Bu salat adetan kababların yanında verilir. Hazırlanması üçün de iri tumsuz badimcan, iri pomidor, sogan, keşniş, nane ve reyhan (yada başqa hər hansı etirli göyerti), duz, istiot ve sirke lazımdır.

Badımcan ve pomidorları şislere köçürderek manqalda pörttedirik. Sonra onları şişden çıxardıb qoyuruq soyumağa. Bu vaxtı göyerti ve sogani doğrayırıq. Soyumuş terevezlerin qabıqlarını soyub onları da doğrayırıq ve soğan ve göyerti ile birleşdirib qarışdırırıq. Üstüne sirke, duz ve istiot da vurub tezden qarışdırırıq.

Bu salat kababın yanında verildiyi üçün isti isti yeyilmelidir, ona göre de onu soyuducuya qoymaq meslehet deyil. Vessalam. Nuş olsun.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1351
favori
like
share