Senden doymaq olarmı, heyat,sen ne şirinsen!
Ancaq hamının deyil,
Sen heyatın qedrini
Yalniz bilenlerinsen!...
Özünü bu dünyada heç kes qonaq sanmamış,
Ancaq ömrün özü de beraber paylanmamış.
Ömür paylanan zaman görün kime ne düşdü,
300 il boz qarğaya, on il şahine düşdü.
Heyat sen ne şirinsen, kim senden doydu getdi?
Gedenler bu dünyada qelbini qoydu getdi.
Dünen bir qoca qarı
Dilinde ahu zarı.
"Bu dunyanın elinden gelmişem zara" - dedi.
"ölmürem ki, bir defe canım qurtara" - dedi.
Ürekdenmi söyledi o bu sözü göresen?
Xeyir inanmıram men!
o, yana - yana dedi;
Dili soyledise de,
Üreyinde o derhal:
"lenet şeytana" - dedi.
Heyat, sevincin qeder, ezabın da şirindir,
Seni menalandıran o keşmekeşlerindir.
200 il yaşadı lezzet içinde Loğman,
Yene möhlet istedi ölerken Allahından.
Yatırdı göy çemende, çatdı ona Ezrail.
Söyledi: - 200 il
ömür sene bes deyil?!
Men canını almağa gelmişem ne sözun var?
Loğman dedi: - sözüm yox, aldığımı gel apar.
Ancaq mene macal ver birce anlıq ecelden,
Gel canımı burda yox, o çemenlikde al sen.
Ezrail razılaşdı ...
Ayağa qalxdı loğman
Yeridi
Daş asıldı ancaq ayaqlarından,
Asta - asta yeriyib çatdı dediyi yere.
Loğman baxdı göylere, Loğman baxdı yerlere
Bu son baxışı ile üstünden 200 il
Yaşadığı cahanla vidalaşdı ele bil ....
Özü vidalaşsa da, gözü qaldı cahanda
O düşündü bu anda:
"Ne görmüşem dünyada bu cahana gelenden?
Ahhh ele bilirem ki, dünen doğulmuşam men.
Ömrümü verdim bada,
Ne görmüşem dünyada."
Loğmanın gözü bu an bir güle deydi, durdu.
Üreyini quş kimi güle doğru uçurdu.
"Ahh onu kim üzecek, birce bunu bileydim , - dedi.
O gülü de iyleyib , sonra öleydim." -- dedi.
Ancaq, ancaq ne fayda ... Yetişmiş artıq ecel,
Loğman dedi: - Hazıram , al canımı indi gel.
Ezrail dedi: - Ancaq agah eyle meni sen,
Ölüm üçün ne ferqi bu çemen, ya o çemen?
Neçin meni qoymadın orda alım canını?
Loğman dedi: - Heyatın şirin olur her ani
Ordan bura gelince bir az ömür qazandım,
Onu da bu dünyada özüme fayda sandım.
Qoca öldü ....
Dediler - Yaranan bir gün öler. Neveleri çemenden hemen gülü üzdüler,
Loğmanın qebri üste qoydular,
Titredi gül
Gülün etriyle doldu bütün çayır, bütün çöl.
O etriyle saxladı yolçuları yolundan,
Torpağın altındasa bunu duymadı Loğman.

Heyat sen ne şirinsen, kim senden doydu getdi?
Gedenler öz qelbini dünyada qoydu getdi.
Senden doymaq olarmı, çoxun, azın da şirin.
Heyat, qışın da şirin, heyat, yazın da şirin!
Cürbecür yazılar var ömrün varaqlarında ....
Heyatımın qayğısız, ferehli çağlarında
Qedrini bilmemişem.
Hele ne var ki ... "ömrüm qabaqdadır" demişem .
Otuzdan adlayınca günde otuz min kere
Başımı yelleyirem heder keçen illere.
Senden doymaq olarmı, heyat sen ne şirinsen
Ancaq hamının deyil,
Sen heyatın qedrini
Yalnız bilenlerinsen !!!


BEXTİYAR VAHABZADE




Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 5187
favori
like
share