Xoruz ve Padişah - Azerice Nagıllar
Biri var imiş, biri yox imiş, Allah'dan başqa heç kes yox imiş. Bir de bir xoruz var imiş.

Bir gün xoruz peyinlikde eşelenib özüne yem arayanda bir qara pul tapdı,şad olub başladı oxumağa:
- Quqquluqu! Birce şahı tapmışam!
Padişah xoruzun sesini eşidib buyurdu ki
gedib onun pulunu elinden alsınlar.

Şahmı xoruzun elinden alandan sonra xoruz başladı oxumağa:
-Quqquluqu! Padşah mene möhtaç imiş!
-Padşah buyurdu ki, xoruzun şahısını aparıb özüne versinler.

- Quqquluqu! Padşah da menden qorxar imiş!
Padşah bunu eşidende xoruza hirslenib buyurdu ki, onu tutub öldürsünler.

Xoruzun başını kesende oxudu:
-Quqquluqu! Ne iti bıçaq imiş!

Xoruzun başını kesince onu soxdular qaynar suya ki, tükünü yolsunlar. Gaynar qazanın içinde xoruz oxudu:
-Quqquluqu! Ne isti hamam imiş!

Xoruzu qazanın içinden çıxarıb tükünü yoldular ve bişirib qoydular pilovun başına.
Burada xoruz oxudu:
- Quqquluqu! Ne ağca tepe imiş!

Pilovu getirdiler padşahın qarşısına. Padşah pilovu yeyende xoruz onun boğazında yene oxudu:
- Quqquluqu! Ne darca küçe imiş!

Ondan sonra xoruz getdi qaranlıq yere, orada oxudusa da kimse sesini eşitmedi.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 570
favori
like
share