Araz Elsəs 1971:ci il, novambr ayının 27 sində Güney Azərbaycanda, Urmu gölünün yaxınlığında yerləşən Sulduz şəhərində doğulub. Onun musiqiyə olan sevgisi uşaqlıq çağlarından bəlliydir! Yavaş-yavaş boya başa çatdıqdan sonra, İran dövlətinin,Azərbaycan türklərinə qarşi olan iyrənc siyasəti onunda könlünü acıtmağa başlayır! Ən gənc yaşlarından doğma yurdunu, doğma dildə oxşamağa başlayir!
Sazıyla, sözüylə illərin yuxusuna batmış ulusun oyanışa səsləyir!
Daha sonra yazıb, oxuduğu mahnıların üzündən, İran dövlətinin törətdiyi bir suru çətinliklərlə üzləşərək, doğma yurdundan ayrılmalı olur!
1991:ci ildə yurdumuzun bağımsız olan bölümünə köçür! Orada yaşadığı surədədə bir çoxlu çətinliklərlə üzləşir, İran dövlətinin əlaltılari oradada onu dinc buraxmırlar! Ancaq yüksəklərdə dalğalanan Azərbaycanımızın bayrağı habelə böyük ulusumuzun sevgisi onun ürəyinə dirək olur!
1997:ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norvaçə çağırılır.
O çagdan Avropada yaşayır,dəyişik ölkələrdə yaşayan yurddaşlarımızla görüşlər aparır, konsertlər verir!






İran ordusunda qulluq edən Türk əsgərlərinə

İran ordusunda qulluq edən Türk əsgərlərinə
Ehey!Qardaş!səninləyəm!
Sözüm sənədir qardaşım
Dildaşım,qandaşım,qardaş
A!Yurddaşım!səninləyəm!
Ehey!Iran ordusunun
Qorxmaz,igit qəhrəmani
Pasdarı,ərteşisi,
Türk əsgeri səninləyəm!
Nədir böylə çalişdığın!
Gecə gündüz uğraşdığın
Savaşdığın,vuruşduğun
Alqanına bulaşdığın
Itirib axtardığın nə,
Verdiyinnə,aldığın nə
Külüng vurub,tər tökdügün,
Kim üçündür,nədir böylə
əylən biraz!A!qardaşım
Tərini sil!Dincəl biraz
Papağını qoy qabağa
Mağıl,mağıl düşün biraz!
Az olmadı iran üçün
Şəhidimiz,əlilimiz,
Az olmadı yaralımız,
Itginimiz,əsirimiz!
Borcuydusa ödədik biz
Varımızla,yoxumuzla,
Artıqlamasıyla belə
Canımızla,qanımızla!
Uüruna baş qoyduğumuz
Yaxşıca oynatdı bizi
Biz uğrunda candan keçdik
Oysa çaldı,çapdı bizi.
Qanımızı şuşələdi,
ətimizi şişələdi,
Sordu iliklərimizi
Kotanına çatdı bizi.
Bərkə düşəndə öydülər,
Irana başsız dedilər,
Eşşəkləri körpü keçcək,
Bizi alçaldıb,söydülər
Tanrıdan ərməğan olan
Tanrının bir izi olan
Anadoğma dilimizdə
Danışmağa qoymadılar.,
Insanlıq haqqıdır dedik
Yazıb oxumaq dilədik
Bu təbii haqqı belə
Bizə rəva qılmadılar.
Muhəmmədi mustəfanın,
Vəsf edib tərif etdiyi,
Allahın qoşunu diyə
Öydügü,təmcid etdigi,
Dilinin öyrənilməsin
Tosiyə,təkid etdigi
Türkün mənəviyyatina
Sayqısısca saldırdılar.
Keçmişimiz,tariximiz,
Unudulub,yalanlandı,
Kimliyimiz alçaldıldı,
Varlığimız taptalandı.
Bizə qondarma bir kimlik
Qondarma bir ad verdilər
Iranlı,aryayinəsəb
Damğasın vurdular bizə.
Irançılıq şuariylə
əriyib yox olmadayıq,
Farsın şovonizm əliylə
Sıxılıb boğulmadayıq.
Iran adlanan bu yerdə
Neçə millət yaşar,Ancaq!
Yalnız bir millətin adı
Yuksəkdən söylənməkdədir,
Bəradərliq,bərabərliq,
Yalnız ağızlarda boş söz
Bu ölkədə yalnız farsın
Bayrağı yrllənməkdədir!

Bəs biz kimik bu ölkədə
Şeytan fəhləsiyik,nəyik
Dəyərsiz bir malıq yoxsa
Koləyikmi,quluq,nəyik
Onca qayğisını çəkdik
Bır azca sayqımız yoxmu
Başının üstduündə əsdik
əlimizin duzu yoxmu
Biz saymadıq özümüzü
Kim sayacaq indi bizi
Dəyər vermədik biz bizə
Kim dəyər verəcək bizə
Bütün sayılan millətlər
Öz bayrağı altda yaşar!
Başqasına yuklət olmaz
Yalnız öz yükün daşıyar.
Ehey! Qardaş səninləyəm
Sözüm sənədir qardaşım
Dildaşım,qandaşım,qardaş!
A!yurddaşım səninləyəm!
Ehey!Iran səngərinin
Candan keçən qəhrəmanı
Pasdarı,ərteşisi,
Türk əsgəri səninləyəm!
Yetər farsın dərmanıa
Su olub axdığın yetər!
Iran adlı bu ölkədə
Daş üstdə daş qoydun yetər!
Qardaş!gəl tök ətəyindən
Dağılmış iranın daşın
Özün öz agan ol qardaş
Özəlin olsun,öz başın!
Özünə dön!özünə gəl!
Nəvarsa özlüyündədir,
Itirib axtardıqların,
Özlüyündə,özündədir!
Bir varaq öncə tarixdə
Bizik dövlətlər yaradan!
Emperatorluqlar quran,
Yer üzündə at oynadan!
Gəl!keçmişə arxalanıb,
Gələcəyə inamıynan,
Qur bağımsız dövlətini
Öz gücünə inan!inan!
Güvən damarlarındakı
Ap arı,qutsal qanına!
Sarıl bütün varlığınla,
Doğma Azərbaycanına!
Azərbaycan!Azərbaycan!
Ağ köynəgi timtilit qan!
Yalqız,kimsəsiz,qan aglar!
Ürəyi qan!Köksü şan! şan!
Onun uğruna baş qoyub
Buyruğunda olmalıyıq,
Onun qarşında diz çöküb
Qulluğunda durmalıyıq!
Qayğısına qalmalıyıq!
Ağrısını almalıyıq!
Gecə,gündüz göz qirpmadan,
Qoruğçusu olmalıyıq!
Qəl!yıxılmıs qalamızı
Yenidən quraq,qaldıraq!
Sönmüş ocaqlarımızda,
Yenə tonqallar qalayaq!
Pasdar,Bəsic,Ərteş olub,
Qoruyaq öz yurdumuzu,
Yurdumuz azərbaycana,
Yenilməz bir ordu olaq!
Ehey!Qardaş səninləyəm!
Sözem sənədir qardaşım!
Dildaşım,qandaşım,qardaş!
Türk əsgəri səninləyəm!
Ehey!Iran ordusunun,
Qorxmaz,igit qəhrəmanı!
Pasdarı,Ərteşisi,
Türkəsgəri səninləyəm!
Papağını qoy qabağa!
Yaxşı yaxşı,düşün ardaş!
Özlüyünə,özünə dön,
Dogru yolun budur qardaş!
Qurtuluşun bu yoldadir,
Doğru yolun budur qardaş!...





Araz Elsəs

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 539
favori
like
share