Qafqaz Albaniyası - Qafqaz Albaniyası Haqqında
Qafqaz Albaniyası (Ağvan, Arran və ya Alban çarlığı) - müasir Azərbaycan Respublikası, Ermənistanın bir hissəsi və Cənubi Dağıstan ərazilərində tarixi dövlət. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən ləğv edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində Xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə Xristian ideologiyasının təsir dairəsində olmuşdur.Görkəmli qafqazşünas tarixçi Y.İ.Krupnov yazırdı:”Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır.Albaniya tarixini müxtəlif ölkəlrin tarixçiləri öyrənirlər.Lakin bir şey də məlumdur:Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar.Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar,dünya elminə borcludurlar.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 852
favori
like
share