Ayrıldıq

Son güncelleme: 08.08.2009 07:35
  • Ayrıldıq se'ri- Azerice Şiirler - Anar Məmişov

    noimage

    Ayrıldıq!Doldu o qara gözlərin

    Kaş mənim yadımda belə qalmazdın

    Sevgiyə dusdaq bir ürəyim vardı

    Heç olmasa onu məndən almazdın



    Ayrıldıq!sən məni unutdunmu ki?

    Yoxsa xəyalından çıxmıram bir an

    Deyirlər hər şeyi unutdurur vaxt

    Məni unutdura bildimi zaman?




    Ayrıldıq!yuxuma gəlmirsən daha

    Yoxsa yuxumdanda küsmüsən gülüm

    Deyirdin bir gün görməsəm ölləm

    Bir belə bəs necə dözmüsən gülüm?



    Ayrıldıq!mən səni qınamıram heç

    Bu küsgün taleyim əzəldən qara

    Anara vermişdin sən öz könlünü

    Könlünü məndə qoyub getdin hara?



    Anar Məmişov
#08.08.2009 07:35 0 0 0