Aşık Sanatı

Me'lumdur ki, Azerbaycan xalq musiqi yaradıcılığı kursu, professional bestekarlıq ve heveskar öz fealiyyet istisna olmaqla, Azerbaycan musiqi medeniyyetinin ümumi menzeresini eks etdirir ve bu eksetmede, en başlıcası, üç fealiyyet dairesi ehate olunur.
Bunlar: 1) menaca hamılıqla qebul olunmuş «musiqi folkloru» anlayışına uyğun xalq musiqisi; 2) xalq-professional musiqisi ve 3) şifahi en'eneli professinonal musiqidir .
Azerbaycan xalq musiqisinin bu cür tesnifatı meqsedeuyğundur, çünki her bir növün ayrılıqda nezerden keçirilmesi quruluş, üslub ve janr külliyyatının ayırd edilmesi ile yanaşı, nezerden keçirilenlerin qarşılıqlı fealiyyet menzeresini qurmağa imkan verir.

Burada xüsusi qeyd olunmalıdır ki, Azerbaycan xalqının maddi-me'nevi medeniyyet dairesi ve onun, bütövlükde götürdükde, incesenete aid edilen bedii-estetik, teqvim-merasim, musiqili-poetik, instrumental janr (bedii eser növü ve bedii vasite) terefleri, elece de şifahi en'eneli professional musiqi sayılan klas*** muğam seneti az-çox yaxud ümumilikde, başlıca xüsusiyyetleri baxımından öyrenildiyi halda, «xalq-professional musiqisi» anlayışı indiyedek hellini gözleyen mesele olaraq qalır.
Xüsusile de ona göre ki, hemin yaradıcılıq sahesi ve onun fealiyyet dairesi indiyedek deqiq müeyyen olunmayıb. Bu növe çox vaxt «en'enevi musiqi», «şifahi en'eneli musiqi», «şifahi-professional musiqi», «yazısız medeniyyet» kimi anlayışlar da aid edilir.
Hemin sebebden de «xalq-professional musiqisi» anlayışına ümumi te'yin ve te'rif vermekden önce vahid metodoloci nöqteyi-nezer ve yaxud mövqe işlenilmelidir. Ye'ni qısa ve dürüst ifade etmezden önce haqqında söhbet geden bedii fealiyyete qarşı vahid metodoloci yanaşma yolu aydınlaşdırılmalıdır. Ve bu yanaşma Azerbaycan musiqi medeniyyeti, yaradıcılıq prosesi ve xalq-professional musiqisi nümunelerini qavrama mövqelerinden heyata keçirilmelidir.

Haqqında danışılan yaradıcılıq fealiyyetinin tebieti yaxud mahiyyeti mövzunun şerhi gedişinde, daha doğrusu, kitabın I bölmesinde nezerden keçirilecek. Burada ise «xalq-professional» tipli fealiyyetin şerhinde en çox işlenen terminler üzerinde qısa müddealarla dayanmaq isterdik. İlk növbede «en'ene» ve «şifahilik» terminlerini götüree.
en'ene sözünün ilk me'nası (lat. «traditio» - ötürme, ötürülme) sabitlik ve varisliyi ifade edir. en'ene mahiyyetce beşeri tecrübenin, o cümleden, medeniyyetin qorunması, ötürülmesi ve yayılması (istifade) demekdir.
Sade dille desek, en'ene müasirlikle keçmişin elaqeliliyi, bağlılığı sistemidir ki, onun kömeyi ile tecrübenin toplanması, seçilmesi, stereotiplenmesi (suretlerinin çıxarılması), ötürülmesi ve yeniden emele getirilmesi (istehsalı) heyata keçirilir. Dediklerimize eyani misal getirek. Aşıq yaradıcılığı yığma senet kimi özünde bir neçe senet növünü birleşdirse de, bu topluda başlıca yer en'enevi havacatındır.
Musiqili tesvir vasiteleri ve bedii ümumileşdirmelerle zengin olan en'enevi aşıq havacatı öz deyişmez estetik deyeri, cilalanmış dil-üslubu, derin felsefi me'nalanma, exlaqi ve vetendaşlıq yönümü ile Azerbaycan xalqının tarixinin şifahi salnamesi seviyyesine qalxa bilmişdir

Folklor en'enesi - «sıx temasda olan insanların meişetinde işlenen metnlerin ötürülme prosesidir» (K.V.Çistov). Yüzlerle insan nesillerinin gündelik heyatını yola salan, onlar terefinden yaşadılan folklor en'enesi Azerbaycan medeniyyetinin ayrılmaz hissesi olmaqla yanaşı, ümumbeşeri servetdir.
Aşıq seneti de mehz bu saz-söz en'enesi çerçivesinde boya-başa çatmış auditoriya yaxud tamaşaçı kütlesi üçün nezerde tutulub. Tamaşaçı yaxın tanış olduğu, bir növ onunla doğmalaşan invariantı («invariable» - «deyişmez» demekdir) dinleyir ve eyni zamanda ifanın düzgünlüyüne nezaret edir.
Bu da aşığın davranışına öz te'sirini gösterir ve onu, ifa zamanı tamaşaçı marağı «sönmesin» deye - yeni bedii şeklideyişmelere, yaradıcılıq axtarışlarına ilhamlandırır.
Öz seneti ile tamaşaçılara zövq, me'nevi lezzet vermekle yanaşı, aşıqlar en'enevi deyerleri ve klas*** aşıq şe'ri nümunelerini aşılayırlar. Şifahi xalq şe'ri («barmaqhesabı») ve yazılı poeziyanın (eruzun) ifadeliliyi aşıq havacatının şe'r esasını teşkil edir.
Sulduz aşıq mektebi
İran aşıq mühiti içerisinde Sulduz aşıq mektebinin xüsusi yeri vardır. Bu mektebin adet-eneneleri demek olar ki, Urmiya aşıqlıq seneti ile esasen eynidir. Bu diyarda meskunlaşmış türklere qarapapaq türkleri deyirler. Qarapapaq türkleri arasında aşıqlıq seneti ta qedim dövrlerden üzü beri yaşamaqda ve inkişaf yolu keçmekdidir. Sulduz mahalının aşıqlıq seneti iki yönümden özünü xarakterize edir.

I. Bir çox aşıqlar öz senetlerini yalnız tek sazla icra etmekdediler. Şübhesiz ki, yalnız sazla fealiyyet gösteren aşıqların senetinin bugünkü veziyyetinde Urmiya aşıq mektebinin tesiri ve rolu böyükdür. Çünki her iki mahal coğrafi yönümden bir-birine yaxın ve qonşu olduğu üçün adıçekilen diyarın aşıqlıq senetindeki qayda qanunlar bir-biri ile yaxınlıq teşkil etmekdedir. Bu eynilik özünü bir çox yönümdee gösterir.
a. Ferdi ifaçılıq baxımından
b. Repertuar baxımından.
c. Dastan baxımından
d. Aşıq musiqisi baxımından
e. Sazın kök sistemi baxımından
i. İnstrumental çalğı üslubu baxımından
c. Vokal ifa üslubu baxımından
k. Yerli şive, lehce baxımından.
II. Sulduz aşıqlarının bir çoxu ise toya-düyüne gederken, özleri ile balabançı ve dümbekçi de götürerler. Tebriz, Zencan, Qaradağ mahalında aşıqların yanında mütleq bir defçi olduğu halda Sulduz mahalında dümbek aleti daha çox istifade olunmaqdadır. Göründüyü kimi bir çox aşıqlar balabanla ve dümbekle birge çalıb-çağırmaqla öz senetlerini yaşatmaqdadırlar. Bu cür ifaçıların instrumental terkibi üç musiqi aleti (saz, balaban, dümbek) ile temsil olunur.
Birinci simli alet qrupunda aşıq öz telli sazı ile çıxış edir.
Musiqiye ritm saxlamaq baxımından bu ehtiyaca dümbek (zerb) cavab verir. İfaçı aşığa çoxçalarlı zengin veznlerle yardım eden şexse bu diyarda dümbekçi deyirler. Qeyd etmeliyik ki, Sulduz mahalının toy adet-enenelerine uyğun olaraq musiqiye ritm saxlamaq üçün nezerde tutulan bu şexs aşığın yanında olarken dümbek çalar. Toy evinin heyetinde halay çekib qol-qola, çiyin-çiyine reqs edib oynamaq isteyenler üçün ise dümbeyi davulla evez edirler. Sulduz mahalının adet-enenesine göre ritm saxlayan şexsin bu merasimde iki funksiyası vardır. Birincisi, ev şeraitinde çalıb-çağıran aşığa kömek etmek meqsedi ile dümbek çalıb ritm saxlamaq, ikincisi, çöl şeraitinde halay çekib, zurna sedaları altında yallı geden şexslere, ritmik baxımdan xüsusi ağac çubuqların kömekliyi ile davul (böyük nağara) çalmaq vezifesi. O, bu vezifeni aşığın yanında deyil, heyetde yallı havaları çalan zurnaçının yanında nümayiş etdirir.
III. İnstrumental terkibe daxil olan nefesli alet qrupunu balaban temsil edir. Bu musiqi aletini ifa eden şexse balabançı deyilir. Sulduz mahalının toy adet-enenesine uyğun olaraq nefesli aletleri ifa eden şexsin bir neçe funksiyası vardır. Meselen, ev şeraitinde çalıb-çağıran aşığa kömek etmek baxımından balabanı ile saz havalarını müşayiet etmek, ikincisi, ev şeraitinde reqs edib oynamaq isteyenlere İranın yalnız bu bölgesine mexsus qedim nefesli aletlerimizden biri hesab olunan qoşa sümsümle çalmaq vezifesi. Qoşa sümsüm duzala adı ile de tanınmaqdadır. Türkiyede ise hemin musiqi aletitne cifte qaval deyirler. Sesi zurnaya benzese de, seslenme baxımından zurna ile müqayisede bir qeder alçaq, balabandan ise bir qeer gur, uca seslenir. Bu alet balaban kimi ev şeraitinde daha çox ifa olunur. Qaydaya esasen ritmik mövqeden zurna aletini böyük davullar, qoşa sümsümü ise dümbek ifaçıları müşayiet edirler. Tebriz, Qaradağ, Tehran, Zencan, Kerecde ise balabançıya ritmi saxlayan şexs qavalçı olar. İran toylarını bir-birinden ferqlendiren xüsusiyyetlerden biri de mehz bunlardır.
Sulduz mahalının diger aşıq mekteblerinden ferqlendiren mühüm cehetlerden biri de Qarapapaq türklerine mexsus olan havaları ile özünü göstermesidir. Aşıq Mehemmedeli Mahmudinin ve aşıq Rza Puyendenin verdiyi bilgilere göre, Qarapapaq türklerinin elli havası mövcuddur. Lakin apardığımız tedqiqatlar esasında Qarapapaq türklerinin özüne mexus olan havalarının sayının qırx altı olduğunu tesbit etdik.

1. eylenmez.
2. Eyva dinme-dinme.
3. Köçgünen gel.
4. Lala gelin.
5. Yel-yel.
6. Yel-yelin tesnifi (İrevanda xal qalmadı).
7. Aman-aman (Yallı)
8. Ağır canıman
9. Orta canıman.
10. Tovlama gelin.
11. Qara gözler (Azerbaycan xalq mahnısı).
12. Sürmeli gözler.
13 Ay qız , ay qız naz eyleme.
14. Şirin can.
15. eskereli bala.
16. Yayxan maralım (Qaraxan).
17. Dönderin, qızlar.
18. Deste narın güle.
19. Dur gel, dur gel sabah oldu.
20. Ay sini-sini.
21. Otaq otağı.
22. Bir yana.
23. Sındırma.
24. Sındırın, qızlar.
25. Qaşların düze-düze.
26. Hebiban.
27. Ay beri bax.
28. Deliler divaneler.
29. Ay keçdi-keçdi.
30. Dağlarının dalın dellem.
31. Ağır dalan (Qalanın dibinde bir quş olaydın).
32. Qaladan qalaya nar yemek olmaz (Bu hava "uca dağlar başında bir cüt ceyran" sözü ile oxunan Azerbaycan xalq mahnısıdır.
33. Sındırır badamı.
34. Kürd qızı.
35. Ay nene, kürd qızı niye gelmez oldu.
36. Şad şirincan
37. Dalan (Yallı havası).
38. Qondaralı (Dalan havası).
39. Yüngül lala gelin.
40. Ağ ipek.
41. Qaşları qara Dilber.
42. Dilber keşiyim Dilber, evim eşiyim Dilber.
43. Yç ayaq (Yallı)
44. Fincan.
45. Orta canıman.
46. Ceng eyle, ceng eyle.
47. Canıman (Yallı)
48. Azerbaycan.
49. Hacirabıki
50. Qureyşi.


Sulduz mahalında fealiyyet göstermiş aşıqlar

1. Aşıq Qurbaneli Mahmudi (aşıq Mehemmedeli Mahmudinin babası).
2. Aşıq Namazeli Mahmudi (aşıq Mehemmedeli Mahmudinin atası).
3. Aşıq eli Vahidi.


Sulduzda yaşayan aşıqlar
1. Aşıq Mehemmedeli Mahmudi.
2. Aşıq Sefer Cavadi (aşıq Mehemmedeli Mahmudinin şeyirdi).
3. Aşıq Suret Qasımı (aşıq Mehemmedeli Mahmudinin şeyirdi).
4. Aşıq Rehim Tağızade (aşıq Mehemmedeli Mahmudinin şeyirdi).
5. Aşıq Mecid.
6. Aşıq İsfendiyar-Beyimqala kendinde yaşayır.
7. Aşıq Rza Puyende


Sulduz mahalının (Neğedenin) şairleri

1. Mühendis Behrami.
2. Meherrem Perizad - texellüsü Sürgündür, Ferruxzad kendinde yaşayır.
3. Sulduz Dermançı oğlu.
4. Abuzer.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1958
favori
like
share