Xoşbəxt Ol Şiiri - Azerice Şiirler Gözəl Şəirlər



Xoşbəxt ol!" söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi
Sənsiz ömür qurub xoşbəxt olmağa
Dünyaya yenidən gələcəyəmmi

"Xoşbəxt ol!" səsindir qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin, ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi.

Son dəfə üzünə qoy baxım ki, mən,
Göylərdən bir ulduz axacaq indi.
"Xoşbəxt ol!" söylədin, dedin ürəkdən
Xoşbəxtlik əlimdən çıxacaq indi.

Soyuq ayrılıqdır üstümdən əsən,
Baharmı, payızmı, hamısı birdir.
"Xoşbəxt ol!"-söylədin, məgər bilmirsən,
Bu sözdə bəxtimi dəfn eyləyirsən..

***

Senin gunahini demeye geldim.

Sen ey,ilqarina sadiq olmayan,
Qeyrisin halini xeber almayan.
Kechirdiyimiz gunleri yada salmayan,
Yarali konlunu almaga geldim.

Mubarek sevgilim chox-chox mubarek,
Yolunda ekilsin min gul min chichek
Yad edib eshqimi seyre chixarsan,
Bu son xahishimi demeye geldim.

Men seni vefali bir yar sanirdim,
Her saxta gulushune men inanirdim.
Seinle ruhlanib qanad chalirdim,
Sinan qanqdini gormeye geldim.

***

Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Həyat çox sıxacaq səni özündə,
Dünya qaralacaq mənsiz gözündə,
Günahı görəndə özün özündə,
Sanma qəlbin buna susan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Gərəksiz bir ömrə tuş olacaqsan,
Lazımsız bir qara daş olacaqsan.
Qəlbləri üşüdən qış olacaqsan,
Çətin qucağında qızan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Yoxluğun evimi yıxacaq mənim,
Həsrətin sonuma çıxacaq mənim.
Ömürlük yandırıb yaxacaq məni,
Əzabın odlara atan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Bir gün gələcəyik üz-üzə sənlə,
Durub baxacağıq göz-gözə sənlə,
Ürəyin çırpınıb dizin əsəndə,
Göz yaşın süzülüb,leysan olacaq,
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq



Alıntı...

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 655
favori
like
share
Anka Tarih: 27.08.2009 21:31
Eladı..