları süd getirmiş,
Buynuzunda ot getirmiş.
Yeyerdiler, içerdiler,
Bilmezdiler qüsse, keder.


Çepişlerin anaları,
Öpüb xırda balaları,
Qapıları güle-güle
Bağlatıb çıxardı çöle.
Bu dağ menim, o dağ senin,
Yem toplardı yeyin-yeyin.
Döşlerine süd yığardı,
Buynuzuna ot yığardı.

Qış getmişdi, yaz olmuşdu,
Elin kefi saz olmuşdu.
Bezenmişdi dağlar, daşlar.
Gece-gündüz uçan quşlar,
Göy üzünün dolanırdı,
Daşqın çaylar bulanırdı.
Ala qarlı uca dağlar,
Qış derdini çeken bağlar,
Geyinmişdi yaşıl köynek,
Her yan güldü, her yan çiçek.

Ana keçi, halı keçi,
Memeleri ballı keçi.
O dağlardan, bu dağlardan,
Durna gözlü bulaqlardan,
Yeyib, içib ete dolub,
Memeleri südle dolub.
Ana keçi, ana keçi,
Qurban olum sana, keçi!

Seni gözler Şengül, Şüngül,
Yuxa tüklü gözle Mengül,
Seni gözler çepişlerin.
Sular axır serin-serin,
Şirin otlar dalğalanır,
İnsan baxır havalanır.
Dereye en, dağlara çıx,
Yerler açıq, göyler açıq.


Feqet bir gün her teref çen,
Görünmezdi gelib keçen.
Gireve düşmüşdü qurda,
Dolaşırdı orda-burda.
El içinde bir mesel var:
‘’Qurd dumanlı gün axtarar’’.
Qurd çox gezdi, çox dolaşdı,
Dereler, tepeler aşdı,
Xatırladı Şengül, Şüngül,
Yuxa tüklü gözel Mengül
Yataqda yalnızdı, çapdı.
Geldi çepişleri tapdı.

Yazın bu çenli gününde
Durdu yatağın önünde.
Bir az duruxdu yerinde,
Od parladı gözlerinde.
Sesini deyişdirerek,
Qurddur, tanınmasın gerek.
Dedi:-Şengülüm, Şüngülüm!
Ey ceyran gözlü Mengülüm!
Ağzımda su getirmişem,
Döşümde süd getirmişem,
Başımda ot getirmişem.
Tez olun açın qapını,-
Çepişler eşitdi bunu.
Yazıq çepişler sevincek
Anaları zenn ederek
Gelib qapını açdılar,
Qurdu görünce çaşdılar.


Ah, bu zalım, ağzı qara,
Hücüm etti yazıqlara.
Şengülü, Şüngülü yedi,
Mengülü tapa bilmedi.

Kefi duru, damağı çağ,
Qapını açıq qoyaraq,
Çıxdı, qaçdı bu qaniçen,
Bürümüşdü etrafı çen.

Ana keçi dağda-daşda,
Gah o başda, gah bu başda,
Gah derede, gah ormanda,
Gah o yanda, gah bu yanda,
Sıldırım dağlar başında,
Qayaların dik qaşında.
Doyunca ot yedi geldi,
‘’Balalarım!’’ – dedi geldi.

Geldi yatağın yanına,
Titretme düşdü canına,
Görünce qapını açıq,
Yerinde duruxdu yazıq.
Dürmayıb içeri girdi,
Etrafına göz gezdirdi.
- Şengül, Şüngül, hardasınız?!-
Gördü bir bucaqda yalnız
Mengül qısılıb oturmuş,
Anasını gören kimi
Deyişdi halı, görkemi.


Tez ayağa qalxdı Mengül,
Anasına baxdı Mengül.
Dedi:- Ana senden sonra
Bir duyğusuz ağzı qara
Geldi girdi evimize,
Yamanca toy tutdu bize.
Şengülü, Şüngülü yedi,
Menise tapa bilmedi.

Keçinin üreyi yandı,
Öz-özüne acıqlandı.
Ansızın çıxdı bayıra,
Bilmedi ki getsin hara,
Çünki, fikri dağınıqdı.
Gezdi, gezdi, geldi çıxdı
Dovşan damının üstüne.
Bacasından bir daş atdı
Ayağını tappıldatdı.
Dovşan qalxıb, çıxdı dama,
- Neçin söyürsen adama?-
Deye ona verdi sual.


Ana keçi coşdu derhal:
-Şengülümü, Şüngülümü,
Ah, sen yemisen, öylemi?
Dovşan dedi: - Bağırma çox,
Menim bundan xeberim yox!
Haydı get tülküden soruş,
Get onunla dalaş, vuruş.

Keçinin üreyi yandı,
Öz-özüne acıqlandı.
Yumruğunu sıxdı, sıxdı,
Gezdi, gezdi, geldi çıxdı.
Tülkü damının üstüne.
Söydü ona döne-döne.
Bacasından bir daş atdı,
Ayağını tappıldatdı.
Tülkü qalxdı, çıxdı dama,
- Neçin söyürsen adama?-
Deye ona verdi sual.
Ana keçi coşdu derhal:
-Şengülümü, Şüngülümü.
Ah, sen yemisen, öylemi?
Tülkü dedi: - Bağırma çox,
Menim bundan xeberim yox,
Gedib canavardan soruş,
Get onunla dalaş, vuruş.

Keçinin üreyi yandı,
Öz-özüne acıqlandı.
Yumruğunu sıxdı, sıxdı,
Gezdi, gezdi, geldi çıxdı.
Canavar damı üstüne.
Söydü ona döne-döne.
Bacasından bir daş atdı,
Ayağını tappıldatdı.

Qurd asmışdı südlü aş,
Daş geldi düşdü bir baş
Qazançanın içine.
Canavar dedi: - Bu ne?
Kimdir meni dolaşdıran?
Qazançanı bulaşdıran?
Dam üstünde gezen kimdir?
Üreyimi üzen kimdir
Kimdir deng eden başımı?
Kimdir tozlayan aşımı?
Keçi dedi: -Coşan menem,
Dam üstünde qoşan menem.
Buynuzlarım qoşa-qoşa,
Hünerin var çıx savaşa.
Öz-özüne dedi: ‘’Ne var?!’’-
Çöle çıxdı canavar.

Ana keçi coşdu derhal.
Canavara verdi sual:
-Şengülümü. Şüngülümü.
Ah, sen yemisen, öylemi?
Qurd keçini aldatmaq,
İşi boynundan atmaq,
İstedise olmadı.
Zülm yerde qalmadı.
Söz qoydular gedelim,
İşi ayırd edelim.

Qaş yenice qaralırdı,
Güneş solır, saralırdı.
Şövqu düşürdü dağlara,
Çekilirdi uzaqlara.
Ağ buludlar deste-deste
Göy üzünden dağlar üste
Yüngül kölge salırdılar,
Parçalanıb qalırdılar.
Obanın da mal-qarası
Heç kesilmeden arası
Dönürdüler kende sarı.


Obanın gözel qızları
Ellerinde badya, qazan,
Ne qeder varsa süd sağan
Gözleyirdiler naxırır,
Deyil sözümün axırı.


Az getdiler, üz getdiler,
Dere, tepe düz getdiler.
Yaxında bir qazı vardı,
İnsafsız ve tamahkardı.
Ana keçi dala qaldı,
Canavar bir quzu aldı.
Geldi qazının yanına,
Başladı öz yalanına.

Sovqat qazıya xoş geldi,
Keçise eliboş geldi.
Qazı dedi:- Ne var, keçi?
Doğru yoldan kenar keçi…
Yene ne var, ne deyirsen?
Qazıdan ne isteyirsen?..

Keçi dedi: - Derdim çoxdur,
Heç halıma yanan yoxdur.
Bunu aydın bilir hamı,
Qurd yemiş iki balamı.
Qazı dedi: - Yalan deme,
Özgesine böhtan deme…
Sen özün çox ters keçisen,
Keçilerin en bicisen.
Sen allahı unutmusan.
Banbaşqa bir yol tutmusan.
Vermeyirsen xüms-zekat,
Hani getirdiyin sovqat?
Her şey anlaşıldı tamam:
‘’ Men sovqatsız işe baxmam!’’

Keçi dedi: -Ey canavar,
Yaxında bir demirci var,
Onun yanına gedelim,
İşleri ayırd edelim.

Az getdiler, üz getdiler,
Dere, tepe düz getdiler.
Demirçiye çatdı onlar.
Demirçi soruşdu: - Ne var?
Keçi dedi: - Bilir hamı,
Menim ikice balamı
Zülmkar canavar yemiş,
Her kese bellidir bu iş.
Qardaş, demirçi, yaxşı bil,
Yalnız menimkini deyil,
Obanın qoyunlarını,
Kendin gözel davarını
Parçalayan, yeyen budur,
‘’ Menen-menem!’’ deyen budur.
Bunun her bir işi qandır,
Bizimle köhne düşmandır.

Demirçi çox acıqlandı,
Qurdun hiylesini qandı.
Dedi: - Gerek indi siz
Vuruşub döyüşesiniz -
Buraxdı öz işlerini,
Dedi: - Ay qurd, dişlerini
İtileyim senin gerek!
Qurd dedi: - Tez ele görek.
Demirçi bir mıxçıxaran
Kelbetin alaraq haman
Buraxıb öz işlerini,
Çekdi qurdun dişlerini.


Nağılçılar bilir bunu, -
Keçininse buynuzunu
Yaxşı-yaxşı itiledi,
- Haydı, vuruşunuz!- dedi.

Keçi qızğın, qurd esebi,
Parıldadı şeve kibi
Keçinin de buynuzları,
Qurd geldi keçiye sarı.
Keçi gelmişdi cana,
Qurd atıldı meydana.


Vuruşdular doyunca.
Keçi kelle vurunca
Qurd bulaşdı al qana.
- Aman, aman, qursağım!
Cırıldı bağırsağım!
Aman, aman, aman, vay!
Öldüm, öldüm, ay haray!
Keçi guldu qurda bir az,
Dedi: - Zülm yerde qalmaz.
Balalarımı yemeyeydin,
Vay qursağım demeyeydin!

Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 1985
favori
like
share