Həcı Arif Buzovnəlı - Həcı Arif Buzovnəlı Şiirleri
Qafil

Vicdanın əgər varsa sənin bir gilə, qafil,

Aşiq demə çox adına, çıxma zilə, qafil.


***


Zülm eyləmisən hər kimə get istə halallıq,

Ondan sonra üz tut göyə, şəfqət dilə, qafil.


***


İstərsən əgər çəkməyə övladın əziyyət,

Zalimlik edib vermə əziyyət elə, qafil.


***


Ömr eyləmisən xeyli yatıb qəflət içində,

Cəhlindi ki dərya demisən sahilə, qafil.


***


Nəfsin, təməhin inkişaf etməklə bərabər,

Cəhlin də tərəqqi edib ildən-ilə, qafil.


***


Sən Kəbeyi-gil aşiqisən, Kəbəyi-dil yox,

Bu mülkü təvaf etmə dönərsən külə, qafil.


***


Sabitqədəm ol, rəhməti üzdən deməsinlər,

Dostlar aparanda səni son mənzilə, qafil.


***


Xoş ki edə tabutunu göz yaşı müşayət,

Vay onda ki ardınca gedənlər gülə, qafil.


***


Arif sözü düzdürmü? Əgər harda soruşdum,

Yox, yox, deyə dad eylədi bir silsilə qafil.


Könlüm

Oldu bir dilbərin eşqində pərişan könlüm,

Açdı hicran gətirən qüssəyə meydan könlüm.


***


Həvəs etdikcə məhəbbət meyinə oldu əsir,

Həm də öz eşqinə oldu özü heyran könlüm.

***


Can əta etdiyi dilbər daşürək dilbərmiş,

Bir gədaya özünü etdi fəda xan könlüm.

***

Sənə min dəfə dedim, uyma vəfasız gözələ,

Məni də xar elədin, qan olasan, qan, könlüm.


***

Aşiqə zülm edən, əlbəttə, peşiman olacaq,

Necə ki sevgisinə oldu peşiman könlüm.


***


Dərd bilən çoxdu, fəqət çarə bilən bir kəs yox,

Oldu dərdilə həmağuş evi viran könlüm.

***


Ey təbəssümlə kənardan mənə işkəncə verən,

Könlümə vermə cəfa, ay sənə qurban könlüm.


***


Qoymaz Allah fəqir aşiqlərin ahın yerdə,

Yetər öz kamına min möhnətə ünvan könlüm.


***


Arifə etmə ki rişxənd qəzəli sadə yazıb,

Gəlməsin qoy sənə bu sadəlik asan, könlüm.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 435
favori
like
share
Nehir Tarih: 07.07.2009 16:19
Ağlamasın

Aşiqin dərdü qəmi başdan aşır, ağlamasın?

Cigəri qanı dolub gözdə daşır, ağlamasın?

Eşqi-dildar ilə bihal düşüb səhraya,
Cisminə min cürə qurd-quş daraşır, aglamasın?

Çağırır yarını imdada edib naləvü zar,

Yanına yar əvəzi qəm yanaşır, ağlamasın?

Yanmır əhvalına dildarı bu dar gündə onun

Vəli yadlar da gəlib doğmalaşır, ağlamasın?


Bu çəmənzarı ki yarilə dolanmışdı əzəl,

İndi divanə kimi tək dolaşır, ağlamasın?



Bir tikandır ona bir vaxt xalı olmuş otlar,

Yaş tökür hər hara gözlər sataşır, ağlamasın?



Gəzib hər yanə baxır, dilbəri dəymir gözünə,

Bağça tabloya dönüb saxtalaşır, ağlamasın?



Arifa, aşiq olan gülsə əgər, tən eləmə,

Eşqdə hər kimə gülmək yaraşır ağlamasın.




Kə"bə

Xeyli şadəm, ey müsəlmanlar, vüsalı bilmişəm,

Könlümün ayinəsindən qəm qübarın silmişəm,

Qul seçib şahim məni, dərgahi-yarə gəlmişəm,

Olmuşam, əlhəmdulillah, mən də zəvvar Kəbəyə,

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.


Bir məqamdır ki, söz acizdir verə təsvirini,

Özgə ecaz yox aparsın qəlbdən təsirini,

Bəllidir tarixdən İbrahim edib təmirini,

Ta o gündən ad verib insan “xilaskar” Kəbəyə,

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Kəbə bir aydır, müsəlmanlar olubdur haləsi,

Bir tərəf “ əl əfv ya Rəb ”, bir tərəf “təkbir” səsi,

Yüksəlir “ ləbbeyk Allahümmə ləbbeyk ” naləsi,

Məğfirət istər tutub üz hər günahkar Kəbəyə,

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Çağlayır insan seli, dillərdə ah, gözlərdə yaş,

Hər təvafında gəlir ruhə təlaş üstdən təlaş,

Qoç nədir qurban kəsim? Qurban bu can, qurban bu baş,

Hansı yolla eyləyim bu eşqi izhar Kəbəyə?

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Bir yanında qarə daş var ərşi-Əladən düşüb,

Qarə xaldır ruyi-yarə nəqşi-Valadən düşüb,

Bir şəfəq var məcərin üstündə Tahadən düşüb,

San gəlibdir Əhmədi-Məhmudi-Muxtar Kəbəyə,

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Pak divarlar ki açılmışdı Əli mövluduna,

Çatların saxlar ki aşiqlər çata məqsuduna,

Ey könül, zəvvarsən Şahi-Vila məbuduna,

Sürt üzün, öp, çün əlin çəkmiş o dildar Kəbəyə,

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Ey könül, daşdandı Kəbə, sən sücud etmə daşa,

O daşa hikmət nədən gəlmiş onu dərk et, yaşa,

Bir kiçik məhşərdi, məna eyləsəm gəlməz başa,

Bu yetər qul tək gəlir sultanü sərdar Kəbəyə,

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.

Xaliqə min şükr, oldu Kəbə qismət Arifə,

Hər bəladən Həyyü Davər verdi fürsət Arifə,

Ta qiyamət bəs edər bu varü dövlət Arifə,

Hər işi, hər kəlməsi olsun səzavar Kəbəyə,

Vəslə yetsin, hər kimin ki həsrəti var Kəbəyə.
Nehir Tarih: 07.07.2009 16:16
Xəzərim

Ruhumun sözlərə biganə həzin bəstəsisən,

göy Xəzərim,

Mərdliyin himnisən,azadəliyin nəğməsisən,

göy Xəzərim.

Səni duyduqca,

Eşitdikcə məhəbbət dolu qəlbindəki çırpıntıları

daşlaşıram,

Taleyin hökmünə təslim adalar bənzəri yalqızlaşıram.

Bir nağıldır zərif hüsnündəki mənalı təbəssüm,

İxtiyarsız qapanır möcüzələr həbsinə hissim,

Sezirəm həsrəti sahildəki boz qumların incik baxışında,

Bu baxışla danışırlar.

Dənəciklər əbədi eşqini təsvir eləyib hər naxışında

Sənə yetmək yarışında yarışırlar,

Bir birilə küsüşürlər barışırlar.

Dəniz adlanmağa həsrət nə qədər damla

buludlardan asılmış,

Asimanın qəfəsində

sənə yetmək həvəsində

Hərə bir küncə qısılmış.

Taleyin hökmünə bir bax ki,

olub göy yerə möhtac,

Zərrədir, küllə qovuşmaq ümidilə

Eləyir adi yağış damlası göydən yerə merac.

Bu məhəbbətdəki aliliyi bivec küləyin şiddəti bilməz.

Cahildi o,vəhdətdəki mahiyyəti bilməz,

Qəti bilməz.

Bu həmin vəhşi küləkdir ki,

salır ayrı səni zərrələrindən

Eləyir zülmə sitayiş.

Nə bilir ki nə olan şeydi nəvaziş,

Ona sevda dediyin sadəcə addı,

Ona sevda adı yaddı.

Cəmi sevdalıların qəlbinə ustad sən özünsən, Xəzərim.

Çünki sevda sözünə ad sən özünsən Xəzərim.

Daş bədənlərdəki boş başlara aqil əyilərmiş,

Əyriyə düz deyilərmiş,

Əyri yollar düzə düz göstərilərmiş,

Bəndədən bəndəyə taət və sücud istənilərmiş,

Həqq nahəq qabağında yenilərmiş

Bu yazıqlar qəvi tufanlara güc gəlməyi səndən

niyə öyrənmədilər bəs ,Xəzərim?
Ağ köpüklərdə batır, onların axır nəfəsin kəs,


Xəzərim
Qatı cəlladlar əlində qanımız birgə içildi,

Boyumuz birgə kiçildi,

Canımız birgə üzüldü,

Sinəmiz üstünə min kuzə düzüldü.

Qanını səndə yuyanlar,

əlini məndə qurutduSəni sıxdı,

məni tutdu,Nədir insanlıq unutdu.

Səndən aldıqları bir sönməz oda döndü ,Xəzər

Mənim isə yarısönmüş ocağım vardı

o da söndü Xəzər.

Arifəm ,sadəcə şair ,silahım söz

Bu silahla deyiləm bir şeyə qadir

ki basım yarənə bir köz

Yenə bir müddət əzab çək,

Yenə bir dövr susub döz.

Belə qalmaz gələr ol gün ki,

Bu qəflətdə yatanlar da açar göz.

Mənə və mən kimi biçarə vəfa əhlinə hirslənmə Xəzər.

Biz sözə güc veririk, sən sözə öyrənmə Xəzər.

Hücum et boz qayalar üstünə coş çağla,

Xəzər.

Bu təlatümlərə bel bağla ,Xəzər.

Göz yaşım səndə əmanətdi mənim,

Ağlamaq keçsə içindən

Bu həzin şerim ilə ağla ,Xəzər.



Cək
Rəssam, əllərinə qurban olum mən,

Qəlbimin sözünü oxu qəlbimdən,

Xatirələrimin şirin yerindən

Kədərli rənglərə yaraşdır bəzək,

Çək, çəkə bilirsən, çək qəmimi, çək.


* * *

Otən illərimdən toxu çələngi,

Hər çələng bir eşqin, sevginin rəngi,

Baxıb gözlərimə məni öyrən ki,

Həkk edə biləsən onları tək-tək,

Çək, çəkə bilirsən, çək qəmimi, çək.

* * *

Mən ki əsiriyəm itən bir eşqin,

Könlümün bağında bitən bir eşqin,

Dinlə faciəsin ötən bir eşqin,

Keçən günlərimə bax ürkək-ürkək,

Çək, çəkə bilirsən, çək qəmimi, çək.

* * *

Beləcə önündə dayanım yenə,

Söz açsın eşqindən bu qəmli sinə,

Düşündüklərimi qoy deyim sənə,

Bir payız lövhəsi, üşüyən çiçək,

Çək, çəkə bilirsən, çək qəmimi, çək.