Bülbül Qimdir - Bülbül Haqqında - Bülbül Hayatı


Bütün həyatı boyunca Bülbül adıyla tanınan Murtuza Meşədi Rıza oğlu Məmmədov, 22 iyun 1897-ci ildə Şuşa yaxınlığındaki Xanbağı kəndində dünyaya göz açdı. Kiçik yaşlarından məharətli zəngüllərinə görə xalq ona 'Bülbül' adı vermişdir. Bülbülün teatro səhnəsinə ilk çıxışı M.C. Əmirovun 1916-cı ildə Gəncədə tamaşaya qoyulmuş 'Seyfəlmülk' operası ilə bağlıdır. O, 1920-ci ildən bəri Birləşmiş Dövlət Teatrı opera truppasının solisti olmuşdur. 1924-cü ildən həmin teatr Azərbaycan Opera və Balet Teatrı adını daşımağa başladı. Bülbül 1927-ci ildə Baki konservatoriyasını bitirib, həmin ildə vokal texnikasını daha da təkmilləşdirmək üçün dövlət tərəfindən Milana göndərilmişdir. Birinci dəfə İtaliyaya 1924-cü ildə gedən Bülbül, 1931-ci ildə təkrar buraya gələrək vokal dərsləri almışdır. Bakıya qayıdan senedçi Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdı. 1940-cı ildə Bülbül Professor ünvanına nail oldu.

Geniş diapazonlu, gözəl, məlahətli, axıcı səsə və böyük aktyorluq iste'dadına sahib olan Bülbül, Azərbaycan vokal sənətinin inkişafında mühüm rol oynamışdır. Onun ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ən. ənələri üzvi şəkildə birləşmişdi. Azərbaycan xalq mahnılarını, təsnifləri böyük sənətkarlıqla ifa edən, Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin popularlaşmasında möhüm və xüsusi rola sahib olan Bülbül, oxuduğu mahnıların ifasında zəngin boyalarla təkrarolunmaz obrazlar yaradaraq, bir çox köhnə Sovet ölkələrində və xaricdə də qastrol vermişdir.

Bülbül eyni zamanda Azərbaycan milli vokal məktəbi ən'ənələrinin tədqiqi, rus və Avropa opera mədəniyyəti ilə bu ən'ənələrin sintezi v.s. məsələlərə aid bir çox əsərin müəllifidir.

Azərbaycan professional vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı, Xalq Artisti, Dövlət Mükafatı Laureatı, İtalianın Qaribaldi ordeni Laureatı olan Bülbül, 1961-ci il Sentyabrın 26-sında vəfat etmişdir.

Azərbaycan opera muğənnisi (lirik-dramatik tenor), xanendə, musiqi folkloru tədqiqatçısı. SSRİ xalq artisti (1938).SSRİ Dövlət mükafatı laureatı (1950). 1924 ildən Azərbaycan Opera və Balət Teatrının solistidir. Bülbülün repertuarında Qərbi Avropa və rus klassiklərinin əsərləridə "Karmen", "Aleko", "Riqoletto" və s. xalq mahnılarından "Süsən sünbül", "Yaxan düymələ", "Qara gözlər", "Çal oyna", "Segah təsnifləri" və s. Bülbül A.Zeynallının "Ölkəm", Ü.Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarının ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaratmışdır.
Bülbülün ifaçılığında milli vokal üslubu ilə italyan vokal üslubu üzvi şəkildə birləşibdir. Bülbülün redaktəsi ilə "50 Azərbaycan el mahnısı" (1938) və Azərbaycan xalq mahnıları (1956,58) çap edilib.
2 Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni və medallarla təltif edilmişdir.

Opera sahəsində rolları:
Koroğlu (Koroğlu, Ü.Hacıbəyov)
Əsgər (Arşın mal alan, Ü.Hacıbəyov)
Qərib (Şahsənəm, R.M.Qlier)
Nizami (Nizami, E.Bədəlbəyli)
Fərhad (Xosrov və Şirin, Niyazi)
Aslan (Vətən, Q.Qarayev)
Saro (Anus, A.Tiqranyan)

İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər
"Sənsiz" - Üzeyir Hacıbəyov
"Sevgili canan" - Üzeyir Hacıbəyov
"Ölkəm" - A. Zeynallı.
"Süsən sünbül" - Xalq mahnısı
"Yaxan düymələ" - Xalq mahnısı
"Qara gözlər" - Xalq mahnısı
"Çal-oyna" - Xalq mahnısı
"Segah təsnifləri"

Murtuza Meşədi Qimdir - Murtuza Meşədi Haqqında - Murtuza Meşədi Hayatı

Etiketler:
Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 1343
favori
like
share