Tələbələrin Beynəlxalq Əməkdaşlığı - İctimai Birliyi - Təhsil Xəbərləri - Elnur Məmmədov


Bu gün (5 iyun) Reportyorların Azadlıq və
Təhlükəsizlik İnstitunun (RATİ) Mətbuat Mərkəzində
“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi
“Təhsil Xəbərləri” layihəsinin aylıq hesabatı ilə bağlı mətbuat konfransı keçirtdi.

Təşkilatın rəhbəri Elnur Məmmədov bildirdi ki, 15 ali məktəbi əhatə edən layihə
çərçivəsində aprel ayında olduğu kimi, may ayında da ən çox qanun
pozuntusuna yol verən ali məktəb Azərbaycan Beynəlxalq Universiteti olub.
Sonrakı yerləri isə Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Tibb Universiteti,
Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti,
Azərbaycan Dövlət Neft Akademiyası, Odlar Yurdu Universiteti,
Azərbaycan Texniki Universiteti, Təfəkkür Universiteti tutub.
Layihədə iştirak edən digər beş ali məktəb - Qfqaz Universiteti,
Qərb Universiteti, Xəzər Universiteti Azərbaycan Dillər Universiteti
və Bakı Asiya Universitetində isə may ayında qanun pozuntuları qeydə alınmayıb.

E. Məmmədov qeyd etdi ki, hesabat təhsil Nazirliyinə də təqdim olunacaq,
həmçinin bununla bağlı yaxın günlərdə Təhsil Nazirliyində görüş də keçiriləcək:
“Layihədə iştirak edən ali məktəblərdəki dövlət imtahanlarını izləmək üçün Təhsil
Nazirliyinin yaratdığı komissiyanın tərkibində təmsil olunmaq üçün də müraciət
etmişik. Əgər buna razılıq ala bilsək, prosesləri daha yaxından izləmək imkanımız olacaq”.

Tədbirdə iştirak edən tələbələr də Universitetlərdəki
qanun pozuntuları barədə geniş məlumat verdilər.

Xatırladaq ki, 15 ali məktəbi əhatə edən “Təhsil Xəbərləri” layihəsi
ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 624
favori
like
share