QƏLYANALTILAR
"Xəzər" salatı


Nərə balığı - 375q, zəifduzlu somğa balığı - 55q, dənəvər kürü - 30q, kartov - 160q, təzə xiyar - 180q, xama - 160q, kahı - 55q, limon - 1 ədə, tərxun - 55q, istiot, duz.
Balığı bişirib, qabığını və qığırdaqlarını təmizləyirlər. Doğranılmış tərəvəzləri xama ilə qarışdırıb təpəcik şəklində boşqaba töküb, uzun dilimləçrlə bölünmüş balıq, kahı yarpaqları, tərxun, kisəcik şəklində bükülüb dənəvər kürü qoyulmuş somğa dilimləri ilə bəzəyirlər.




"Bahar" salatı


Turp (ağ və qırmızı) - 100q, yumurta -1/2 əd., xiyar - 40q, yerkökü - 40q, yaşıl kahı - 10q, duz.
Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır, dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur.




Göyərti küküsü


2 əd., göy soğan - 25q keşniş - 15q, şüyüd - 10q, ispanaq - 30q, ərinmiş yağ - 30q, istiot, duz
Keşniş, şüyüd, ispanaq, göy soğan yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib yaxşıca çalınır. Küküyə bəzən ovulmuş ağ çörək və yo bir az un əlavə edilir. Tavada yağı qızdırıb göyərti ilə çalınmış yumurtanı oraya tökür və üstünü hamarlayırlar. Yümurta bərkidikdən sonra kükünü iki və ya dörd hissəyə bölüb qızardırlar. Süfrəyə verdikdə üzərinə yağ tökür və yanına qatıq qoyurlar.




Kütüm küküsü


Hisə verilmiş kətəm - 200 q, göy və ya baş soğan - 35q, keşnik - 15q, şüyüd - 10q, yumurta - 2əd., ağ çörək içi - 30q, ərinmiş yağ - 30q, istiot, duz.
Hisə verilmiş kütüm balığı suda bişirilir, dərisi və sümüyü çıxarılır. Göy soğan, keşniş və şüyüd yuyulur, xırda doğranır, yumurta, xırda kütüm tikələri, ağ çörək ovuntusu, duz və istiot əlavə edilib yaxşıca çalınır. Bəzən göy soğanı qızardılmış baş soğanla əvəz edirlər. Sonrası göüyərti küküsü kimi hazırlanır. Süfrəyə verilən zaman paxlava şəklində doğranığ üstünə yağ tökülür.




Lobya fisincanı


Qqırmızı lobya - 100q, baş soğan - 30q, ərinmiş yağ - 20q, qoz ləpəsi - 30q, sirkə - 20q, və ya nar şirəsi - 15q, keşniş göyərtisi - 20q, istiot, duz.
Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışıdırılır. Fisincanın üzərinə göyərti səpilir və halqavari doğranmış baş soğanla bəzənir.




Qozlu kükü


Yumurta - 2 əd., göy soğan - 20q, keşniş - 15q, şüyüd - 10q, ispanaq - 25q, qoz - 40q, ərinmiş yağ - 30q, istiot, duz.
Göyərti küküsü kimi hazırlanır. Lakin yumurta ilə çalınmış göyərtiyə narın xırdalanmış qoz qatılır.




Çuğundur fisincanı


Çuğundur - 200q, kərə yağı - 20q, nar şirəsi və ya dənələri - 30 q, qoz ləpəsi - 40q, baş soğan 25q, keşniş göyərtisi - 15q, duz.
Çuğundur təmizlənir, dilimlərə doğranır, qazana tökülüb öz buğunda bişirilir. Bişmiş çuğundur qoz ləpəsi ilə ətçəkən maşından keçirilir, yağ, nar şirəsi və duz vurulur. Fisincan boşqaba qoyulur, üzəri halqavari doğranmış baş soğan, keşniş göyərtisi və qoz ləpəsi ilə bəzənir.




Şəki salatı


Xiyar - 50q, pomidor - 50q, bibər - 20q, göy soğan - 10q, keşniş - 10q, reyhan - 10q, şərab sirkəsi və ya abqora - 3q, istiot, duz.
Xiyar, pomidor və bibər xırda kub şəklində doğranır, üzərinə narın çərtilmiş göyərti, şərab sirkəsi, istiot və duz tökülüb qarışdırılır.




Soyutma


Qoyun əti - 217q, baş soğan - 30q, pomidor - 280q, xama 30q, duz, istiot.
Qoyun əti 1,0-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar.Süfrəyə verdikdə soyuq qoyun ətinin 2-3 mm qalınlığında doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 3992
favori
like
share