Azərice Nagıllar - Pıspısa Xanım ve Siçan Bey Hekayesi


Biri var imiş, biri yox imiş. Bir Pıspısa xanım var imiş.

Bir gün bu Pıspısa xanım, bezendi-düzendi, öz evinin qapısına çıxıb dedi:

- Ere gedirem, ere gedirem,
Er olmasa, gora gedirem.

Bir odunçu gelib keçende Pıspısa xanımı görüb dedi:
- Mene gelersenmi?

Pıspısa xanım dedi:
-Meni ne ile döyersen?

Odunçu dedi:
-Balta ile vuraram, ezilersen!

Pıspısa xanım dedi:
-Yeri, yeri, men senin tayın deyilem!

Odunçu getdi. Pıspısa xanım yene başladı:


-Ere gedirem, ere gedirem,
Er olmasa, gora gedirem.

Bir de gördü ki, bir kürekçi gelir. Kürekçi dedi:
-Pıspısa xanım, mene ere gelersenmi?

Pıspısa xanım dedi:
-Meni döyende ne ile döyersen?

Kürekçi dedi:
-Bir kürek çalaram, xıncın-xıncın olarsan!

Pıspısa xanım dedi:
- Yeri, yeri men senin tayın deyilem!

Kürekçide getdi.

Yene Pıspısa xanım dedi:

-Ere gedirem, ere gedirem,
Er olmasa, gora gedirem.

Bu halda bir sıçan oradan keçirdi. Gördü ki, Pıspısa xanım bezenib-düzenib, özüne zinet verib, evinin qapısına çıxıb.


Al xaradan don geyib eynine,
Ucunu qatlayıb salıb çiynine.
Tökübdür üzüne qara tellerin,
Yuyub tertemiz, aparı ellerin.
Çekib gözlerine qara sürmeler,
Salıb başına erbeler, tirmeler.
Xuraman-xuraman ki, reftar edir.
O reftara servi giriftar edir.
Soluna baxır, gah baxır sağına.
Baxır gah qolundaki qolbağına,
Durub her yanı sürür naz ile,
Deyir bu sözü xoş bir avaz ile:
-Ere gedirem, ere gedirem,
Er olmasa, gora gedirem.


Siçan Solub bey geldi Pıspısa xanımın yanına, dedi:


- Salam-eleyküm, Dozanqurdu Düzxatun, Pıspısa xanım, sevqili canım, ruhi-revanım, canu-cananım, tabu-tevanım!
Kefin halın? Hemişe belece kefde, gezmakde, seyri-sefada olasan!


Dozanqurdu Düzxatun gözünün altından Siçan Solub beye baxıb gördü, amma ne Siçan Solub bey!

Geyib eynin cübbe sencabdan,
Bezenim düzenibdi her babdan,
Atıb dalına quyruğun şir kimi,
Qulaqların dik tutub, tir kimi.
Gelir eda ile, bilmirsen kimdi bu.
Yuvadan çıxıb naz ile yol gedir,
Gah sağ gedir yolda, gah sol gedir,
Döş ağ, gözü qara, arxası boz.
Dişi incitek, ağzına yoxdur soz.
Qara gözlerin süzdürür her yana,
Çekir burnun ki, iy-miy qana.

Dozanqurdu Düzxatun dedi:


-Ay eleykessalam, Sıçan Solub bey, top qarabirçek, dişleri mixek, qıçları direk, hamıdan göyçek, dexi ne demek?
Halın, kefin kökdürmü? Damağın çağdımı, canın- başın sağdımı?


Siçan Solub bey dedi:

-Sağ ol, Pıspısa xanım, ezizim-canım,mene gelersenmi?

Pıspısa xanım dedi:
-Meni döyende ne ile döyersen?

Siçan Solub bey dedi:


-Seni döymerem, döysem de quyruğumu qelem eylerem, batıraram xanımların sürmedanına, gözüne sürme çekerem.

Dozanqurdu Düzxatun Siçan Solub beye ere getmeye razılıq verdi. Toy elediler.


Siçan Solub bey Pıspısa xanımı alıb apardı öz evine. Bir müddet yaxşıca yeyib-içib kef elediler.


Bir gün Siçan Solub bey Pıspısa xanıma dedi:

-Sen otur evde, men gedim şah evine, sene noğul-nabat, havla ve her cür şirniyyat getirim. Yığ yanına, könlün istedikce at azgına, ye.


Dozaqurdu Düzxatun dedi:

-Get, amma tez gel. Sensiz damın altında tek otura bilmirem, qorxuram.

Siçan Solub bey dedi:

-Qorxma, tez gelerem.

Pıspısa xanım oturdu, oturdu, qerarı tutmadı. Fikirleşdi ki, Siçan Solub bey gelince durum onun paltarını aparıb Deveizi gölünde yuyum, serib qurudum, gelende verim, geysin eynine ki, üst-başı temiz olsun.

Siçan Solub beyin paltarını götürüb apardı yumağa.


Amma yuyanda ayağı sürüşüb düşdü Deveizi gölüne.
Sağa dolandı, şap düşdü, sola dolandı, şup düşdü, ne qeder elleşdise, çıxa bilmedi. Her ne qeder çapaladısa, qurtara bilmedi. Deveizi gölünde az qaldı, çox qaldı, gördü ki, bir neçe atlı gedir. Başladi çağırmağa:

Tapir-tuppur atlılar,
Qolları bazbatlılar,
Şah evine gedersiz,
Siçan beye deyersiz:
Pıspısa püste xanım,
Dabanı xeste xanım,
Düşüb Deve gölüne,
Boğulur beste xanım.

Atlılar o yana, bu yana baxdılar, heç kesi görmediler. İstediler getsinler, Pıspısa xanım yene hemin sözleri ile onları çağırmaya başladı. Atlılar baxıb gördüler ki, onları çağıran bir dozanqurdudur, Deveizi gölünde boğulur.


Dozanqurdu Düzxatun dedi:

Gedin deyin Siçan beye,
Börkü delik Solub beye:
Saçı uzun saray xanım,
Donu uzun daray xanım,
Dozanqurdu Düzxatun
Paltar yuduğu yerde
Düşüb Deve Gölüne,
Özünü tez yetirsin,
Meni buradan qurtarsın!


Atlılar çox teeccüb edib getdiler şah evine, orada gördüklerini nağıl elediler. Bu vaxt Siçan Solub bey sirni sandığının içinde gezirdi, bu xeberi eşidib qaçtı, özünü tez Pıspısa xanıma yetirdi.


Gelib gördü ki , Pıspısa xanım Deveizi gölünde boğulur. Az qalıb ki, telef olsun.


Celd elini uzadıb dedi:
-Elini mene,cigerecik!

Dozanqurdu dedi:
-Yeri, menciyez senden küserecik!

Siçan Solub bey yene dedi:
-Elini mene, cigerecik!

Pıspısa xanım cavab verdi:
-Yeri, menciyez senden küserecik!

Siçan üçüncü defe dedi:
-Elini mene, cigerecik!

Dozanqurdu dedi:
-Yeri menciyez senden küserecik!

Axırda Siçanın acığı tutdu, yerden bir ovuc palçıq götürüb çırpdı Dozanqurdun başına ve dedi:

-Küsereciksen, küserecik,
Men de senden üz dönderecik!

Dozanqurdu elleşib birteher gölmeçeden çıxdı.
Amma ne fayda, şıltaqlığının ucbatından yene tek qaldı!
Yazıq Dozanqurdu Düzxatun!

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1514
favori
like
share