Usdalar usdası sairler sairi sehriyardan

Son güncelleme: 14.08.2009 11:36
  • HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYAR'A

    Bulud Qaraçorlu Səhənd

    Bir əlimdə qələm, bir əldə kağaz,
    Xəyalım boylanır damdan, duvardan,
    Başımda yar bağın gəzmək havası,
    Qapılar bağlıdır, yol tapım hardan

    Hasarın dalında könül verdiyim
    O yar bir bağ salıb, suyu bulurdan,
    Hayvası kəhrüba, narı yaqutdan,
    Tağı firuzədən, divanı güldən.

    Mavi eyvanında saz çalır Zöhrə,
    Bürcündə yay çəkib dayanıb Keyvan,
    Layiqi var girəm qəsrinə mən də
    Qıllı papağımlan, sınıq sazımlan

    O, bu ehtişamla, bu təmtəraqla
    Qapısın üzümə açmasa nə var,
    Şahla rəiyyətin söhbəti tutmaz,
    Mən bir obalıyam, odur Şəhriyar.

    Gərək rüsxət alam Heydər babadan,
    "Yox" cavabı bəlkə mənə verməsin,
    Bir də Şəhriyardan fərmanım vardır,
    "Şair bir-birini olur görməsin"

    Yox, mən də Səhənd'əm, başım ucadır,
    İçimdə sönməyən eşq atəşi var.
    Məndə səfası var güllü baharın,
    Başımı tutsa da qara buludlar.

    Laləli, çiçəkli çəmənlərimdə
    Gəlib yurd salsa da çoban-çoluqlar,
    Yalvarram səfamdan üz döndərməsin,
    Şəhriyara layiq Şahyurdum da var.

    Könlüm havasıyla qol-qanad açır,
    Qaf qalasın almaq - deyə ucalır,
    Qalxdıqca boy atır daş-duvarlar da,
    Alıcı tərlanım yorulur, qalır.

    Duvarlar, duvarlar, polad olsaz da,
    Almaz mişar ollam, kəsib biçərəm!
    Külüngün borc allam Fərhad babanın,
    Bisutun olsaz da, çapıb geçərəm!

    Duvarlar, duvarlar, yol verin geçim,
    Vulqanam, nəfəsim tufan qoparar.
    Buludam, sallansa qaşım-qabağım,
    Ağlaram, aləmi sellər aparar.

    Bir əlimdə od var, bir əlimdə su,
    Bir üzüm qara qış, biri bahardır,
    Dosta, istəkliyə isti qoynum var,
    Düşmana baxışım şaxtadır, qardır.

    İçimdə boğulur dadım, harayım,
    Nə duvar hayıma hay verir, nə yar,
    Nə daşdan səs çıxır, nə də qardaşdan,
    Sankı boşluqlarda itir dalqalar.

    Bilmirəm, bəlkə də bu bir xəyaldır,
    Ya da ki, sehrdir məni aldadan,
    Deyirlər dilbərim bulur qəsrində
    Dardadır, asılıb təpə saçından.

    Səhənd'i qorxutmaz nə saray, nə sehir,
    "Məhəbbət" deyilən bir əfsunu var,
    Həm ism-i ə'zəmdir, həm ism-i şəbdir,
    Bağlı qapıları üzünə açar.

    Açılın, açılın, bağlı qapılar,
    Məhəbbət namına, istək namına!
    Əriyin, tökülün, dəmir qıfıllar,
    Könül xatirinə, ürək namına!

    Gəlir qulağıma iniltiləri,
    "Burda bir şer darda qalıb, bağırır",
    Doğrudan da mən bir "mürüvvətsizəm".
    Qardaşım dardadır, məni çağırır.

    Çəkilin, çəkilin, yol verin geçim,
    Ürəyim alışıb, alov saçaram!
    Şəhriyar boynuna zəncir vuralar
    Çeynərəm, gəmirrəm, dartıb açaram!

    İşləyir qoluma dəmir paxlalar,
    Zəncir qıcıqdırır, sancır ətimi.
    Can qardaş, hələlik bağışla məni,
    Deyəsən unutdun əsarətimi.

    Əziz Şəhriyar'ım, bağışla məni,
    İncimə, darılma, fikrin hardadır
    Mürüvvətsiz deyil sənin qardaşın,
    Ancaq sənin kimi o da dardadır.

    Özün demədin ki, bizim ellərdə
    "Vəkil müavəkkilin xərcini(1) çəkər
    "Ana - eşq ocağı sönməsin - deyə,
    Ürəyin əridər, çırağa tökər.

    Hər yanı bilmirəm, bizim diyarda
    Heç də xəyal deyil dostluq, məhəbbət,
    Ancaq ışıq saçan isti günəş də
    Bə'zən bulud altda gizlənir, əlbət.

    Nə bilim, bəlkə də, sultanım qardaş,
    İşin eybi bizim özümüzdədir.
    Həmin bu ilqarın düşkünüyük biz,
    Günah yadda deyil, günah bizdədir.

    Bir ovuc kələkbaz, qumarbaz ilən
    Pakibaz olmuşuq, pak uduzmuşuq.
    Mərd ikən namərdə rəhm eyləmişik,
    İndi namərdlərə möhtac olmuşuq.

    Dövlətliyə saxsı lazım olanda
    Vurub sındırmışıq öz küzəmizi,
    Çıxdığımız qını beyənməmişik,
    Biz eli atmışıq, el atıb bizi.

    Elimizə nə gün ağlamışıq biz
    Bağın şaxta vurub, bostanın yarıb
    El bizə neyləsin, nə gün ağlasın
    Ağzı uçuqlayıb, dili bağlanıb.

    İndi olan olub, geçdilər geçib,
    Calanan su bir də küzəyə dolmaz!
    Daldan atılan daş topuğa dəyər,
    Göz yaşı tökməklən yara sağalmaz!

    Bu gün mən Səhənd'əm, sən Şəhriyar'san,
    Gəl başın ucaldaq qoca Təbriz'in,
    Bir kərə yadların daşını ataq,
    Çəkək qayğısını öz elimizin.

    Vəfasız güllərin üstündən uçaq,
    Qonaq sədaqətli el qucağına,
    Sönməz eşqimizdən bir peyvənd salaq
    Elin şaxta vurmuş gül-budağına.

    Şairim, dünyanı necə görürsən,
    Duz yeyib, duz qabın sındıranlar var.
    Qədir bilən yara can qurban eylə,
    Qədir bilməyənə heyifdir ilqar.

    Özgə çırağına yağ olmaq bəsdir,
    Doğma ellərimiz qaranlıqdadır.
    Yanıb, yandırmayaq yadın ocağın,
    Evimiz soyuqdur, qışdır, şaxtadır.

    Demirəm yanmayaq, alovlanmayaq,
    Yanmasın, neyləsin yazıq pərvanə!
    Yanmayaq vəfasız yarın oduna,
    Yanaq elimizə, yanaq vətənə!

    Bir yerdə qalmaqdan darıldıq, öldük,
    Doğma yurdumuzu dolanaq, gəzək,
    El ilən ağlayaq, el ilən gülək,
    İncimizi vətən sapına düzək!

    O əziz diyarda, doğma şəhərdə
    Şairi coşduran səhnələr çox var.
    Nisgilləri çoxdur dərdli Təbriz'in,
    Biri sən özünsən, əziz Şəhriyar!

    Borc altında yaşamaq yamandır, qardaş,
    Borcluyuq, borcluyuq həm mən, həm də sən
    Gör nə ruzigarda, gör nə gündədir
    Şəhriyar bəsləyən bu el, bu vətən!..

    Çəkək şe'r topun, haydı, qardaşım,
    Sən Heydər baba'ya, mən də Səhənd'ə,
    Şairin silahı nəğmədir, sözdür,
    Nəğməmiz yayılsın şəhərə, kəndə.

    Yazaq, hər misramız bir bayraq olsun,
    Həqiqət bayrağı, zəfər bayrağı!
    Parlasm mayaq tək, yansın çıraq tək(25)
    Gələcək mayaqı, ümid çırağı!

    İndilik zəyif bir damla olsaq da,
    Süzülək, yığılaq, göl olaq, axaq
    Qarışaq çaylara, daşqın sulara,
    Dərələrdən geçək, dənizə çataq(26).

    Şıltaq ləpələrə qoşulaq, coşaq,
    Süzək dalqalarda sonalar kimi,
    Gün vursun, yağışlı buluda dönək,
    Uçaq, havalanaq durnalar kimi!

    Əssin üstümüzə soyuq küləklər,
    Bozaraq, tutulaq, qaralaq, yağaq!
    Sel olaq, ağnayaq uca dağlardan,
    Yerli qayaları dibindən qazaq!

    Dağları qoparaq, dərələr dolsun,
    Köpüklü suları calayaq düzə,
    Yaşarsın qurumuş kollarm kökü,
    Baharı qaytaraq vətənimizğ!

    Çaylara səd vuraq, zülmə həd vuraq,
    Haqlara tapşıraq haqqı hər yerdə!
    Qısır qumsallara cummasın sular,
    Zəmilər göz göyə dikməsin bir də!

    Kəsək ədavətin, kinənin kökün,
    "Eşqdən yeni bir quruluş quraq!"
    Minək şahablara, ıldırımlara,
    Gedək ulduzlara, günəşə qonaq!

    Səhər bulağının arıdaq gözün,
    Işıqlar qaynasın, xarraxar axsın!
    Çızınsın yalıncıq, çılpaq meşələr,
    Bu dağlar döşünə gül-çiçək taxsın!

    Səhənd də gül açsın, Heydər baba da.
    Üzərində çadır qursun Şəhriyar,
    Baxaq çiçəklənən yurda, şe'r yazaq,
    Şair də bəxtiyar, şe'r də bəxtiyar!

    Şairim, yubanma, yoldadır karvan,
    Qulaq as, dünyada gör bir nə səsdir,
    Bağrını sıxmasın atılan toplar,
    Qırılan zəncirdir, sınan qəfəsdir.


    Shehriyarin Bu Shere Cevabi :

    SÄHÄNDİM
    Şair: M. H. ŞÄHRİYAR


    Şah dağım, çal papağım, el dayağım, şanlı Sähändim!
    Başı tufanlı Sähändim.
    Başda Heydärbabatäk qarla, qırovla qarışıbsan,
    Son ipäk telli buludlarla üfüqdä sarışıbsan,
    Savaşarkän barışıbsan.
    Göydän ilham alalı, sirri sämavata deyärsän,
    Hälä ağ kürkü bürün, yazda yaşıl don da geyärsän,
    Qoradan halva yeyärsän.
    Döşlärindä sonalar sinäsitäk şux mämälärdä,
    Nä şirin çeşmälärin var.
    O yaşıl telläri yel hörmädä aynalı sähärdä,
    İşväli eşmälärin var.
    Qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın,
    Yanlarında därälär var.
    Qoy qälämqaşların uçsun färälärlä, hamı baxsın,
    Başlarında herälär var, sıldırımlar, särälär var.
    O ätäklärdä nä qızlar yanağı lalälärin var,
    Quzular otlayaraq, neydä nä xoş nalälärin var.
    Ay kimi halälärin var.
    Gül - çiçäkdän bäzänändä, nä gälinlär kimi nazın,
    Yel äsändä o sularda nä därin razü niyazın,
    Oynayar güllü qotazın.
    Titräyär saz telitäk şaxälärin çayda, çämändä,
    Yel o tellärdä gäzändä, nä Koroğlu çalı sazın.
    Ördäyin xälvät edib, göldä pärilärlä çimändä,
    Qol - qanaddan ona ağ holä açar qämzäli qazın,
    Qış gedär, qoy gälä yazın.
    Hälä novruzgülü var, qarçiçäyin var, gäläcäklär,
    Yel - yağışda yuyunarkän dä günäşlä güläcäklär,
    Üzlärin tez siläcäklär.
    Qışda kählik häväsilä çölä qaçdıqda cavankar,
    Qarda qaqqıldayaraq nazlı qälämqaşların olsun!
    Yaz o döşlärdä nahar mändäsin açdıqda çobanlar,
    bollu südlü sürülär, dadlı qavutmacların olsun!
    Ad alıb sändän o şair ki, sän ondan ad alıbsan,
    Ona här dad veräsän, yüz o müqabil dad alıbsan,
    Tanrıdan här zad alıbsan.
    Adaş olduqda sän onla, daha artıq ucalırsan,
    O cälalätlä Dämavänd dağından bac alırsan,
    Şir älindän tac alarsan.
    O da şe'rin, ädäbin Şah dağıdır, şanlı sähändi,
    O da säntäk atar ulduzlara şe'r ilä kämändi,
    O da simurqdan almaqdadı fändi,
    Şe'r yazanda qälämindän baxarsan nur säpäländi,
    Sanki ulduzlar äländi.
    Söz deyändä göräsän qatdı gülü, püstäni, qändi,
    Yaşasın şair äfändi!
    O nä şair ki, dağın väsfinä misdaq onu gördüm,
    Män sänintäk ucalıq mäşqinä mäşşaq onu gördüm,
    Eşqä, eşq ählinä müştaq onu gördüm.
    O nä şair ki, xäyal märkäbinä şov şığayanda,
    O nähäng at ayağın tozlu buludlarda qoyanda,
    Lülälänmäkdädi yer - göy necä tumar sarıyanda,
    Göräcäksän o zamanda,
    Nä zaman varsa, mäkan varsa, käsib biçdi bir anda,
    Keçäcäklär, gäläcäklär, nä bu yanda, nä o yanda,
    Nä bilim qaldı hayanda
    Bax nä hörmät var onun öz demişi, tük papağında,
    Şähriyarın tacı äymiş başı durmuş qabağında,
    Başına sovrulan inci çarıq olmuş ayağında,
    Vähydir şe'ri, mäläklärdi pıçıldır qulağında,
    Ayälärdir dodağında.
    O da dağlar kimi şä'nindä nä yazsam yaraşandır,
    O da zalım qoparan qarla, küläklä duruşandır,
    Quduza, zalıma qarşı sinä gärmiş, vuruşandır,
    Quduzun kürkünä zalım birälärtäk daraşandır,
    Amma vächindä fağır xalqı äyilmiş soruşandır,
    Qara millätdä hünär bulsa, hünärlä araşandır,
    Qaralarla qarışandır, sarışandır.
    Gecä haqqın gözüdür, tur törätmiş ocağında,
    Äaiyib yağtäk üräklärdi yanırlar çırağında,
    Mey, mähäbbätdän içib, lalä bitibdir yanağında,
    O bir oğlan ki, pärilär su içärlär çanağında,
    İnci qaynar bulağında.
    Täb'i bir söygülü bülbül ki, oxur gül budağında,
    Sarı sünbül qucağında.
    Sular äfsanädi söylär onun äfsunlu bağında,
    Sähärin çänli çağında.
    Şairin zövqu nä äfsunlu, nä äfsanäli bağlar,
    Ay nä bağlar ki, "Älif - leyl" dä äfsanädä bağlar.
    Od yağıb dağları dağlar,
    Gül gülärsä, bulaq ağlar.
    Şairin alämi ölmäz, ona alämdä zaval yox,
    Arzular orda nä xatırlaya imkandı, mahal yox,
    Baği - cännät kimi orda, bu haramdır, bu halal, yox.
    O mähäbbätdä mälal yox,
    Orda haldır, daha qal yox.
    Gecälär orda gümüşdändi, qızıldan nä günüzlär.
    Nä zümürrüd kimi dağlardı, nä märmär kimi düzlär,
    Nä sarı telli inäklär, nä ala gözlü öküzlär,
    Ay necä ay kimi üzlär!
    Gül ağacları nä tavus kimi çätrin açıb älvan,
    Hillä kärvanıdı çöllär, bäzänär sürsä bu karvan,
    Dävä kärvanıdı dağlar, yükü atlasdı bu heyvan,
    Sabirin şährinä doğru qatarı çäkmädä särvan,
    O xäyalımdaki Şirvan!
    Orada qar da yağar, amma ki, güllär sola bilmäz,
    Bu täbiät o täravätdä, mahaldır, ola bilmäz,
    Ömr peymanäsi orda dola bilmäz.
    O üfüqlärdä baxarsan nä dänizlär, nä boğazlar,
    Nä pärilär kimi qu quşları uçmaqda, nä qazlar,
    Göldä çimmäkdä nä qızlar.
    Balıq ulduz kimi göllärdä, dänizlärdä parıldar,
    Abşar mirvarısın sel kimi tökdükdä xarıldar,
    Yel kuşuldar, su şarıldar.
    Qäsrlär vardı qızıldan, qalalar vardı äqiqdän,
    Räfayel tablosutäk sähnäläri ähdi - ätiqdän,
    Doymasan köhnä räfiqdän.
    Cännätin bağlarıtäk bağlarının huru, qüsuri,
    Düzülüb qürfädä, eyvanda cävahir kimi huri,
    Äldä hurilärinin cami - biluri,
    Tüngünün gül kimi sähbayi - tähuri.
#13.08.2009 08:41 0 0 0
  • elıne sağlık cok guzel
#14.08.2009 11:36 0 0 0