HHQ və HHMQ komandanı Rail Rzayev qətlə yetirilib - MN mətbuat xidməti
11/ 02/ 2009




Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib. E. Sabiroğlu deyib ki, R. Rzayev aldığı gülə yarasından dünyasını dəyişib. Nazirlik sözçüsü hadisənin hansı şəraitdə baş verməsi barədə dəqiq məlumat olmadığını deyib: “Bununla bağlı ciddi araşdırma aparılır, artıq cinayət işi başlanılıb” R. Rzayev bu gün səhər güllə yarası ilə MN-in Mərkəzi Klinik Hospitalına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Komandan başından güllələnib. Hadisənin nə vaxt və kim tərəfindən hansı zəmində törədildiyi hələlik məlum deyil.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 586
favori
like
share