Ay Usuf dayı - Azerice Şiirler - Tahir Talıblı

(Saraclı Usuf aganın ruhuna oxunan şer)



Ömür dognaqda ikən

doganaqdan keçmr örkən,

daha «Molleyvə» göy ürgən

burulmur,ay Usuf dayı,



haqqın çəpəri kələkdən

ələdi,keçdik ələkdən,

fələk pislik eləməkdən,

yorulmur ay Usuf dayı,



nə deyr sözün qərəzi,

əyrinin,düzün qərəzi,

qurulmur mizan-tərəzi,

qurulmur,ay Usuf dayı,



Canbaxcanın baxtı yatıb,

baxtsız yatıb,baxttı yatıb,

sosorulmur nə vaxtdı yatıb,

sorulmur,ay Usuf dayı



yol itib arannan daga,

daglar qalıb baxa-baxa

ag sürülər göy yaylaga

sürülmür ay Usuf dayı,



Qəflə karvanlar boşalıb,

iti qılınclar korşalıb,

gərilən simdi Borçalı,

qırılmır,ay Usuf dayı,



gedər-gəlməzdimi yollar?

qurdnan qalıb yurdlar ular,

elə bulanıb ki,sular,

durulmur,ay Usuf dayı



xəyalım didərgin quşdu,

başımda huşum dolaşdı,

Saraclısız da Saraclı,

olurmu,ay Usuf dayı?!

(Molleyvə: Ermənistanda Molla Eyyublu kəndi)

Tahir Talıblı

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 420
favori
like
share
kul34 Tarih: 14.08.2009 12:41
elıne sağlık
çok anlamlı bı sıır