Lütfiyar İmanov Qimdir - Lütfiyar İmanov Haqqında - Lütfiyar İmanov Hayatı


Lütfiyar İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi musiqisevərlərin geniş dairələrində yaxşı tanınmışdır.
Lütfiyar İmanovun yaradıcılığı çoxcəhətlidir: o həm xalq mahnılarının ifaçısı, həm çox çətin, rəngarəng repertuarlı kamera müğənnisidir, Lakin Lütfiyar İmanov hər şeydən əvvəl opera müğənnisidir, bənzərsiz aktyor, milli və dünya klassik operasının dərin təfsirçisidir.

Lütfiyar İmanov 1928-ci ildə Azərbaycanın yaşıl guşələrindən olan Sabirabadda anadan olmuşdur. O, uşaq yaşlarından incəsənətə meyl göstərir, dram teatrında aktyor işləyirdi. Rəssamlıq sənətinə xüsusi meyl göstərmişdir, hələ 2-ci sinifdə oxuyarkən Pioner qəzetində elan olunan rəsm müsabiqəsində çəkdiyi gül buketi ilə iştirak edərək 2-ci yeri tutmuşdur. Sinif, məktəb qəzetinin redaktoru olmuşdur.O vaxtlar qəzet başlıqlarının solunda Leninin, sağında isə Stalinin şəkilləri olardı. Lütfiyar İmanov həmin şəkilləri bir neçə dəqiqəyə əllə çəkərdi. Bir vaxtlar atasından sonra ailələrini dolandırmaq üçün Araz və Vətən kinoteatrında işləyib onların afişalarını hazırlayırdı.

Hələ 12 yaşı olanda Bülbülün Səni gördüm aşiq oldum plastinkasına qulaq asandan sonra özünə qarğıdan at, taxtadan saz düzəldib, başına motal papaq qoyub o mahnını həvəslə oxuyardı. 1941-ci ilin mayında 13 yaşı olanda Sabirabaddan Əli Bayramlıya öküz arabasında, oradan da Bakıya at arabasında gəlib Bülbülün ifasında Koroğluya baxıb qayıtmışdır. Koroğlunun 7777 dəlisi olub, hərdən Lütfiyar müəllim özünə deyir ki, o dəlilərdən biri də mənəm.
1957-ci ildə A.Zeynallı adına musiqi məktəbində pedaqoq A.Milavanovun sinfində təhsilini bitirən İmanov Dövlət Estrada orkestrində, sonralar musiqili komediya teatrında işləməyə başlayır.
1958-ci ildə gənc artist SSRİ xalq artisti, bəstəkar Niyazinin diqqətini cəlb edir. Gənc müğənnini dinləyən Niyazi onu opera teatrında Koroğlu rolunda çıxış etməyə dəvət edir.

1959-cu ildə Bülbül Lütfiyar İmanovun ifasını dinlədikdən sonra Molodej Azerbaydjana qəzetinə onun gələcəyi haqqında yüksək fikirdə olduğunu söyləyib və səsində qəhrəmanlıq simvolu olduğunu vurğulamışdır.
İndi musiqini sevən, lakin Lütfiyar İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə, SSRİ böyük teatrının səhnəsində əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olmuşlar.

F.Əmirovun Sevil operasında Balaş, C.Cahangirovun Azad operasında Ayaz, R.Mustafayevin eyni adlı operasında Vaqif, M.Maqomayevin Nərgiz operasında Əlyar, V.Adıgözəlovun Ölülər operasında İsgəndər, S.Ələsgərovun Bahadır və Sona operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera partiyalarıdır.
Lütfiyar İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin Karmen operasında Xoze, P.Çaykovskinin Qaratoxmaq qadın operasında German, C.Verdinin Aidada Radames, Otello operasında Otello, Ofenbaxın Hofmanın nağılları operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, Toska operasında Kavaradossi obrazları müğənninin yüksək vokal və səhnə mədəniyyətinin qeyd edən mətbuat tərəfindən yüksək qiymətləndirilmişdir.
O, dinləyicilərə yüksək niyyətlər, nəcib hərəkətlər və insan qəlbinin gözəlliyini çadıra bilir. Lütfiyar İmanovun sənəti müxtəlif millətlərdən olan adamlar üçün yaxın və anlaşıqlı olur, onları daxilən zənginləşdirir, daha da saflaşdırır. Onun oifası dərindən həyəcanlandırır və əsil zövq gətirir. Bütün bunların səbəbi müğənninin nadir ilhamı, onun böyük aktyor cazibədarlığı, təsirli obraz yaratmaq bacarığıdır.

Lütfiyar İmanovun yaradıcılıq siması üçün əla vokal keyfiyyətlər ilə möhkəm professional hazırlıq, musiqili-dramaturji obraza dərindən nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir. Aktyor öz sənətini səxavətlə tamaşaçılara bəxş edir, öz ürək duyğularının dərinliyini açır. Hər bir əsər-yeni kəşfdir və dinləyicilər onu hərarətlə qiymətləndirir, onun istedad və ağlına, şəxsiyyətinə yüksək qiymət verirlər. Məhsuldar səhnə fəaliyyəti və daimi zəhmət Lütfiyar İmanovun sənətini cilalandırmış, onu bu günümüzün ən yaxşı sənətkarları sırasında ilk yerlərdən birinə çıxarmışdır. Lütfiyar İmanov 1978-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür.

Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib hər iki dildə Hindistanda ifa etmişdir. Lütfiyar İmanov Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınstan, Rumıniya və b. ölkələrdə konsertlər vermişdir..

Opera sahəsində rolları:
Koroğlu (Koroğlu, Ü.Hacıbəyov)
Balaş (Sevil, F.Əmirov)
Ayaz (Azad, C.Cahangirov)
Vaqif (Vaqif, R.Mustafayev)
Əlyar (Nərgiz, M.Maqomayev)
Bahadır (Bahadır və Sona, S.Ələsgərov)
Xoze (Karmen, J.Bize)
Otello (Otello, C.Verdi)
German (Qaratoxmaq qadın, P.Çaykovski)
Faust (Faust, Ş.Quno)
Lütfiyar İmanovun ifa etdiyi obrazlar. Şəkillərin müəllifi Lütfiyar İmanovdur.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 546
favori
like
share