Seyid Cefer Pişeveri Qimdir - Seyid Cefer Pişeveri Haqqında - Seyid Cefer Pişeveri Hayatı


Seyid Cefer Pişeveri (1892-1947)

S.C.Pişeveri 21 Azer herekatının başçısı, Azerbaycan Demokrat Firqesinin yaradıcısı ve rehberi, Azerbaycan xalqının milli demokratik herekatının önderidir. İranda inqilabi herekatın görkemli xadimlerinden biri olan Pişeveri ömrünü hemin müqeddes meqsedler yolunda serf etmişdir. O, hemişe İran istiqlalı ve xalq azadlıq ideyalarını tebliğ etmiş, jurnalist kimi edebi yaradıcılıqda da qiymetli irs qoymuşdur.

S.C.Pişeveri 1892-ci ilde Xalxal mahalının Zeyve kendinde yoxsul kendli ailesinde anadan olmuş ve ilk tehsilini hemin kendde almışdır. XIX esrin axırlarında istibdad üsul-idaresinin soyğunçuluğuna, feodal istismarına ve imperializm tezyiqine döze bilmeyen kendliler kimi Pişeverinin ailesi de iş axtarmaq, çörekpulu qazanmaq üçün 1905-ci ilde Bakı şeherine mühaciret etmişdir. Bülbüle kendinde öz tehsilini davam etdirmiş, eyni zamanda emekle de meşğul olmuşdur. 1913-cü ilden 1917-ci ile qeder Xırdalan qesebesinde müellimlik etmişdir. Derin mütaliesi sayesinde ictimai elmleri öyrenmiş ve siyasi fealiyyete başlamışdır. Bakıda neşr olunan "Açıq söz" qezetinde meqalelerle çıxış edirdi. İran xalqlarının ağır veziyyeti onu da düşündürür, ezilen xalqların azadlıq ve istiqlaliyyet elde etmesi yollarını axtarırdı. 1918-ci ilden "Azerbaycan Cüzilayenfeki-İran" qezetinde emekdaşlıq edir, İran xalqlarının ağır veziyyetini aradan qaldırmaq üçün mübarize yollarını gösteren siyasi meqaleler neşr etdirir.

Pişeveri özüne daha geniş mübarize meydanı axtarır. Buna göre 1919-cu ilde İran "Edalet" Firqesinin Bakıda açılmış "İttihad" medresesinde müellim işleyir. Bakıda inqilab rehberleri olan N.Nerimanov, Behram Ağazade ve başqaları ile elaqe yaradır.
İran "Edalet" Firqesi Merkezi Komitesinin orqanı olan "Hürriyyet" qezetinin redaktoru olur. Bu qezetde çürümüş şahlıq üsul-idaresinin satqınlığını, imperialistlerin müstemlekeçilik siyasetini keskin tenqid edir ve İran xalqlarını milli mübarizeye çağırır.

1919-20-ci illerde "Hürriyyet" qezetinin redaktoru olmaqla beraber İran "Edalet" Firqesi Merkezi Komitesinin xarici bölmesinin katibi seçilir.
İranda inqilabi herekatın güclenmesi ile elaqedar 1920-ci ilin may ayında Pişeveri İrana gedir, Gilan eyaletinde baş vermiş Cenkeliler herekatının başçısı Kiçik Xanla görüşür. İyun ayında Gilanda yaranmış inqilabi dövletin xarici işler naziri teyin olunur.

Sonra İranda inqilabi qüvveleri birleşdirmek üçün İran Kommunist Firqesinin yaranmasında, firqenin 1920-ci ilin iyun ayında Enzeli şeherinde keçirilen I qurultayında Merkezi Komitenin üzvü ve ideoloci işler üzre katib seçilir.
1921-ci ilde Pişeveri İran Hemkarlar İttifaqının orqanı olan "Heqiqet" qezetinin redaktoru olur. O, yorulmadan bütün varlığını irtica ve imperializm eleyhine mübarizeye hesr edir. 1923-cü ile qeder İranın bir çox şeherlerinde neşr olunan qezetlere meqaleler yazır. 1922-ci ilde Tehranda polis tezyiqinin artması ile elaqedar "Heqiqet" qezeti bağlanır. 1923-cü ile qeder o, İsfahan şeherinde gizli fealiyyet gösterir.

Rza şahın iş başına gelmesi ile polis teqibleri güclenir, qezet ve curnalların çap edilmesi çetinleşir. Bü fealiyyet ağır şeraitde 9 il davam edir. 1930-cu ilde Pişeveri hebs olunur ve 11 il hebsde qalır. Qesri-Qacar adlanan zindanda bütün vehşi işgencelere baxmayaraq Pişeveri öz mübarizesini davam etdirir.
II dünya müharibesinin başlanması Rza şah diktaturasının yıxılması ile neticelenir. Pişeveri 1941-ci il sentyabr ayında hebsden buraxılıb Tehrana gelir. 1941-ci ilde İran Xalq partiyasının yaranmasında feal iştirak edir, 1943-cü il may ayının 23-de neşr etdiyi "acer" qezetinin ilk nömresini İran ictimaiyyetine teqdim edir. Pişeveri redaktoru olduğu "Acer" qezeti vasitesile Rza şahı, onunla birlikde xalq kütlelerini vehşicesine soyan ve İranın müstemlekeye çevrilmesine kömek eden irticanı ifşa edir.

1944-cü ilde Pişeveri Azerbaycandan XIV Şura Meclisine deputat seçilmiş olsa da İran irticası onun deputatlığını redd edir. Pişeveri İranda neşr olunan 44 mütereqqi qezeti birleşdirib "Cebheyi-azadi" (Azadlıq cebhesi) yaratmışdır.
Bu qezetler vasitesile Pişeveri İran xalqlarının irtica ve imperializm eleyhine mübarizesine, ölkenin inqilabi qüvvelerini birleşdirmeye çalışmışdır.

Alman faşizminin meğlub olması ile elaqedar bütün dünyada inqilabi herekat güclenmiş, istiqlal ve azadlıq uğrunda xalqların mübarizesi artmışdı. Bele bir şeraitde Azerbaycan xalqının mübarizesine rehberlik ede bilecek, Azerbaycanda bütün sinif ve tebeqeleri birleşdire bilecek bir teşkilat - Azerbaycan Demokrat Firqesi 1945-ci il sentyabr ayının 3-de yarandı. Azerbaycan Demokrat Firqesinin qarşısında duran xetti-hereket 12 Şehriver müracietnamesi adı ile elan olundu.

S.C.Pişeveri Azerbaycanda yaranmış inqilabi şeraiti derk ederek Azerbaycan Demokrat Firqesini yaratmışdır. Pişeverinin teşkilatçılıq fealiyyeti, rehberlik istedadı ve geniş dünyagörüşü sayesinde Azerbaycan Demokrat Firqesi qısa müddet erzinde Azerbaycanın bütün zehmetkeş tebeqelerini ve milli qüvvelerini öz bayrağı altında birleşdirib tarixi xalq herekatını yarada bilmişdir. 1945-ci ilin oktyabr ayında keçirilen ADF-nin I qurultayı Pişeverini Merkezi Komitenni sedri seçmişdir. ADF-nin orqanı olan "Azerbaycan" qezeti vasitesile Azerbaycan xalqı qarşısında duran vezifeler ve 21 Azer herekatının hazırlanması taktikası Pişeverinin rehberliyi altında heyata keçirilir.

1945-ci il dekabr ayının 12-de 21 Azer herekatının qelebesi ile elaqedar fealiyyete başlamış Azerbaycan Milli Meclisinin qerarı ile Pişeveri Azerbaycan Milli Hökumetinin Baş naziri teyin edilmişdir. Mehz hemin hökumetin İranın daxilinde Azerbaycanın milli muxtariyyet hüququnu berpa ederek azerbaycanlıların öz ana dilinde danışmaları, yazıb-oxumaları üçün şerait yaratdı. Mekteblerde ana dilinde derslerin keçirilmesini temin etdi.

Savadsızlığın kökünü kesmek üçün qeti addımlar atdı. Fehleler üçün iş qanunu, qadınlar üçün kişilerle beraber hüquqlar, bütün ölkede ehemiyyeti olan torpaq islahatı heyata keçirildi. Ölkede misli görünmemiş emin-amanlıq ve abadlıq işlerine başlandı. Güney Azerbaycanda görülen demokratik tedbirleri hetta düşmenler bele etiraf edirdiler. Qerbin irticaçı idarelerine mensub olan metbuat defelerle yazmışdır ki, Pişeverinin rehberlik etdiyi Milli hökumet il erzinde sanki Güney Azerbaycanda yarım esrlik fealiyyet göstermişdir. Bu tedbirler inkaredilmezdir.
Azerbaycanda bu demokratik islahatlar neinki İran irticasını, hem de İranın zengin servetlerine sahib olan İngiltere ve Amerika imperializmini qorxuya salmışdı. Onlar birleşerek Azerbaycan milli hökumetini qan deryasında boğdular.
1946-cı ilin dekabr ayından mühaciret etmiş Azerbaycan inqilabçılarının bir hissesi Sovet Azerbaycanına geldi. Azerbaycannın 34 rayon ve şeherinde onların yerleşdirilmesine şexsen Pişeveri özü rehberlik etmişdir. Ele bu işle elaqedar 1947-ci il iyul ayının 11-de Gence şeherinden qayıdarken Yevlax yaxınlığında Pişeveri müemmalı şekilde maşın qezasına düşmüş ve helak olmuşdur. Pişeverinin mezarı Bakı şeherinde Fexri Xiyabandadır.

Pişeverini yaxşı öyrenmek, onun ictimai, siyasi ve felsefi görüşlerine beled olmaq, onu ictimai, dövlet xadimi kimi tanımaq üçün 1945-46-cı illerde Tebriz şeherinde neşr olunan "Azerbaycan", "Azad millet", "Yeni Şerq" qezetlerini, 1944-cü ilde Tehranda neşr olunan "Acer" qezetini, 1946-cı ilde Tebrizde neşr olunan "Qızıl sehifeler", "12 Şehriver", 60-cı illerde mühaciretde neşr olunan "21 Azer" ve "Seçilmiş eserleri"ni oxuyub öyrenmek lazımdır.
S.C.Pişeveri Azerbaycan xalqının XX esrde yetirdiyi böyük inqilabçı, ictimai, dövlet xadimi, yüksek seviyyeli publisist ve jurnalisti olmuşdur.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1912
favori
like
share