Azərbaycan Yazıçılar Birliyinə 25-dək gənc yazar üzv qəbul olunacaq.
Bu ayın sonunadək Azərbaycan Yazıçılar Birliyinə (AYB) 25-dək gənc yazar üzv qəbul olunacaq.
AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Ələsgəroqlunun
APA-ya verdiyi məlumata görə,
son iki ildə Yazıçılar Birliyinə heç bir üzv qəbul olunmayıb:
“AYB təmirdə olduğundan biz bu prosesi dayandırmışdıq.
Bu müddət ərzində birliyə 120-dək gənc yazar üzvlük üçün müraciət edib.
Lakin onların hamısı AYB-yə üzv qəbul olunmayacaqlar.
AYB ancaq ədəbi proseslərdə daha aktiv iştirak edən yazarlara üstünlük
verəcək. Ümumilikdə isə bu il 40 nəfərə yaxın yazarın AYB-yə üzv olacağı
gözlənilir”. Ə. Ələsgəroğlu bildirib ki, hazırda Yazıçılar Birliyinin 1300-ə yaxın
üzvü var. Onlardan 300 nəfəri müxtəlif ölkələrdə yaşayan fəxri üzvlərdir.
AYB-nin üzvlərinin bir hissəsi isə dünyasını dəyişib.
Hazırda AYB-nin ən yaşlı üzvləri Qılman İlkin (95 yaş), Balaş Azəroğlu (88 yaş), və Gülhüseyn Hüseynoqludur (86 yaş).

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 992
favori
like
share