[FONT="Arial Narrow"]İHTİYAR GÜNÜ PORTRESİ

Bu gece şeherin işıqları kimi
Ulduzlar
Gözünü qırpa-qırpa baxır.
Durub ay
Güneşin neqativi kimi.
Soyumuş işıqdan eriyir ağaclar,
Yer üzüne
İlıq kölgeleri axır.
Mürgülü buludlar kecir
Herde-herden.
Evine qayıdan fehle kimi.
Külekler hardasa lengiyib bu axşam.
İtleri zencirden,
Atları yeherden,
Quşları qefesden açın.
Bizden qacsın.
Bu gece en yaxşı intihar günüdü.
Çarmıxa çekilmiş hislerin ağrısın,
bu gece unutmaq olar.
Ölmey olar
Adam kimi.
Arvadın, uşağın yanındaüzüne
borc yiyesi kimi ölüm direnmemiş,
Sevdiyin qadının göz yaşı yumamış
icinde ağrıyan
xeyanet yarasın,
hele bir körpenin qelbine deymemiş,
Güneşe baxmamış demir barmaqlıqdan,
tesadüf bir güllealnından öpmemiş,
Bir it leşi kimi,hele atılmamış yiyesiz dereye.
güle-güle,üzü sulu, ölmey adam kimi.
Bu gece en yaxşı intihar günüdü.
Qatil qadınlarınedam etdikleri,
uşaq paltarlarını bir-bir yığıb ipden,
pöhre ağaclarınüzünü örtmey olar.
Sonra,
Yuxusunda her gün baltalanan
Eriy ağacına bağlayıb ziveni,
Ölmey olar bu gün
bir ağ köynek kimi.
Bu gece en yaxşı intihar günüdü
_____________________________________________________________________

Beğeniler: 1
Favoriler: 1
İzlenmeler: 547
favori
like
share