Tam Adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri
Doğum Tarixi 1048
Doğum Yeri İran Xorasan Nişapur
Ölüm Tarixi 1131
Həyatı

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (farsca: غیاث الدین ابو الفتح عمر بن ابراهیم خیام نیشابوری) və ya sadəcə Ömər Xəyyam (1048 - 1131) - dahi İran şairi, riyaziyyatçı, astronom və filosofu - İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur.


Gənc yaşlarında doğma şəhərinin səlcuqilərin aramsız hücumlarına məruz qalması səbəbindən Nişapuru tərk etməli və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.

Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.

Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.

Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhvələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla - hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.

OMER XEYYAMIN HEYAT VE YARADICILIGININ ESAS TARIXLERI

18 may 1048ci il---anadan oldugu gun
1066-1070---Semerqende geldiyi dovr
1070-1074---Buxarada yasadigi dovr
1066-1074---riyaziyyata aid 4 eserini,o cumleden ''Riyaziyyat cetinlikleri'',''Hesab ve el-mukebala meselelerinin isbati haqqinda risale'' ve ''Mudriklik terezisi'' eserlerini yazir.
1074---Isfahana gelir
1074-1075---meshur Isfahan resedxanasinin esasi qoyulur.Omer Xeyyam 1092ci ile qeder burada islemisdir.
1077(dekabr)---riyaziyyata aid muhum eserlerinden olan ''Evklidin kitabinin girisindeki cetinliklere aid sherhler'' eserini yazir.
1079(mart)---O.Xeyyamin teqvim islahati
1080---''Varliq ve zeruret haqqinda risale''ni yazir.
1080-1091---''3 suala cavabin'',''Umumi alimlerin predmeti haqqinda idrakin ishigi'',''Movcudluq haqqinda risale''ni yaradir.
1092---Nizam el-Mulkun ve Melik shahin ölumu
1095-1098---''Novruzname''ni yazir.
1098-1104---intensiv menevi axtarishlar dovru
1105-1110---ozunun felsefi vesiyyetini -''Umumi movcudiyyet haqqinda risale''ni basha catdirir.
1114---O.Xeyyam Mervde
4 dekabr 1131---heyatdan kocur.

Yaradıcılığı

Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?

Dünya - ömrümüzdən keçən bir andır,
Ceyhun - gözümüzdən axan leysandır;
Cəhənnəm - boş əməl qığılcımıdır,
Cənnətsə xoş keçən rahat zamandır.

Şad ol, ömrü vurma kədərlə daşa,
Bu zalım dünyada sən adil yaşa.
İndi ki, dünyanın sonu yoxluqdur,
Zənn et yoxsan, ömrü azad vur başa.

Əlimdə olsaydı əgər iqtidar
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.

Ey fələk, xəsisə izzət verirsən,
Ev, hamam, dəyirman - sərvət verirsən,
Sənin tək fələyə tüpürmək gərək;
Azad insanlara zillət verirsən.

Ulduzla doludur bu böyük eyvan,
Onlara çox ağıl qalmışdır heyran
Ağıl kələfini itirmə əsla!
Kainat özü də qalıb sərgədan.

Xilqetin baslica mehveriyik biz,
Derk etsen,besiret covheriyik biz.
Cahan dairesi qizil bir uzuk,
Onun en deyerli govheriyik biz.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 7899
favori
like
share
YaSMiN Tarih: 21.11.2010 19:28
Sadelövh könlümden men cana geldim,
Cefakeş qelbimden feqane geldim,
Sensiz de dünyanın işi keçermiş Xeyyam,
…Sen ne üçün bu dünyaya geldin.
Heyatın sirrini bilseydi ürek,
Bilerdi ölümün sirri ne demek,
Bugün sağlığında heç bir şey bilmeyen,
Ölüb getdi sabah ne edecek.
Bilmirem Yaradan ne verib mene,
Cennete gedirem, ya cehenneme,
Burada saz, mey, bir de o gözel yar, o senem,
O nisye cenneti Ömer Xeyyam verirem sene.
Muza844 Tarih: 21.11.2010 17:48
Te$ekkurler.Omer Xeyyamdan bildiyiniz daha ba$qa $eir ve ya rubailerini de sayta yerle$dirseniz cox xo$ olardi.