Əlvida - Azerice Şiirler

Sən getdin.. Bir zindan yalnızlığı, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz söyləyə bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, bitdim. Sonsuzluqda bir insan necə olar.. səsi sorağı necə duyulur?

Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç mənim tək gərəksiz, mənim tək dəyərsiz, mənim tək yapyalnız hissətdinmi?Ayrılıq ölüm qədər acı və soyuq.Güzgüyə baxıram. Güzgüdə gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənmiş. Əllərim titrəyir. Ürəyim qızmar dəmirlərlə dağlandı. Yoxluğunun acısı çox ağır gəlir sevgilim.

Sevinclərim, xəyallarım, ümüdlərim, rəngli dünyam əlvida.. Əlvida yaşamaq.. Yaşantımın anlamı əlvida. Başqası bilməz sənin yoxluğunun acısını.Sənsiz nə hallarda olduğumu kimsə bilməz. Anlamıram itib gedən bir eşqin kədərini.
Dünənə qədər həyatın ən gözəl günlərini yaşadım.Günəş qədər yaxındır mənə sevgi. Günəş qədər isti və parlaq. Buraxdın birdənbirə, qanadlarım kəsildi.

Sürətlə zirvələrdən düşdüm yerə, boşluğun içindəyəm, indi heçbirşeyəm.Bir zamanlar dünyanın ən zənginiydim. Bütün çiçəklər bizim üçün açardı, bizim üçün bəhrə verərdi meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlardı. İndi toz duman içində qızğın bir çöldəyəm.Sən mənsiz necəsən, bilmirəm. Rahatmısan, xoşbəxtmisən, bu qədər tezmi məni unutdun..?

Necədə birdən olub keçənləri unutdun?
Dünənə qədər gözlərindən eşqi içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğrunda bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey sevgilim hardasan?Kimləsən..? kimlərləsən..?Kimlərlə oynaşıb könül verirsən?Mən burada, tərk edib getdiyin yerdəyəm.
Əlvida eşqim.. Əlvida birdənəm.. Əlvida sevgilim! Əlvida sənə..

Alıntı

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 700
favori
like
share
kul34 Tarih: 14.08.2009 12:38
elıne sağlık cok guzel
YaSMiN Tarih: 12.08.2009 12:04
Cok guzel .paylasim icin tesekkurler