Tülkü ve Hacıleylek - Azerice Nagıllar

Tülkü ve Hacıleylek dost olmuşdular. Onlar bir yerde ova çıxır, bir gezirdiler.

Bir gün tülkü Hacıleyleye dedi:
- Qardaş, axşam bize qonaq gelersen.

Hacıleylek axşam Tülkünün evine geldi. Tülkü bir qazan dovğa bişirdi. Dovğanı bir siniye töküb süfreye getirdi. Yemeye başladılar.

Hacıleylek her defe dimdiyini uzadanda ancaq birce düyü götüre bilirdi. O beş-altı düyü götürmemişdi ki, Tülkü dovğanı tamam yalayıb qurtardı.

Hacıleylek ac qaldı ve öz-özüne dedi: ‘’ Yaxşı, Tülkü, evezini çıxaram’’.
Hacıleylek acından seheredek yata bilmedi.

Bu ehvalatın üstünden bir neçe gün keçdi.

Bir gün Hacıleylek südlü aş bişirib Tülkünü qonaq çağırdı. Hacıleylek aşı bir bardağa töküb süfreye qoydü.

Tülkü ancaq bardağın ağzına bulaşmış düyüleri yeye bildi.
Hacıleylek ise uzun dimdiyini bardağın içine salıb aşın hamısını yedi.

Tülkü acıqlanıb evine qayıtdi. Yolda öz-özüne dedi: ‘’ Hacıleylekden mene dost olmaz. Men gerek onu yeyem ‘’.

Günler ötüb keçirdi. Tülkü bir behane axtarırdı ki, Hacıleyleyi tutub yesin.

Bir seher tezden Tülkü Hacıleyleyin yanına gelib dedi:
- Qardaş, üreyim yaman darıxır, dur gedek, göy çemende bir az gezişek.

Hacıleylek razı oldu. Onlar gedib bir çemene çatdılar.

Tülkü dedi:
- Ne gözel çemendir! Gel burada bir az uzanaq.

Hacıleylek ile Tülkü göy çemende uzandılar. Tülkü özünü yalandan yuxuluğa vurdu. O isteyirdi ki , Hacıleylek yuxuya geden kimi boğazından tutub boğsun.

Hacıleylek tezece yuxuya getmişdi. Tülkü birden qalxıb Hacıleyleyin boğazından yapışdı.

Hacıleylek oyanıb soruşdu:
- Bacı, ne eleyirsen?


Tülkü dedi:
- Yuxuda seni gördüm, ona göre seni qucaqlamaq istedim.

Hacıleylek onun hilyesini başa düşüb dedi:
- Bacıcan, daha yatmıram, gel menim belime min, havaya qalxaq, bir az uçaq, sonra gelib arxayın yatarıq.


Tülkü Hacıleyleyin beline mindi. Hacıleylek havaya qalxdı. Xeyli uçandan sonra soruşdu:
- Bacıcan, yer nece görünür?


Tülkü dedi:
- Xırman kimi.

Bir az da qalxdıqdan sonra Hacıleylek soruşdu?
- Bacı, indi nece görünür?


Tülkü dedi:
- İndi heç görünmür.


Hacıleylek dedi:
- Bacı, daha qanadlarım ağrıyır, düş bir az dincelim.

Tülkü yalvarıb dedi.
- Ay qardaş, men ne teher düşüm, hara düşüm?
Amanın günüdür, meni aşağı endir.


Hacıleylek dedi:
- Qanadlarım ağrıyır, düşmesen, seni özüm yere ataram.


Tülkü çox yalvarıb- yaxardı, gözlerinin yaşını tökdü, amma Hacıleyleyin üreyi yumşalmadı.


- Sen dostluqda vefasız çıxdın, cezandır, çek,-deyib, Tülkünü yere tulladı.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 3279
favori
like
share