Hacıbaba Hüseynov Qimdir - Hacıbaba Hüseynov Haqqında - Hacıbaba Hüseynov Hayatı



Nә qәdәr qәribә olsa da, Azәrbaycanın XX yüzilin son onilliklәrindәki әn bilgin vә bişkin muğam ustalarından olan Hacıbaba Hüseynov musiqimizin әsas mәbәdlәrindәn sayılan Müslüm Maqomayev adına Dövlәt filarmoniyasının sәhnәsinә ilk dәfә 1989-cu ildә - 70 yaşı tamam olarkәn çıxdı.

Layiq olduğu әsl şöhrәtlәrә vә diqqәtlәrә dә böyük sәnәtkar elә hәmin yuvarlaq ildönümündәn sonra çatdı. Qısa zaman içindә әmәkdar vә xalq artisti fәxri adlarına layiq görüldü, ömründә Azәr-baycandan qırağa çıxmamış sәnәtçi İranda, İraqda, Fransada konsertlәr verdi, oxuları yazılmış disk dünyaya yayıldı, ona xarici mәmlәkәtlәrdәn yeni-yeni dәvәtlәr gәlmәyә başladı.

70-indә çoxları artıq sәnәtdәn ayrılmış olur. Ömrün bu mәrhәlәsindә yetişdiyi (gecikmitş dә olsa) ehbtiram mәqamı, isti münasibәt Hacıbaba ustadı necә ruhlanındırdısa, sanki onda idmançılardakı kimi ikinci nәfәs açıldı. Yeni şövqlә, yeni hәvәslә, yeni ilhamlarla oxudu, o çağacan ifasında olmayan neçә yeni tәsniflәr yaratdı.

Hacıbaba Hüseynov mәktәb görmәmişdi.

Aldığı tәhsil vur-tut natamam ibtidai savad idi. Hәlә dördüncü sinifdә oxuyanda mәktәbi atmışdı. Lakin ilahi ona ömrünün sonuna qәdәr tükәnmәyәn bir başqa sevgi bağışlamışdı - kitaba, dәyәrli biliyә, şerә, әdәbiyyata, qәzәliyyata vurğunluq.

Bir qәzәlindә belә misralar vardı:

Hәlә dә Hacı gedir dәrsi-dәbistan oxuya,
Çalışıb hәr oxuyan Molla Pәnah olmaz imiş.

Ömrünün axırınacan oxudu.

Hәm avazla oxudu, hәm kitab oxudu.

Sonacan özünü öyrәnci sandı. Ona görә Böyük Öyrәdәn oldu.

Azәrbaycan muğamının bu gün üzdә olan üstün ifaçılarının hamısında araşdırsanız, diqqәtlә izlәsәniz Hacıbaba sәnәtindәn soraq tapacaqsınız.

Özü mәktәb görmәmiş Hacıbaba ustad mәktәb yaratmağa müvәffәq oldu.

Paxıllar, bәdxahlar ona sataşırdılar, qәlbinә dәyirdilәr. "Nağaraçıdan nә oxuyan?" - deyirdilәr, "Onun oxuduqları dәrviş havacatıdır"- söylәyirdilәr.

Hacıbaba ustad hәqiqәtәn әvvәldә nağaraçı olmuşdu vә bu sonrakı xanәndәliyindә, şairliyindә dadına çox yetirdi.

Әla qaval çalırdı - bu öz yerindә Amma nağaraçılıqdan qazandığı әn vacib üstünlük onun yüksәk ritm sahibliyi idi. Bu üstün ritm duyğusunun gücünә bir-birindәn melodik tәsniflәr yaradırdı vә ritm baxımından üzdәn sadә görünsә dә, bu tәsniflәrdәn elәlәri vardı ki, başqaları onu oxumaqda acizdilәr.

Ritm vaqifliyinin ona bağışladığı ikinci üstün-lük әruzun bәhrlәrindәn, tәfilәlәrindәn xәbәrsiz ola-ola elә hәmin vәznlә-rin qulaq yaddaşındakı dәqiq әks-sәdasına әsasәn heyranedici şerlәr qәlәmә almasıydı.

Әruzşünas Әkrәm Cәfәr "Hacıbabanın qә-zәllәrindә, müxәmmәs-lәrindә, müstәzadlarında bir zәrrәcә әruz xәtası yoxdur" inancındaydı.

Ruhani ailәdә böyü-müşdü, lap körpәlikdәn әvәzsiz mәrsiyәxanaları, dәrvişlәri dinlәmişdi. Güclü yaddaşına uşaqlıq illәrindәn hopmuş hәmin yandırıcı musiqilәrin dini sözlәrini bir qırağa qoyub nohәlәri, sinәzәnlәri, mәrsiyyәlәri öz qәzәllәriylә yenilәşәn, dirilәşәn çağdaş tәsniflәrә çevirirdi.

Lәzzәtlә qulaq asan rәzillәr çımxırırdılar: "Hacıbaba üstüörtülü şәkildә dini tәbliğ edir".

Heyflәr ki, Hacıbaba ustadın etiraf olunması, onun ikinci nәfәsinin açılması 70-indәn sonraya düşdü.

Günahkar bizik.

Daha tez etiraf olunsaydı, daha erkәn layiq olduqları ondan әsirgәnmәsәydi, әlbәttә ondan qalan irs indikindәn dә qat-qat zәngin olardı.

Hәr halda o sәs daha heç vaxt bizi tәrk etmәyәcәk.

O sәs daim bir zövq qaynağa olmaqdan savayı, hәmişә dәrslik, müntәxabat kimi umulacaq.

Arzusuydu ki, 75 illiyindә "Çahargah" oxusun.

75-ә çatmadı. ALLAH rəhmət elesin.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 902
favori
like
share